Zorakılıq qurbanları: kişilər, qadınlar, uşaqlar Rəsmi STATİSTİKA
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Cəlilabad rayonunun Üçtəpə kəndində 12 və 14 yaşlı bacı-qardaşın baltalanması faktı ölkə mətbutında müzakirə olunur. Uşqları öz əmisi baltalayıb. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, 2011-ci il təvəllüdlü Həqiqət Nağıyevanın həyatını qurtarmaq mümkün olmayıb. Digər uşağın vəziyyəti ağırdır.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin həbsdən yeni çıxıdığı iddia edilir.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektor müdiri Vəfa Ələkbərova Modern.az-a bidirib ki, Cəlilabadda baş vermiş hadisə ilə bağlı komitənin səlahiyyətində olan hallar araşdırılır:
“Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istindaq davam etdirilir. Monitorinq və əlaqələndirmə qrupunun tərkibindəyik. Biz və aidiyyəti təşkilatlar dəstəyimizi davam etdiririk”.
Komitədən bildirilib ki, qətli törədən kişi əvvəllər dörd dəfə məhkum olunub:
“Cinayət işi olduğu üçün biz müəyyən yerə qədər müdaxilə edə bilirik. Digər məsələlər üçün hüquq-mühafizə orqanları var”.
Vəfa Ələkbərova 2025-ci ilin statistiksına əsasən bildirib ki, ötən il ölkə üzrə zorakılığa məruz qalan 83 nəfər kişi (əsasən, psixi zorakılıq faktı), 539 nəfər qadın (əsasən fiziki zorakılıq afktı), 515 uşaq (232 nəfər qız, 277 nəfər oğlan uşağı) qeydə alınıb:
“549 nəfər isə məişət zorakılığı törədən kimi qeyd olunub. Onlardan 228 nəfər ər, 108 nəfər keçmiş ərdir. 217 nəfər isə qadın olub.
Bu hallar, daha çox Bakı, Sumqayıt, Abşeronda qeydə alınıb. Sözügedən ərazilərdə say çoxluğunun yaranmasına səbəb digər rayonlardan gələn axındır.
Hər bir halda profilaktik tədbirlər görülür, zorakılıq edənlərə qanunauyğun şəkildə məsuliyyətə cəlb edilir".
Ailə-məişət zəminində baş verən cinayət halları ilə bağlı Modern.az-a danışan sosioloq Mail Yaqubov bildirib ki, sosiologiya elmində “cinayət və onun səbəbləri” bəhsi var.
“Ameriaklı sosioloq Robert Bertonun fikrinə görə, hansısa məqam cəmiyyətə ali dəyər kimi qəbul olunur. Və bu ali dəyərə yiyələnməmiş şəxslər digərlərinin gözündə aşağı səviyyədə hesab olunur. İndiki dəyər, təəssüf ki, puldur. Bu pis tendensiya bütün dünyaya sirayət edib, Azərbaycana da həmçinin. Ötən əsrin 1980-cı illərinə qədər ali dəyər kimi elmə yiyələnmnək hesab olunurdu".
Sosioloq qeyd edib ki, maddi dəyərlərin əldə olunması üçün bir çox insan cinayətə də əl atır:
“İnsan hansı mənəviyyatsızlığa, Allahsızlığa enməlidir ki, digərini qətlə yetirsin?
Bizim cəmiyytimizdə dərin mənəvi-psixoloji boşluq var. Düşünürəm ki, bu səbəb cəmiyyətimizdə daha çox kök salmışdır.
Əsas sual isə budur: bunun qarşısını almaq üçün güclü mexanizm varmı? Xeyr.
Bizim mənəvi-psixoloji tələbatlarımızı ödəmək üçün xidmət göstərməli olan din xadimləri bizə nağıl danışırlar. Halbuki islam dininin özündə bu boşluğu aradan qaldırmaq üçün güclü potensial var. Çünki İslam elmini müasir elmlərlə birgə mükəmməl şəkildə bilən din xadimlərimiz yoxdur. Bir-iki nəfərlə isə məsələ həllini tapmır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 02 Fevral 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















