Icma.az
close
up
RU
Zəfərin insanlıq siması

Zəfərin insanlıq siması

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Natiq Məmmədlinin “Biz, onlar və bizim dağlar” romanı bu anlayışın bədii təcəssümüdür

44 günlük Vətən müharibəsinin gerçəkliklərinə, Zəfərimizin böyüklüyünə, bu qələbəyə qədər keçdiyimiz yolun çətinliklə­rinə həsr olunan dəyərli əsərlərdən biri də Natiq Məmmədli­nin “Biz, onlar və bizim dağlar” romanıdır. 2026-cı ildə nəşr olunan, adın­da uzun illər davam edən münaqişənin mahiyyətini lakonik ifadə edən, bizim dağlara sahib olmaq istəyənlərlə savaşımızı bədiiləşdirən bu roman müharibənin məhz insan simasını əks etdirir, insan taleləri fonunda qələ­bəmizin tarixini bədii şəkildə təqdim edir.

Natiq Məmmədlinin İkinci Qarabağ müharibəsində şəhid olmuş əmisi oğlu İlham Məmmədlinin və bütün şəhidlərimi­zin əziz xatirəsinə ithaf etdiyi roman “Yaşa və yaşamasına izin ver” aforizmi ilə başla­yır və bu aforizm roman boyunca mühari­bənin sərt reallıqları fonunda insanlıq, mər­həmət, mənəvi məsuliyyət və humanizm prinsipləri ön plana çəkilməsi ilə bir daha həyat vəsiqəsi qazanır.

Romanın başlanğıcında Azərbaycan və Ermənistan silahlı birləşmələrinin İkinci Qarabağ müharibəsinin ilk günlərində­ki toqquşmaları öz əksini tapır və elə ilk səhifələrdən etibarən yazıçının düşmən əsgərinin də insan obrazını yaratmağa ça­lışdığı aydın hiss olunur. Yazıçının da qeyd etdiyi kimi “insan cığırtılarının, iniltilərinin bir-birinə qarışdığı müdhiş mənzərədə yal­nız güllələr doğma idi. Onlar hansı tərəfdən atılırsa-atılsın, eyni qəlibdən çıxmışdı və bir-birini yaxşı tanıyırdı”.

“Zəif Azərbaycan ordusu üzərində asan və tez qələbə” mifi ilə aldadılaraq döyüş meydanına gətirilən gənc erməni əsgərləri­nin müharibə və azərbaycanlılar haqqında düşüncələri savaş boyunca dəyişir. Yazıçı insan faktoruna diqqət çəkərək yaşlı erməni döyüşçüləri ilə gənc nəsil nümayəndələrini fərqləndirir, insanların tarixə, zamana və müharibəyə baxışlarının nəsillər boyunca necə dəyişdiyini, yalançı erməni miflərinin gənc beyinləri necə zəhərlədiyini, lakin bu zəhərin artıq təsirdən düşdüyünü göstər­məyə məharətlə nail olur. 

İstedadlı nasir-publisist insanın mü­haribə ilə qarşılaşdığı ilk andakı psixoloji vəziyyətini olduqca dolğun təsvir edərək yazır: “İnsan yaddaşına yalnız barıt və qan qoxusu ilə həkk olunmuş müharibələrdə ən sarsıdıcı məqam məhz ilk dəfə meyit gör­düyün andır. Həmin meyitlər yarıda qırıl­mış ömürlərini sənin yuxularında, xəyalla­rında yaşamağa başlayır və bu, ömür boyu davam edən əzaba, qaysaq bağlamayan ya­raya çevrilir”. 

Romandan gətirdiyimiz bu fikirlərdən də göründüyü kimi, Natiq Məmmədli in­san taleyini yalnız fərdin öz yaşantıları ilə deyil, digər talelərlə toqquşduğu məqam­larda keçirdiyi hiss və duyğular vasitəsilə də bədiiləşdirməyə nail olmuşdur. Döyüş yoldaşının cənazəsini çiyinlərində daşıyan Azərbaycan əsgərləri, səngər yoldaşının soyumuş bədəni ilə qarşılaşaraq dəhşətə gələn erməni əsgərləri – bütün bu səhnələr­də insan amili müharibənin əsas mənəvi ölçüsü kimi ön plana çəkilir.

Biz bu müharibədən, yazıçının da vur­ğuladığı kimi, alnımız açıq, üzümüz ağ çıxmışıq, məhz insanlığımızı qoruyaraq qalib gəlmişik. Birinci Qarabağ müharibəsi zamanı ermənilərin törətdikləri Xocalı fa­ciəsi, Cəbrayılın, Füzulinin yenidən yer­lə-yeksan edilməsi və digər qanlı, dəhşətli hadisələrdən sonra 44 günlük Vətən müha­ribəsində Azərbaycan əsgərlərinin nümayiş etdirdiyi humanizm xüsusi məna daşıyır. Döyüşçülərimizin milliyyətindən asılı ol­mayaraq insana münasibətdə humanist mövqe sərgiləməsi fonunda qazandığımız qələbə əsərdə yalnız hərbi Zəfər deyil, həm də mənəvi qələbə kimi təqdim olunur. 

