Icma.az
close
up
RU
Zorla əlimizdən alınmış torpaqlarımızdan niyə vaz keçməliyik?!

Zorla əlimizdən alınmış torpaqlarımızdan niyə vaz keçməliyik?!

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan Konstitusiyasında sovet dönəmindən öncəki hökumətin Müstəqillik Bəyannaməsinə istinad edilir.

Onun sözlərinə görə, bugünkü respublika Azərbaycan SSR-in deyil, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir. XİN başçısı sovet dönəmindən əvvəl mövcud olmuş Azərbaycan Cümhuriyyətinin ərazisinin indikindən qat-qat böyük olduğunu bildirib:

“AXC-nin torpaqları indiki Ermənistan ərazisinin 60 faizdən çoxunu əhatə edirdi. Yəni bu məsələ bizi narahat edir, amma davamlı olaraq gündəmə gətirmirik. Çünki Kontitusiya məsələsində problemin həllini sülh müqaviləsinin imzalanmasında görürük. Sənəd təsdiqləndikdən sonra istənilən məsələ həllini tapa bilər".

Mirzoyan əlavə edib ki, Azərbaycan tərəfi davamlı olaraq Ermənistan Konstitusiyasına düzəliş edilməli olduğunu vurğulayır:

"Onlar bildirirlər ki, bizim konstitusiyamız Azərbaycanın ərazi bütövlüyünü təhdid edən İstiqlal Bəyannaməsinə əsaslanır. Narahatlıqları başadüşüləndir, lakin bu, tamamilə doğru deyil. Biz sülh müqaviləsində tərəflərin bir-birilərinin Sovet Sosialist Respublikaları İttifaqının dövründə mövcud olmuş və sonralar beynəlxalq səviyyədə tanınmış ərazilərini qarşılıqlı şəkildə tanıdığını təsdiqləyirik. Yəni bu müddəa Azərbaycanın narahatlığının aradan qaldırılması üçün tələblərinə tam cavab verir. Bir sözlə, müqavilənin imzalanması bu prinsipi rəsmi olaraq təsdiqləyəcək”.

AĞ Partiya sədri Tural Abbaslı Bakıvaxtı.az-a deyib ki, bu məsələyə Ermənistan XİN başçısı Ararat Mirzoyanın baxışı ilə yanaşmaq olmaz.

Onun sözlərinə görə, sözügedən məsələyə Azərbaycan dövləti, xalqı özü qiymət verəcək:

"Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Cümhuriyyətin sərhədləri də bəllidir. Həmin dönəmdə mövcud olmuş Ermənistan Respublikası və Azərbaycan Xalq Cümhuriyyəti arasındakı razılıqlar, anlaşmalar da bəllidir. Biz 1918-ci ilin sərhədlərinin bərpa olunmasının tərəfdarıyıq. Cümhuriyyətin ərazisi indiki kimi 86.6 yox, 114 min kvadrat kilomet olub. Ermənistan Respublikasının ərazisi isə indiki kimi 29.8 min yox, cəmi 9 min kvadrat kilometr olub. 1918-ci ildən, o cümlədən 1991-cı ildən bu yana Azərbaycan və Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Sərhədlər delimitasiya və demarkasiya olunmayıb”.

Tural Abbaslı: Azərbaycan və Ermənistan arasında sərhədlər müəyyənləşməyib

Müsahibimiz bildirib ki, Ermənistan indiki qeyri-müəyyən sərhədlərini sovet dövründə qanunsuz olaraq Azərbaycan torpaqları hesabına, xalqımızın iradəsi nəzərə alınmadan formalaşdırıb. Torpaqlarımız əlimizdən zorla alınaraq Ermənistana hədiyyə edilib:

“İsrail 2 min öncəki torpaqlarının davasını aparır. O cümlədən Rusiya da Ukrayna ərazisinin onun tarixi torpaqlarını olduğunu iddia edir. ABŞ da Panamanı istəyir. Biz niyə cəmi yüz il öncə zorla və qanunsuz olaraq əlimizdən alınmış torpaqlarımızdan vaz keçməliyik?!"

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Aprel 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri