Zombi virusu marallardan qabanlara keçdi İnsanlıq təhlükədə
Icma.az, Medicina portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın Minnesot universitetinin epidemioloqu Maykl Osterholm marallarda aşkarlanan CWD adlı xroniki quduzluq xəstəliyinin artıq digər heyvan növlərinə mutasiya etdiyini açıqlayıb.
Digər adı “Maral zombisi” adlnana xəstəliyin müalicəsi və vaksini yoxdur.
“Bizim əlimizdə məhdud məlumatlar var ki, qabanlar da bu virusa yoluxmuş ola bilər.
Burdan bir təhlükə yaranır. ev donuzları, heyvanları yoluxa bilərmi. Çünki bazarda həm donuz, həm qaban əti satılır.
Donuzlara zombi virusunun keçməsi onunla risklidir ki, bu heyvanın hüceyrələri insanla bənzərdir. Deməli, virusun insana keçməsi də mümkün ola bilər”.
Hər il ABŞ-da ovçular 600 min maral və qaban ovlayır, eyni zamanda hər il insanlar tərəfindən 1,5 milyard ton donuz əti istehlak edilir. Hələ ki, bu il neçə maral və donuzun zombi virusuna yoluxması rəqəmləri yoxdur.
Yoluxan heyvanlar çoxalsa və bu ovçuların əlinə, ordan da bazarlara düşsə, o zaman virusun insanlara keçməsi və yayılması təhlükəsi artır.
Ötən ilin aprelində Texasda iki ovçunun zombi virusuna yoluxması barədə informasiya yayıldı, lakin sonradan bunun Kreytsfeld xəstəliyi ilə səhv salına biləcəyi irəli sürüldü. Onlar dondurulmuş maral əti yeyilmişdi.

Qeyd edək ki, Maral zombisi barədə məlumatlar 2022-ci ildən dünya mətbuatındadır.
Aygün Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 17 Yanvar 2025 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