Suqovuşan və Talış istiqamətində ge­dən qanlı döyüşlərə, bu yaşayış məntəqələ­rinin azad olunmasına həsr edilən romanın “Salam, sentyabr!” adlı bölümündə hərbi həkim Cəmil Səlimovun gündəliyinin canlı tarixə çevrilməsi, yaralı vəziyyətdə gəti­rilən əsgərlərin yenidən döyüşə qayıtmaq əzmi, oğullarımızın üçrəngli bayrağımızı sinələrində, hətta qanları bahasına qoru­yub saxlamaları, yaraları sarınan kimi tə­cili yardım maşınlarından qaçaraq yenidən döyüş meydanına tələsmələri kimi real hadisələrdən qaynaqlanan məqamlar Azər­baycan əsgərinin Vətən sevgisini, fədakar­lığını və qələbəyə olan sarsılmaz inamını nümayiş etdirir.

Romanın maraqlı bölümlərindən biri də “Mən səni öldürmək istəmirəm” adlanır. Bu bölümdə Suqovuşan qəsəbəsinə daxil olan Azərbaycan əsgərlərinin dağıdılmış hərbi hissəni nəzərdən keçirməsi zamanı Vüqar Ağayev adlı əsgər dağıntılar ara­sında, qaranlıq bunkerdə gizlənən erməni əsgərlərinin olduğunu aşkar edir və onlara təslim olmağı təklif edir. Bunkerdə giz­lənən erməni əsgərlərinin nümayəndəsi ilə əsgərimiz arasında baş verən söhbət Azər­baycan əsgərlərinin insanlıq və humanizm prinsiplərinə nə qədər sadiq olduqlarının bariz təsdiqidir. 

Erməni əsgəri bunkerdən çıxdıqları təqdirdə öldürüləcəkləri ehtimalını irəli sürdükdə eşitdiyi cavab onu heyrətləndi­rir: “Sizi öldürmək niyyətimiz yoxdur”. Erməni əsgərinin təəccübünün əsas səbəbi məhz bu münasibətdir. Axı onlar bir-birinə atəş açıblar, düşməndirlər və uzun illərdir qarşı-qarşıya döyüşüblər. Belə olan halda, qarşı tərəfin əsgərinə necə inanmaq olar? 

Düşmənin əsgərləri Azərbaycan əs­gərlərinin həqiqətən də heç kəsə zərər verməyəcəyinə, onları öldürməyəcəyinə, əksinə, əsirlərlə dəyişdirəcəyinə əmin ol­maqda çətinlik çəkirlər. Bu tərəddüdün arxasında Birinci Qarabağ müharibəsi za­manı ermənilərin törətdikləri vəhşiliklərin İkinci Qarabağ müharibəsində öz başlarına gətiriləcəyi qorxusu dayanır. Lakin onların qarşısında əsirlərə münasibətdə humanizm prinsiplərini qoruyan Azərbaycan əsgərləri dayanır. Müəllif bu epizod vasitəsilə Azər­baycan əsgərinin mənəvi üstünlüyünü, hət­ta müharibənin ən ağır məqamlarında belə insanlıq prinsiplərinə sadiqliyini ön plana çəkir.

Natiq Məmmədli müharibənin bitmə­sini yalnız hərbi qələbənin əldə olunması kimi deyil, həm də yarımçıq qalmış insan talelərinin, arzularının və ümidlərinin ye­nidən bütövləşməsi perspektivində təq­dim edir. Cəmil Səlimovun gündəliyinin şəhidin xatirə muzeyinə təhvil verilməsi, Müşfiqin qardaşının xatirəsini yaşatmaq istəyi, Turalın doğma Kəlbəcərə qayıtmaq arzusu, Vüqarın Xocalıdan olan balaca məktəbli qıza verdiyi söz və Hayk Dilanya­nın həqiqəti danışmaq niyyəti romanın ay­rı-ayrı süjet xətlərini vahid ideya ətrafında birləşdirir.

Vüqar Ağayevlə Hayk Dilanyanın mü­nasibəti müharibə şəraitində belə insanlıq, etibar və mənəvi məsuliyyət anlayışlarının qoruna bildiyini də göstərir. Əsərin son sə­hifələrində insanların yarımçıq arzularının Vətən torpağı kimi bütövləşəcəyi, yüz illər­dir Kiçik Qafqazın köksündə yuva salmış milli ədavətin qanlı qaynağının birdəfəlik kəsilib atılacağı ümidi ifadə olunur. Roma­nın son cümləsi - “Təzə gün başlayırdı...” yeni həyata, sülhə və yarımçıq arzuların gerçəkləşəcəyinə bəslənən ümidin bədii ifadəsidir.

Beləliklə, Natiq Məmmədlinin “Biz, onlar və bizim dağlar” romanında Zəfər yalnız torpaqların azad edilməsi faktı kimi deyil, həm də insanlığın, mənəvi dəyərlə­rin və tarixi ədalətin təntənəsi kimi ümum­bəşəri dəyər qazanır. 

Elnarə QARAGÖZOVA,
AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri