Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Kişilər də zorakılıq qurbanı olur...

Kişilər də zorakılıq qurbanı olur...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Kişilər Günüdür

Qadınlara qarşı fiziki və psixoloji zorakılıq halları mütəmadi olaraq gündəmə gətirilir. Belə hallar istər Azərbaycanda, istərsə də digər ölkələrdə tez-tez qarşılaşdığımız hadisələrdəndir. Etiraf edək ki, “zorakılıq” sözü işlənərkən, ağla ilk gələn məhz qadınlar olur. Ancaq bu bir faktdır ki, dünyada artıq kişilərə qarşı da aqressiya artan tendensiya ilə davam edir.

Kişilər də şiddətə məruz qalır...

BMT-nin son illər apardığı araşdırmalara görə, ailədaxili və məişət zorakılığı zamanı qurban rolunda kişilərin sayı çoxalmağa doğru gedir. ABŞ Ədliyyə Departamentinin məlumatına əsasən, qadınların həyat yoldaşları ilə mübahisə zamanı 2,5 dəfə daha çox bıçağa əl atdığı, 2 dəfə çox isə öz partnyorlarına ağır xəsarətlər yetirdiyi bildirilir.

Rusiyada və ABŞ-da həyat yoldaşını öldürən hər 100 kişiyə ərini öldürən 75 qadın düşür. Ekspertlər yaxın onilliklərdə bu nisbətin bərabər olacağını iddia edir. Böyük Britaniyada 2018-ci ildə keçirilən sorğu zamanı rəyi soruşulan 38 faiz qadın və 24 faiz kişi tərəf müqabilinə fiziki şiddət göstərdiyini etiraf edib.

Statistikaya görə, 40 milyon əhalisi olan Keniyada 2,1 milyon kişi qadınlar tərəfindən fiziki və psixoloji şiddətə məruz qalır. Keniyalı sosioloqlar işsiz və yaşı 40-ı keçmiş kişilərin daha çox istismar edildiyini bildirirlər. Ölkədə qadınlar ərlərini aldadır, onları ev işlərini görməyə və uşağa baxmağa məcbur edirlər.

Kişi sığınacaqları olan ölkələr

Artıq bir çox ölkələrdə kişilərin hüquqlarını müdafiə komitələri və kişi sığınacaqları var. Məsələn, Türkiyədə, İsveçrədə, ABŞ-da, Almaniyada, Kanadada, Niderlandda zorakılığa məruz qalan kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərir. Bu sığınacaqlara hansısa fəlakətdən çətin vəziyyətə düşən, cinsi oriyentasiyasına görə təzyiqə məruz qalan kişilər də sığına bilir.

Türkiyədə kişilər üçün sığınma evlərinin ən məşhuru Konyada yerləşir. Bura müraciət edənlərin böyük əksəriyyəti həyat yoldaşı və uşaqları tərəfindən zorakılığa məruz qalmış kişilərdir. İldə ən azı 400-500 nəfər yardım məqsədilə buraya müraciət edir, bəziləri isə sığınacağın uzunmüddətli qonağına çevrilir.

Azərbaycanda vəziyyət necədir?

Digər ölkələrlə müqayisədə Azərbaycanda kişilərə qarşı zorakılıq halları azdır. Ancaq ölkəmizdə kişilər daha çox psixoloji zorakılığa məruz qalırlar. Belə ki, bəzən ahıl kişilər öz gəlini, həyat yoldaşı, hətta nəvəsi tərəfindən fiziki zorakılığa məruz qalır. Həmin yaşlarda onlar fiziki cəhətdən özlərini qoruya bilmir, yaxud sağlamlıq imkanları məhdud olur. Bu səbəbdən zorakılıqla qarşılaşa bilirlər. 

Respublikamızda hər il məişət zorakılığı ilə bağlı təxminən 850-yə qədər cinayət işi qeydə alınır. Belə ki, son bir neçə il ərzində zorakılıq hallarının 86 faizi qadınlara qarşı törədilib. 14 faiz zorakılıq halı isə kişilərə qarşı olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasında bildirilir ki, məişət zorakılığının baş vermə səbəbləri əsasən ailədaxili söz-söhbətlərdir. Kişilərə qarşı baş verən məişət zorakılığında daha çox kişinin ailə vəzifələrini yerinə yetirməməsi, evə qazanc gətirməməsi, qayınana və qayınatanın ailədaxili işlərə müdaxilə etməsi, eləcə də sözügedən tərəflərin yola getməməsi və s. səbəb göstərilir.

60-dan çox ölkədə qeyd olunan gün...

Yeri gəlmişkən, noyabrın 19-u bütün dünyada Beynəlxalq Kişilər Günüdür. Bu bayramı ilk dəfə 1999-cu ildə Karib dənizinin cənub hissəsində olan ada dövlətləri Trinidad və Tobaqo sakinləri keçiriblər. Dünyanın 60-dan çox ölkəsində qeyd olunan Beynəlxalq Kişilər Gününün keçirilməsində məqsəd onların ailədə və uşaqların tərbiyəsində rolunu artırmaq və onlara qarşı olan diskriminasiyanın qarşısını almaq, kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır. Bu, kişilərə qarşı olan ayrı-seçkiliyi nəzər? çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və naliyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Əsas məqsəd isə insani dəyərləri önə çəkməkdir.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Noyabr 2024 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see669

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see637

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see635

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see505

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see466

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see448

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see425

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see398

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see352

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see347

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see344

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see334

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see330

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see327

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see325

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see321

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see315

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see314

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see309

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see291
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri