Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Zülfüqarov: Ermənistan etməsə, özümüz edəcəyik

Zülfüqarov: Ermənistan etməsə, özümüz edəcəyik

Icma.az bildirir, Reyting.az portalına istinadən.


“İran rəsmiləri Azərbaycan-Ermənistan sülh sazişi mövzusunda bir qədər ehtiyatlı açıqlamalar verməlidirlər. Çünki hazırda Azərbaycan ilə Ermənistan arasında delimitasiya və demarkasiya işləri görülür, sərhədlərin müəyyənləşdirilməsinə çalışırlar. Başqa sözlə, iki ölkə öz ərazi bütövlüyünü, sərhədlərini müəyyən etməyib. Belə bir mərhələdə İran rəsmilərinin “Ermənistanın ərazi bütövlüyü” haqqında fikirlər səsləndirməsi doğru deyil”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, Ermənistan sərhədlərinin necə olacağı müzakirə edilir və Azərbaycanla birgə yaradılan komissiya tərəfindən delimitasiya olunur. Yəni sərhədlər müəyyənləşməlidir ki, ərazi bütövlüyü məsələsi də həllini tapsın.
Sabiq nazir bildirib ki, iki ölkə arasında sərhədlərin müəyyən edilmə prosesi tam başa çatmayıb və belə bir vaxtda “Ermənistanın ərazi bütövlüyü” mövzusunda çıxışlar etmək etikadan uzaq olmaqla yanaşı məntiqli deyil: “SSRİ dağılan zaman ölkələr müstəqil olublar. Əksər dövlətlər qonşu dövlətlərlə sərhədlərini müəyyən ediblər. Həmin dövrdə Azərbaycan və Ermənistan yalnız Almata deklarasiyasına qoşulub. Amma hər hansı müzakirə, delimitasiya prosesi aparılmayıb. Üstəlik, həmin dövrdə həm Azərbaycan, həm də Ermənistan sərhədlərin müəyyən edilməsinə fərqli yanaşıb və s. Amma müzakirə aparılmayıb, çünki bu dövrdə Ermənistan ölkəmizə qarşı işğalçı müharibə aparır, ərazilərimizi işğal edirdi. İndisə tərəflər sərhədlərini, ərazi bütövlüyünü müəyyən etmək üçün danışıqlar aparır. Müəyyən edilməyən ərazi bütövlüyü barədə üçüncü ölkələrin açıqlama verməsi bu baxımdan da doğru deyil”.
Zülfüqarov əlavə edib ki, bu prizmadan Zəngəzur dəhlizi məsələsi də aktualdır. Onun fikrincə, müharibə dayandıqda və üçtərəfli saziş imzlandıqda dəhlizin necə olacağı razılaşdırılıb: “İndi vacib mərhələ yaşanır. Məsələ ədalətli həllini tapmalıdır. Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır, Ermənistana qanunsuz verilib. İndi Ermənistan bu məsələni uzatmaqla təhlükəli oyun oynayır. İndiki vəziyyət ilk növbədə Ermənistanın özü üçün təhlükəlidir. Həm də bu səbəbdən problem həll edilməlidir. Üstəlik, Azərbaycan razı ola bilməz ki, onun öz ərazisinin bir hissəsindən digər hissəsinə hərəkət hansısa formada məhdudlaşdırılsın”.
Sabiq nazir xatırladıb ki, bir vaxtlar Ermənistan rəhbərləri Laçın üzərindən Xankəndiyə dəhlizin formasını müəyyən etməyə çalışırdılar: “Yəni söhbət Ermənistandan Azərbaycanın ərazisi olan Xankəndiyə dəhlizdən və bu ətrafda verilən açıqlamalardan gedirdi. Mən bunu sadəcə xatırlatdım. Biz bunları unutmamışıq. İndi necə ola bilər ki, biz bir ərazimizdən digər ərazimizə dəhlizin olmaması ilə razılaşaq? Mən düşünürəm ki, bu məsələ həll edilməlidir. Əgər Ermənistan etmək istəməzə, özümüz etməli olacağıq”.

Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 May 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri