Icma.az
close
up
RU
Pokatilovun gəlişi həm Yusif, həm də Nicat üçün inkişaf deməkdir MÜSAHİBƏ

Pokatilovun gəlişi həm Yusif, həm də Nicat üçün inkişaf deməkdir MÜSAHİBƏ

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Sabah" futbol akademiyasının qolkiperlər üzrə koordinatoru Xəyal Zeynalov Sportal.az saytına müsahibə verib. O, Stas Pokatilovun əsas komandaya cəlb olunması ilə yanaşı, Nicat Mehbalıyevlə Yusif İmanovun performansından da bəhs edib.

- "Sabah" Qazaxıstan millisinin qolkiperi Stas Pokatilovu komandaya cəlb etdi. Onunla bağlı düşüncələrin necədir? Səncə, "Sabah"da əsas qolkiper ola bilər?

- Komandamıza legioner qolkiperin cəlb olunması rəqabət yaradacaq. Bu isə inkişaf etmək deməkdir. Rəqabət olmadıqda inkişaf mümkün deyil.

-Ümumiyyətlə, Nicat Mehbalıyev və Yusif İmanovun rəqabətində daha çox ikinci meydana çıxırdı. Bu qolkiperlərlə "Sabah" istədiyi nəticələrə çata bilməzdi ki, qazax qolkiper gətirildi?

- Yeni qolkiperin gəlişi həm Yusif İmanov, həm də Nicat Mehbalıyev üçün inkişaf deməkdir. Legioner qapıçının gəlişi isə klubun strategiyasıdır. Bizim üçün inkişaf önəmlidir. Yusif də, Nicat da çox keyfiyyətli qapıçılardır və hər ikisi milli komandamızın üzvləridir. Döyüşü qazanmaq üçün vuruşmalısan.

- Ümumiyyətlə, necə düşünürsən, Yusif və Nicatın karyerası hazırda hansı pillədədir? Yusif Avstriya ilə görüşdə uğursuz performansında sonra karyerasında eniş yaşadı...

- Qapıçının karyerasında eniş də yaşana bilər. Bu da təbii haldır. Yusifin millidəki ilk oyunu onun üçün də asan deyildi. Çünki Yusifin beynəlxalq təcrübəsi elə də çox deyildi. Ancaq o günlər artıq geridə qalıb. Yusif üçün yeni dönəm başlayıb. İnanıram ki, həm Yusif, həm də Nicat böyük uğurlar qazanacaqlar.

- İmanovun ölkə xaricinə yollanmaq, Mamardaşvili kimi İspaniya, İngiltərə klublarına keçməsi real hesab edirsən? Özü də, yeni mövsümdən legioner limiti ləğv edilə bilər..

- Nəinki Yusif və Nicat, lap olsun “Neftçi”nin qapıçısı Rza Cəfərov...Hamısı ölkə xaricində oynamağa qadirdir. Sadəcə cəhd etməlidirlər. Bizim nə qolkiperlərimiz, nə də qapıçı məktəblərimiz digər ölkərdən geri qalır. 

- "Sabah"ın əsas komandası üçün aşağı yaş qruplarında perspektivli qapıçılar var?

- Nəzərinizə çatdırım ki, 2009-cu il təvəllüdlü Rauf Eyyubovu da əsas komandaya vermişik. Hazırda əsas komandamızda üç qapıçı akademiyamızın yetirməsidir. Bizim məqsədimiz yetişdirməkdir. Öz işimizi görürük. Təbii ki, A komandanın qolkiper məşqçiləri  ilə bərabər, kommunikasiyalı iş görürük. Akademiyamızdakı bütün qapıçılar nəzarət altındadır. Qarşıda yeni layihələrimiz və birgə işlərimiz olacaq.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Yanvar 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri