Zukerberq Trampla münasibətlərini yaxşılaşdırır
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin "Meta" korporasiyası gələcək dövlət başçısı ilə münasibətləri yaxşılaşdırmaq məqsədilə ölkənin yeni seçilmiş Prezidenti Donald Trampa bir milyon dollar ianə edib.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Amerika qəzeti "The Wall Street Journal" yazıb.
"Seçilmiş prezident Donald Trampın təntənəli andiçmə fonduna "Meta" bir milyon dollar ianə edib ki, bu da baş icraçı direktor Mark Zukerberqin vəzifəyə başlayan prezidentlə bir vaxtlar gərgin olan münasibətlərini möhkəmləndirmək üçün son addımı olub", - deyə bildirilib.
İanə şirkətin özü tərəfindən təsdiqlənib. Bu, Zukerberq və onun şirkətinin əvvəlki təcrübəsindən kənara çıxma olub. Nəşr xatırladır ki, seçki kampaniyası çərçivəsində Tramp texnologiya maqnatını ona qarşı seçkilərə təsir göstərməyə cəhd edəcəyi təqdirdə cəzalandıracağı ilə hədələyib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:143
Bu xəbər 12 Dekabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















