Icma.az
close
up
RU
Zülfüqar Süleymanov: “Həm adımdan, həm də soyadımdan qara ləkəni təmizlədim” MÜSAHİBƏ

Zülfüqar Süleymanov: “Həm adımdan, həm də soyadımdan qara ləkəni təmizlədim” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın veteran ağırlıqqaldıranı Zülfüqar Süleymanovun (M40, 67 kq) İdman.biz-ə müsahibəsi

- Albaniyanın Dürres şəhərində usta ağırlıqqaldıranlar arasında Avropa çempionatında qızıl medal qazandınız. On ikillik fasilədən sonra eyni ölkədə belə bir sevinc yaşamaq necə hisdir?

- Möhtəşəm duyğulardır. On iki il bundan qabaq Tiranada böyüklər arasında Avropa çempionatının üçüncüsü olmuşdum. Bu qədər müddətdən sonra yenidən ölkəmizi Albaniyada təmsil etmək, üstəlik, çempionluq sevinci yaşamağı sözlə təsvir edə bilmərəm. Hətta himnimiz səslənəndə gözlərim doldu. Bu qədər müddət sonra idmana belə bir nəticə ilə qayıtmaq çox gözəldir.

- Ümumilikdə çempionatı necə dəyərləndirirsiniz?

- Miqyasına görə çox böyük yarış idi, 1000-dən çox iştirakçı vardı. Düzü, bu nəticəni özümdən gözləmirdim. Bakıda məşqlər zamanı edə bilmədiyimi burada etdim, üstəlik Avropa rekordunu yenilədim. Bu mənim arzum idi. Ora azərbaycanlı adını yazdım. Bu heç vaxt tarixdən silinməyəcək, çünki növbəti ayın birindən çəki dərəcələri yenilənəcəyi üçün heç kim bu kateqoriyada rekordu yeniləyə bilməyəcək. Yarış komandamız üçün də yaxşı keçdi. Vətənə iki qızıl, iki gümüş olmaqla ümumilikdə dörd medalla qayıdacağıq.

- On iki il öncə dopinqə görə diskvalifikasiya olunmuşdunuz. Bu qədər müddətdən sonra idmana qayıtmaq qərarını necə verdiniz?

- İdmançı dostlarımızla danışanda həmişə deyirdilər ki, sən nəsə bir dönüş etməlisən ki, yeni bir başlanğıc olsun. Bildiyiniz kimi, uzun illər öncə cəza alıb idmandan uzaqlaşdırılmışdım. Uzun müddət mübarizə apardım, mən bununla barışa bilmirdim. Dəfələrlə beynəlxalq məhkəmələrə müraciət eləmişəm, nəhayət ki, ötən ilin martında ömürlük cəzanı ləğv elədilər. On iki il idmandan uzaq qaldım. O vaxt bizim federasiya ilə beynəlxalq federasiya arasında müəyyən problemlər yaşanmışdı. Həmin dövrdə təxminən, otuz nəfərə yaxın idmançımızı dopinqə salmışdılar. Məlum məsələdir ki, bu qərəzdir. Kimlərsə mübarizə aparmaqda maraqlı olmadı, ancaq mən sona qədər savaşdım.

- Çempionata nə vaxtdan hazırlaşırsınız?

- Məşqlərə ötən ilin noyabrından başlamışam. Deməli, doğum günümdə dostlarla oturmuşduq. Söhbət əsnasında dostlar tərəfindən belə bir təklif irəli sürdülər. Mən də yoxlamağa qərar verdim. Əsas odur ki, çəkdiyimiz əziyyət yerdə qalmadı.

- Bu müddətdə nə işlə məşğul olurdunuz?

- Azərbaycan Hava Yollarında inspektor işləmişəm. Cəzalı olduğum üçün idmançı fəaliyyəti ilə məşğul ola bilmirdim.

- Bundan sonra nə etməyi düşünürsünüz?

- Məşqçi kimi Azərbaycan idmanına töhfə vermək istəyirəm.

- İdmandan uzaq keçən on iki il. Çox güman, sizin üçün asan olmayıb.

- Çox pis keçdi, çox pis. Bu həm mənim, həm də ailəmin adında qara ləkə idi. Bilirsiniz ki, biz Azərbaycanın ən böyük idmançı ailəsiyik. Doqquz qardaşıq, beşi dünya və Avropa çempionlarının mükafatçısı və qalibidir. Bizim ailədə heç kim dopinqə düşməyib. Dürrisdəki qələbəmlə bir daha sübut etdim ki, biz nə qazanmışıqsa, öz gücümüzə qazanmışıq. Həm adımdan, həm də soyadımdan bu qara ləkəni təmizlədim.

Aytac Sahəd
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 May 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri