Icma.az
close
up
RU
Britaniya həbsxanalarında zorakılıq halları artır

Britaniya həbsxanalarında zorakılıq halları artır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

London, 27 may, AZƏRTAC

Böyük Britaniya həbsxanalarında zorakılıq halları artmaqdadır və bu, məhkumların reabilitasiya prosesinə ciddi zərbə vurur.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, məhkumların ailələri belə şəraitdə saxlanılan məhkumların azadlığa buraxıldıqda daha təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edirlər. Xüsusilə İngiltərədə “HMP Swinfen Hall” həbsxanasında baş verən hadisələr bu narahatlıqları daha da gücləndirib. Hazırda həbsxanada 18-28 yaş arasında 600-a yaxın kişi məhkum saxlanılır, onlardan 130-u ömürlük cəza çəkir. Həmin müəssisədə son aylarda bir neçə zorakılıq hadisəsi baş verib. Həm əməkdaşlar, həm də məhkumlar hücumlara məruz qalıblar. Hadisələrdən birində bir nəzarətçi başından bıçaqlanıb. Bəzi kameralar gündüz saatlarında belə kilidli saxlanılır.

BBC-yə danışan ailələr bildiriblər ki, bu cür hallar nəticəsində məhkumlar nə təhsil ala, nə də sosial bacarıqlarını inkişaf etdirə bilirlər. Onların sözlərinə görə, bu vəziyyət nəinki məhkumların gələcəyini, həm də cəmiyyəti təhlükə qarşısında qoyur.

Ədliyyə Nazirliyi isə bu iddiaları rədd edir və əməkdaşların təhlükəsizliyini təmin etməklə yanaşı, məhkumların təhsil və inkişaf imkanlarını genişləndirmək üçün tədbirlər gördüyünü bildirir. Lakin ailələrin narahatlığı həbsxanalarda artan zorakılığın sistemli bir problemə çevrildiyini göstərir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri