Bədənin gizli qoruyucu zülalı Xəstəliklərə qarşı təbii müdafiə
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Britaniyanın Imperial Kolleci və Tibb Elmləri Laboratoriyasının alimləri ACE2 zülalının səviyyəsinin yüksək olmasının qan təzyiqi və II tip diabet xəstələrində bədənin təbii müdafiəsi olduğunu aşkarlayıblar.
Demokrat.az xəbər verir ki, bu zülal damarların elastikliyini qoruyur və insulinin hüceyrələr tərəfindən daha yaxşı istifadə olunmasına kömək edir. Yəni, ACE2 orqanizmin xəstəliyə qarşı öz-özünə göstərdiyi bir “müqavimət” mexanizmasıdır.
Tədqiqatçılar bildirirlər ki, ACE2 səviyyəsini stimullaşdırmaq gələcəkdə qan təzyiqi və diabet xəstələrinin müalicəsini daha effektiv edə bilər. Bu, standart dərmanlardan fərqli olaraq, fərdi və daha məqsədyönlü müalicə metodlarının tətbiqinə yol açacaq.
Ekspertlər hesab edirlər ki, ACE2 zülalının bu xüsusiyyətləri dərindən öyrənilsə, yaxın illərdə ürək-damar xəstəliklərindən ölüm riskini azaltmaq mümkün olacaq.
Qeyd edək ki, ACE2 zülalı əvvəllər koronavirus zamanı virusun hüceyrəyə daxil olma qapısı kimi tanınmışdı, amma indi onun xroniki xəstəliklərdə faydalı rolu ortaya çıxıb.
Kənan
Demokrat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 21 Yanvar 2026 07:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















