Icma.az
close
up
RU
Zirvədən dibə

Zirvədən dibə

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


2005-ci ildə Moskvada keçirilmiş Qələbə Paradının tarixi fotogörüntülərindən biri.
Həmin vaxt 9 May - Qələbə günü münasibətilə Rusiya paytaxtına dünyanın müxtəlif ölkələrindən nüfuzlu dövlət və hökumət başçıları gəlmişdilər.
Təntənəli mərasimdə iştirak edənlər:
ABŞ Prezidenti - Corc Buş,
Almaniya Federativ Respublikasının Kansleri - Gerhard Şröder,
Fransa Prezidenti - Jak Şirak,
Yaponiya Baş naziri - Dzün’itiro Koidzumi,
Çin Xalq Respublikasının Sədri - Hu Szintao,
Cənubi Koreya Prezidenti - No Mu Hyon,
Hindistan Baş naziri - Manmohan Sinqh,
İtaliya Baş naziri - Silvio Berluskoni,
Serbiya və Çernoqoriya Prezidenti - Svetozar Maroviç,
Böyük Britaniya Baş nazirinin müavini - Con Preskott,
Latviya Prezidenti - Vaira Vike-Freyberqa,
Rumıniyanın sabiq kralı - Mixay I,
BMT Baş katibi - Kofi Annan,
UNESCO-nun Baş direktoru - Koitiro Matsura,
MDB ölkələrinin liderləri və bir çox beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri...
Lakin son 20 ildə vəziyyət tamamilə dəyişib.
Artıq bu il Qələbə paradına xarici liderlər qatılmaq istəmirlər.
Paradın özü isə ixtisar olunmuş formatda, yəni ki, hərbi texnikanın nümayişi olmadan keçiriləcək.
Daha doğrusu, paradın keçirilib-keçirilməyəcəyi hələ sual altındadır. Çünki Putin mayın 9-da Qırmızı Meydandakı paradın VSU (Ukrayna Silahlı Qüvvələri) tərəfindən dronlarla vurulacağından qorxur. Ona görə də Putin müvəqqəti atəşkəs əldə etmək xahişi ilə Trampa yalvar-yaxar etmək məcburiyyətində qalıb. Tramp isə qəti zəmanət verməyib.
İndi də Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ukraynanı mayın 9-da Moskvada keçirilməsi planlaşdırılan qələbə paradını vurmaqdan çəkindirmək üçün həmin gün cavab zərbəsi olaraq Kiyevin mərkəzinin "Oreşek" adlı raketlərlə darmadağın ediləcəyi ilə bağlı hədələyici bəyanatlar verir.
Beləliklə, mayın 9-da Qırmızı Meydanda paradın baş tutması artıq Putinin iradəsindən yox, birbaşa Zelenskinin qərarından asılıdır.
Bu da Putinin son 20 ildə Rusiyanı zirvədən dibə endirməsinin göstəricisidir.
Artıq Qələbə paradı əvvəlki beynəlxalq həmrəylik və hörmət rəmzindən fərqli olaraq, indi tamamilə başqa məna daşıyır. 2005-ci ildə Moskvada keçirilmiş Qələbə paradı beynəlxalq miqyasda böyük əhəmiyyət daşıyan hadisə idi.
Həmin vaxt dünyanın aparıcı dövlətlərinin liderləri, beynəlxalq təşkilatların rəhbərləri bu tədbirdə iştirak edərək İkinci Dünya müharibəsində qazanılmış qələbənin xatirəsini birgə yad etdilər. Bu, həm qlobal əməkdaşlıq və tarixi yaddaşın paylaşılması rəmzi idi, həm də Rusiyanın həmin dövrdə beynəlxalq aləmdə nüfuzunun göstəricisi idi.
Ancaq indi isə Rusiya sivil dünyadan tam təcrid olunmuş vəziyyətdədir. 2005-ci ildəki təntənəli mərasimlə indiki vəziyyəti müqayisə etdikdə, Kremldəki qocanın siyasi davranışlarının məntiqsiz və qeyri-adekvat xarakter aldığı həqiqətən də açıq-aydın görünür. Bir vaxtlar faşizmə qarşı mübarizənin qələbə rəmzinə çevrilən parad indi isə raşizmin təbliğat vasitəsinə çevrilib. Faşizmin raşizmə çevrilməsi tarixin istehzasıdır..
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 May 2026 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri