Icma.az
close
up
RU
Zülfüqarov: Çərçivə sənədini bilərəkdən sülh sazişi kimi təqdim edirlər

Zülfüqarov: Çərçivə sənədini bilərəkdən sülh sazişi kimi təqdim edirlər

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Tofiq Zülfüqarov
“Biz hazırda Azərbaycan və Ermənistan arasında çərçivə sənədinin razılaşdırılmasından danışırıq. Ermənistan tərəfi isə bilərəkdən bu sənədin mahiyyətini şişirdir. Çünki məqsədləri digər məsələləri arxa plana keçirməkdir”.

Bu sözləri “Reytinq” qəzetinə Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, öncə nəzərə almaq lazımdır ki, bəhs edilən sənəd Azərbaycan tərəfinin Ermənistana təklifi əsasında hazırlanıb. Yəni Azərbaycanın irəli sürdüyü beş prinsip əsasında bu prosesə start verilib. Üstəlik, bunlar beynəlxalq hüququ və BMT prinsiplərini özündə ehtiva edir.
Keçmiş nazir bildirib ki, həm Azərbaycanda, həm də Ermənistanda bir çox insanlar sənədin mahiyyətini fərqli formada təqdim edir, hətta bunu sülh sazişi kimi qələmə verənlər də var: “Amma indiki halda biz ilkin və ya çərçivə sənədindən bəhs edirik. Sülh sazişi isə son mərhələdə əldə ediləcək və ya imzalanacaq sənəd ola bilər”.
T. Zülfüqarov qeyd edib ki, çərçivə sənədinin mahiyyəti bəyanata yaxın olsa da, bəzi şəxslər bilərəkdən onu şişirdir. “Məsələn, tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Hazırda sərhədlər müəyyən edilibmi? Və yaxud Zəngəzur dəhlizi məsələsi həllini tapmalıdır. Tapıbmı? Eyni zamanda təhlükəsilik məsələləri. Təzminat məsələləri də var, bəzi xəbərlərə görə, Ermənistan tərəfi müəyyən sənədləri geri çəkməyib. Bunlar həyata keçirilməlidir. Çərçivə sənədi bu baxımdan bir sıra məsələlərin həlli üçün çərçivə yaradır. Qısası, ilkin və yekun sənəd var. İndi biz ilkin sənəddən bəhs edirik, yekun sənəd isə sülh sazişi olmalıdır. Yəni indi bizim müzakirə etdiyimiz çərçivə sənədidir, sülh sazişi deyil. Sülh sazişi üçün hələ çox iş görülməlidir. Bunu bilməyənlərə məsləhət görürəm ki, diplomatiya lüğətinə baxsınlar. Çünki bu məsələlər orada qeyd edilib və bu nəzəriyyə əsasında işlər görülür”,- deyə sabiq nazir əlavə edib.
T. Zülfüqarov deyib ki, Ermənistan bilərəkdən ilkin sənədin mahiyyətini qabardır: “Çünki düşünürlər ki, bu yolla digər mövzuları gündəmdən çıxarırlar. Guya bununla məsələ bitdi. Əsas məsələlər sırasında sərhədlərin müəyyən edilməsi, dəhlizin açılması, təhlükəsizlik, təzminat kimi məsələlər var. Eyni zamanda “münaqişənin siyasi məsuliyyətini kim daşıyır”, - məsələsi də mövcuddur. Sözsüz ki, cinayət törədən insanların məsuliyyəti də var. Bunlar həllini tapmalıdır. Bunun üçün də çərçivə sənədi vacibdir”.
Müsahibimiz diqqətə çatdırıb ki, əslində çərçivə sənədinin razılaşdırılması hər iki ölkənin Xarici İşlər nazirlikləri tərəfindən bəyanatla yekunlaşdırıla bilər: “Yəni tərəflər qeyd edirlər ki, ilkin sənədi razılaşdırıblar və oradakı prinsiplər əsasında işin davam etdirilməsinə dair siyasi iradə mövcuddur. Bunun üçün Vaşinqtona və ya Moskvaya ehtiyac yoxdur. Ümumiyyətlə, bizim işimiz, vasitəçilər olmadan, Ermənistanla qarşı-qarşıya oturub məsələləri həll etməkdir”.
Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Mart 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see276

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see229

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see200

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see192

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see154

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see135

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see119

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see115

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see114

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see113

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri