Zolaqda dayanıb telefonla danışan qadın sürücülərə 150 manatlıq qayda pozdurdu VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sumqayıt şəhəri, Lermontov küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Bu barədə Avtosfer.az-a izləyicilərdən biri “Whatsapp” vasitəsilə video göndərərək məlumat verib.
Hadisə oktyabrın 22-də saat 12:10 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 50-EG-662 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozub. Belə ki, o, nəqliyyat vasitəsini dayanma-durmanı qadağan edən nişanın təsir sahəsində saxlayaraq bir zolaqlı yolu kəsib.
Nəticədə sürücü ərazidən keçən avtomobillərin hərəkətinə əngəl yaradıb. İzləyicinin iddiasına görə, qayda pozan xanım sürücü hadisə zamanı mobil telefonla danışıb. Bu səbəbdən digər sürücülər bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxmağa məcbur olublar.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Oktyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















