Icma.az
close
up
RU
Zülfüqarov: Ermənistan sülhün əldə edilməsini gecikdirir

Zülfüqarov: Ermənistan sülhün əldə edilməsini gecikdirir

Icma.az, Reyting.az saytına istinadən bildirir.


“Bizdə “Sülh” dedikdə müxtəlif insanlar müxtəlif məsələləri nəzərdə tutur. Yəni hazırlanmış sazişə imza atılmasını düşünənlər də var. Biz “Ədalətli sülh” dedikdə konkret məsələləri nəzərdə tuturuq. Buraya təzminat məsələsi, sərhəd probleminin birdəfəlik həlli, kommunikasiyaların açılması, tarixi səhvlərin düzəldilməsi, məsuliyyətin qəbul edilməsi və s. daxildir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun fikrincə, postkonflikt dövrü davam edir və problemlərin həlli üçün hələ çox işlər görülməlidir. T. Zülfüqarov hesab edir ki, indi ikinci mərhələni yaşayırıq: “Bu mərhələdə yekun sülhün əsas istiqamətləri müəyyən edilir. Mənim qənaətimcə, əsas mövqe hələ öz həllini tapmayıb: tərəflər bir-birinin ərazi bütövlüyünü tanımalı, eyni zamanda sərhədlər müəyyən edilməlidir”.
Sabiq nazir əlavə edib ki, kommunikasiyaların bərpası məsələsi də xüsusi əhəmiyyətə malikdir, amma bu istiqamətdə danışıqlar hələ nəticə verməyib: “Eyni zamanda siyasi məsuliyyət, təzminat məsələsi var və bu da danışılmalıdır. Bu kimi məsələlərin həlli baş verməlidir ki, biz ədalətli sülhdən, son nəticədən danışaq. Bir tərəfdən “ərazi bütövlüyünü tanıyırıq”, - deyib, digər tərəfdən də konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları irəli sürməklə sülh əldə etmək mümkün deyil”.
Zülfüqarov müşahidələrinə əsasən deyir ki, Ermənistan tərəfi sülhün əldə edilməsini gecikdirir, çünki mövqeyində stabil deyil və yekun nəticələrin əldə olunmasına maraq göstərmir.
Y. QACAR
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Aprel 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see327

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see281

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see274

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see265

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see259

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see258

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see249

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see246

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see223

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see217

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see217

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see215

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see207

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see205

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see190

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see190

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see183

Türkiyədə Kaşif Kozinoğlunun ölümü ilə bağlı daha 4 nəfər saxlanılıb

20 Sentyabr 2026 06:02see176

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see176

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri