Icma.az
close
up
RU
Zoğalın bu faydalarından da agah olun

Zoğalın bu faydalarından da agah olun

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Zoğal bitkisi mart ayının ortasında çiçək açmağa başlayır və meyvənin tam yetişməsinə kimi azı 5-6 ay keçir. Hələ bu qədər uzun müddətə yetişən və formalaşan ikinci meyvə ağacı yoxdur.

Tarixçilərin bildirdiyinə görə, İsveçrədəki arxeoloji qazıntılar zamanı ilk zoğal çəyirdəyinə rast gəlinib.

Zoğalın meyvəsində 20-25% şəkər (qlükoza, fruktoza, saxaroza), 10-11% üzvi turşular (limon, alma və s.), 8% peyvənd maddəsi, karotin və C, B vitaminləri, boya və pektin maddələri və s. var.

Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edirlər.

Meyvəsinin tumunu qovurub toz halına salandan sonra uşaqlarda baş verən ishala, dizenteriyaya qarşı işlədirlər. Zoğal meyvələrindən hazırlanmış çaxır demək olar ki, ishalın və dizenteriyanın ən vacib dərmanıdır. Zoğalın yarpağından çay surqatı kimi də istifadə edilir.

Xalq təbabətində zoğalın meyvələrindən çox qədimdən malyariyaya qarşı istifadə olunur. Bu məqsədlə zoğalın qurudulmuş meyvəsindən suda çay kimi dəmləyib gündə 2-3 dəfə, hər dəfə də bir stəkan xəstəyə içirirlər.

Zoğaldan hazırlanan keyfiyyətli lavaşdan bir sıra xörəklərdə dadverici, iştahaartırıcı, mədənin həzm prosesini yaxşılaşdırıcı kimi geniş istifadə edilir. Zoğal meyvələri yetişdikcə turşuluğu azalır, şəkəri isə xeyli artır. Odur ki, zoğalı al-qırmızı rəng aldıqda toplamaq məsləhətdir.

Qabıqlarından hazırlanan ekstraktın arpa unu ilə qarışdırıb pasterizəyə bənzər maddə hazırlayıb səpki və çibanların müalicəsində istifadə edilir. Şirəsindən damcı kimi göz xəstəliklərində istifadə olunur. Yarpaqlarından surrokat çayı hazırlanır. Meyvəsinin ət hissəsindən hazırlanan preparatlardan zülalın asan həzm olunmasında, ishalın qarşısının alınmasında xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Zoğaldan hazırlanan şirəyə bal və yumurta sarısı qataraq qarın yatalağının müalicəsində istifadə edirlər. Zoğalın yarpaq və cavan budaqlarından spirtli cövhər - ödqovucu və sidikqovucu kimi istifadə edilir. Onun çəyirdəyindən, şirəsindən və meyvəsindən hazırlanan spirtli tinktura qızdırma xəstəliyini sağaldır, qabığından hazırlanan spirtli məhlul isə orqanizmin fəaliyyətini gücləndirir. Zoğalın meyvəsinin çəyirdəyindən qəhvə hazırlamaq da mümkündür.

İnfarkt riskini azaldır, xərçəng əmələ gətirən amillərin qarşısını alır. Xərçəngin sürətlə irəliləməsinə mane olur. Zoğal meyvəsi güclü bir melatonin qaynağıdır. Melatonin gecə ifraz olunar və bunun sayəsində yatarıq. Lakin melatonin kifayət qədər ifraz olunmazsa xərçəng meydana gəlir. Hüceyrə istehsalı sürətlə pozulmağa başlayır. Yuxu probleminiz varsa, yatmazdan əvvəl mütləq 1 stəkan zoğal suyu için.

Gündə 1 ovuc zoğal yemək, döş xərçəngi hüceyrələrinin inkişafını dayandırır. Edilən araşdırmalarda zoğalda brokolidən beşqat daha çox antioksidant tapılmışdır. Antioksidantlar hüceyrə quruluşumuzu qoruyur.

Damarların tıxanmasını önləyərək, ürək xəstəlikləri və iflic kimi narahatlıqların qarşısını alır. Zoğal sidik içindəki turşu miqdarını artıraraq böyrək daşı meydana gəlməsinə mane olur, daşlardan xilas olmağı təmin edər.

Təbii bir antibiotik olan zoğal mədə xorası kimi xəstəliklərə xeyirlidir. Zoğal temperaturu salar və ishalı dayandırar. Yara və yanıqlarda müalicə edici xüsusiyyəti vardır. Əzilərək yaralara və yanıqların üzərinə qoyulur. Klimaks dövründə qadınlarda yaranan isti basmalarının qabağına alar. Depressiya və ruhi xəstəliklərdə köməkçi bir qidadır. (axar.az)

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 07:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri