Icma.az
close
up
RU
Müharibə, istismar, zorakılıq, təcavüz və UŞAQLAR

Müharibə, istismar, zorakılıq, təcavüz və UŞAQLAR

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Silahlı münaqişələrin baş verdiyi ərazilərdə yaşayan uşaqlar hər gün ağlasığmaz dəhşətlərlə üzləşirlər. Onlar rahat yata, küçədə oynaya, məktəbə gedə və ya təcili hallarda həkimə müraciət edə bilmirlər. Hər il 4 İyun Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində uşaqlara qarşı ən çox rast gəlinən haqsızlıq barədə yazılır, nümayişlər keçirilir, lakin dünyada yenə də zorakılıq, təcavüz görən uşaqlar var.

Uşaqların hərbi əməliyyatlara cəlb edilməsi, qətllər, cinsi zorakılıq, oğurluq, məktəblərə və xəstəxanalara hücumlar, humanitar yardımdan faydalana bilməmək kimi bir çox qanunsuzluqlara məruz qalan uşaqlar münaqişələr zamanı ən çox zərər görən tərəfdir. BMT tərəfindən 1982-ci ildə təsis edilən 4 iyun tarixinin qeyd olunmasında məqsəd münaqişə zonalarında və zorakılığa məruz qalan uşaqların müdafiəsini gündəmə gətirmək, onların hüquqlarının qorunmasını təşviq etmək və bu sahədə maarifləndirmə aparmaqdır.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) 2024-cü il hesabatına görə, 2020–2023-cü illər arasında aşkar edilmiş insan alveri qurbanlarının 38%-i uşaqlardır. Bu, 2019-cu ildən bəri uşaq qurbanlarının sayında 31% artım deməkdir. UNICEF-in məlumatına görə, dünyada hər beş uşaqdan biri, yəni təxminən 473 milyon uşaq münaqişə zonalarında yaşayır. Uşaq ölümlərinin və şikəstliyin 25%-dən çoxu partlayıcı təhlükələrlə, o cümlədən müharibənin partlayıcı qalıqları, əldəqayırma partlayıcı qurğular və minalar ilə bağlı olub.

UNICEF-in məlumatına görə, 2024-cü ilin əvvəlindən etibarən Sudanda 221 uşaq zorlanıb. Bu halların 66%-i qız uşaqları, 33%-i isə oğlan uşaqları ilə bağlıdır. Haitidə silahlı qruplar tərəfindən uşaqlara qarşı cinsi zorakılıq halları artıb. ABŞ-da 2024-cü ildə 7,300-dən çox miqrant uşaqla bağlı insan alveri şübhələri araşdırılmamış qalıb.

I və II Qarabağ müharibəsi zamanı zülüm görən, əsir düşən, qətl edilən, qaçqın olan çox uşaq oldu. I Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxsdən 71 nəfəri uşaqlar olub. Ermənistan əsir götürdüyü uşaqların saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək, onların sonrakı taleyi barədə indiyə kimi məlumat vermir. Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərdə girov götürdüyü uşaqlardan 168-i Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti nəticəsində azad edilib.

Xocalı şəhərinin işğalı zamanı bir gecədə vəhşi qətliamın qurbanı olan 613 dinc sakindən 63-ü məhz uşaqlar idi. Xocalı faciəsi zamanı 25 uşaq hər iki valideynini itirib. Erməni vandallarının Xocalıda törətdiyi qanlı cinayət nəticəsində 76 azərbaycanlı uşaq isə həmişəlik əlil olub. 1992-ci ildə Xocavənd rayonunun Qarabağlı kəndindən girov götürüb sonra güllələlədikləri 117 nəfər dinc sakininin güllələnən 76 nəfərindən 20-si də uşaqlar idi. Horadiz yolunda əsir götürülən 40 nəfərin 29-u, Gorazıllı kəndindən götürülmüş girovların 40-ı, Kəlbəcər rayonunun Başlıbel kəndindən girov götürülmüş qoca, qadın və uşağın 29-u da uşaq idi və onlar amansızlıqla qətl edilmişdilər.

1988-ci il dekabrın 5-də ermənilərin Hamamlı şəhərində (Spitak) iri diametrli boruya doldurduğu, hər iki tərəfini qaynaq etdikləri həmin borunu hündür uçurumdan dərəyə ataraq amansızlıqla qətlə yetirdiyi 17 nəfər də uşaq idilər və onların heç bir günahı yox idi. 1988-ci ildə Qarakilsə-Pəmbək mahalında 70-ə yaxın 5-12 yaşlarındakı uşaqları yenə boruya dolduraraq, hər iki tərəfini bağlayıb öldürdülər. Onların nə günahı vardı?

Dünyada sülhün iki simvolu var, biri ağ göyərçinlər, digəri gülümsəyən uşaqlar. Hər ikisi saflığın, təmizliyin, dincliyin simvoludur. Dünyada sabitliyi, dincliyi, sülhü ən çox arzulayan da övladı olan insanlardır. Dünyanın yaşanacaq yer olması üçün, uşaqlarımızın sülh içində böyüməsi üçün bu sabitliyi qorumaq məcburiyyətindəyik. Bəşəriyyətin xoşbəxtliyi uşaqların qorunmasından, onların yaxşı tərbiyə olunmasından asılıdır. Axı bu günün uşaqları sabahın böyükləri, dolayısı ilə idarəçisidirlər. Sülhü təmin etmək üçün bütün dünya uşaqları arasında dostluq əlaqələrini qurmaq, bütün xalqlarının vəhdətini yaratmaq, uşaqlara sülhün nə demək olduğunu anlatmaq lazımdır.

"Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa və Ailə Məcəlləsinə əsasən, uşağın hüquq və mənafeləri pozulduqda, o cümlədən valideynlər uşağın təhsili və tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirmədikdə, uşağın hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var. Uşaq pozulmuş hüququndan və onun müvafiq prosessual qaydalarından asılı olaraq fərdi qaydada və ya öz təmsilçisi vasitəsilə müraciət edə bilər.

Azərbaycan hökuməti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq sahədə beynəlxalq qurumlarla əməkdaşlıq edir. Bundan əlavə, Azərbaycan əlil uşaqlar, evsiz uşaqları, uşaqlara qarşı zorakılığın qarşısının alınması, erkən nikahlar, uşaq ölümləri, məktəbəqədər təhsil kimi təhsil, səhiyyə və digər sosial məsələlərdə UNICEF ilə sıx əməkdaşlıq edir.

1992-ci ildə Azərbaycanda BMT-nin " Uşaq hüquqları haqqında" Konvensiyası və səkkiz il sonra onun "Uşaqların silahlı münaqişələrə cəlb edilməsi" və "Uşaqların satışı, uşaq fahişəliyi və uşaq pornoqrafiyası" daxil olmaqla iki Fakültativ Protokolu ratifikasiya edilib.

Azərbaycan 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Yetkinlik yaşına çatmayanlara dair ədalət mühakiməsinin həyata keçirilməsinə dair Standart Minimum Qaydalarını, 1996-cı ildə Nikahın bağlanmasına razılıq, nikah üçün minimum yaş və nikahların qeydiyyatı haqqında Konvensiyanı, 2004-cü ildə Avropa Sosial Xartiyasını və Ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiyanı və 2006-cı ildə Təhsil Sahəsi üzrə hüquqi sənədləri qəbul edib.

Hökumətimiz, BMT-nin Uşaq Hüquqları Komitəsinə (UNHCR) Konvensiyanın və onun iki Fakültativ Protokolunun həyata keçirilməsi üçün dövri hesabatlar təqdim edir. Bundan əlavə, Azərbaycan "Uşaqların yaşaması, qorunması və inkişafı haqqında" Ümumdünya Bəyannaməsinin tərəflərindən biridir. "Uşaq hüquqlarının müdafiəsi haqqında" da bir sıra milli qanunvericilik aktları təsdiq edilib. Azərbaycan, 1998-ci ildə qanunvericiliyini Uşaq Hüquqları Konvensiyasında (UHK) qeyd olunan prinsiplərə uyğunlaşdıran "Uşaq hüquqları haqqında" qanunu qəbul edib.

Təmənnamız, eyni zamanda, uşaqlara uşaqpulu ödənilməsi istiqamətindədir. Bu istiqamətə uzun müddətdir müzakirələr aparılır, sosial yardım kimi təyinatlı müavinət modeli uşaqpulu təyinatında da əlverişli ola bilər. Aztəminatlı ailələrin övladına dövlət öz dəstəyini bu yolla hiss etdirə bilər.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:380
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyun 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri