Icma.az
close
up
RU
Ziya Məmmədovla bağlı sensasion qərarın pərdəarxası Tapşırığı o veribmiş...

Ziya Məmmədovla bağlı sensasion qərarın pərdəarxası Tapşırığı o veribmiş...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, ABŞ-ın Ədliyyə Nazirliyi Kanadanın “Bombardier” şirkəti ilə bağlı həyata keçirilən korrupsiya istintaqına xitam verib. Sözügedən istintaq çərçivəsində Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov, onun müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovun da adları hallanırdı.

Bu xitam qərarını hüquqi baxımdan necə qiymətləndirmək olar? Bu cür qərarlar adətən hansı səbəblərə əsaslanır?

Globalinfo.az-a danışan Hüquq və Siyasi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, hər hansı cinayət işinə xitam verilməsi halları qanunvericilikdə nəzərdə tutulub:

“Bu, hüquqi baxımdan mümkün olan məsələdir. Amma söhbət 100 milyonlarla ABŞ dolları həcmində məbləğin bu və ya digər formada dövriyyəsindən, yaxud korrupsiya hallarından bəhs edən cinayət işindən gedirsə, bu, xitam prosesini çətinləşdirir. Bu o demək deyil ki, mümkünsüzdür. Hər bir halda, cinayət işinə xitam verilməsi halı ilə bağlı ictimaiyyətə geniş məlumat verilməyib”.

Hüquqşünas bildirib ki, beynəlxalq səviyyədə rezonans doğuran araşdırmalar zamanı siyasi yanaşma da müzakirə obyektidir:

“Yəni Ziya Məmmədovun adının hallandığı cinayət işinə məhz indiki məqamda xitam verilməsi Donald Tramp administrasiyasının fəaliyyəti kimi də qəbul edilə bilər. Belə ki, hələ Ağ Ev rəhbərinin ilk prezidentliyi dönəmində eşitmişdik ki, Ziya Məmmədov və onun oğlu ilə Donald Tramp və ailə üzvlərinin yaxın əlaqələri var. Bu amilin də qərara təsir etməsi mümkündür. Düşünürəm ki, Tramp üçün bir çox mənalarda şəxsi münasibətlər daha önəm kəsb edir, nəinki digər məsələlər”.

Xəyal Bəşirov

X.Bəşirov qeyd edib ki, sözügedən qərarla bağlı detalları açıq şəkildə bəyan edildikdən sonra bilmək olar:

“Yaxud ən doğru cavabı geci Trampın indiki prezidentliyi dönəmi bitdikdən sonra, yəni 2028-ci ilin sonu və ya 2029-cu ildə görəcəyik. Xüsusilə də demokratlar hakimiyyətə gələrsə, cinayət işi yenidən bərpa edilərsə, o zaman hazırkı ABŞ prezidentinin şəxsi müdaxiləsi və ya göstərişinin olub-olmadığını biləcəyik. Fikrimcə, Azərbaycanın belə məsələlərdə adının hallanması xoşagəlməz haldır. Buna səbəb olan insanlar da məsuliyyətlərini dərk etməlidirlər. Lakin xitam qərarı heç də məsələnin həll edilməsi demək deyil. Belə halların qarşısı alınmalı və gələcəkdə də buna yol verilməməlidir”.

Xatırladaq ki, 2013-cü ildə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə Kanada şirkəti arasında Azərbaycan dəmir yollarının Bakı-Qazax-Böyük Kəsik hissəsində siqnal avadanlıqlarının quraşdırılmasına dair müqavilə bağlanıb. Layihənin icraçısı olaraq şirkətin İsveçdəki törəmə şirkəti “Bombardier Transportation” çıxış edib. Layihənin ümumi dəyəri isə 350 milyon dollar təşkil edib. Araşdırma müəyyən edib ki, bu məbləğin təqribən 100 milyon dolları ofşor şirkətlər vasitəsilə Nəqliyyat Nazirliyinin yüksəkvəzifəli məmurlarına mənfəət kimi geri qaytarılıb.

Həmin dövrdə Nəqliyyat Nazirliyinə Ziya Məmmədov, nazirliyin strukturuna daxil olan Azərbaycan Dəmir Yollarına” isə Arif Əsgərov rəhbərlik edirdi.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri