Icma.az
close
up
RU
Tofiq Zülfüqarov: “Mifik və tarixi Ermənistan əraziləri hardadır?” KONKRET

Tofiq Zülfüqarov: “Mifik və tarixi Ermənistan əraziləri hardadır?” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın qeyri-konstruktiv siyasəti Cənubi Qafqazda gərginliyi artırır. Ermənistandakı siyasi qüvvələrin öhdəsindən çətinliklə gələn baş nazir Nikol Paşinyan da təzadlı bəyanatlarıyla müzakirə mövzusuna çevrilir. Paşinyan zərərli erməni ideologiyasının zəhərlədiyi  beyinlərin  təmizlənməsindən əziyyət çəkir və bildirir ki, Qərbi Ermənistan ideyasından əl çəkin. Baş nazir ermənilərə izah etməyə çalışır ki, hazırkı Ermənistan Qərbi Azərbaycan ərazisində bərqərar olub və azərbaycanlılar əzəli torpaqlarına qayıtmaq hüququnu özlərində saxlayırlar.

Mövzu ilə bağlı KONKRET.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov əvvəlcə Paşinyanın ictimaiyyətə ünvanladığı sullardan bəhs edib:

“Hərdən Paşinyan erməni xalqına sual verir ki, biz kimik və haradan gəlmişik? Biz hansı Ermənistanıq? Mifik Ermənistan,tarixi Ermənistan, yoxsa real Ermənistanıq? İndi orada yaşayan ermənilər hansı ölkəni təmsil etdiklərini hələ düzgün dərk etməyiblər. Paşinyan əvvəl mifik terminindən tez-tez istifadə edirdi. Sonra ona dedilər ki, ölkənin tarixini  bu şəkildə alçaltmaq olmaz. Ona görə ifadəsində dəyişiklik edərək tarixi Ermənistan deyir. Tarixi Ermənistan hardadır? Onlar hansısa müstəqil dövlətə sahib olmayıblar. 20-ci əsrin əvvələrində müstəqil olduqdan sonra Ararat republikası yaradıblar və dərhal həm Gürcüstan, həm də Türkiyə ilə müharibəyə başlayıblar. Bunun nəticəsində  cəmi 9 min kv.km ərazi əldə edə biliblər. Sonrakı dönəmlərdə sovetlərin dəstəyi ilə Ermənistana daha 20 min kv.km ərazi verilib. Həmin ərazilər də tarixi Azərbaycan torpaqlarıdır. İndi  sual yaranır. Bəs Paşinyan hansı ölkəni təmsil edir? Bir tərəfdən deyirlər ki, müharibə istəmirik digər tərəfdən silah tədarük edirlər. İndi başa düşmək olmur, ermənilər müharibəyə, yoxsa sülhə  hazırlaşırlar. Onlar indi hansı sərhəddi istəyirlər. Deyirlər ki, Qarabağı qaytaracağıq. Qarabağı qaytarmaq üçün Azərbaycanla müharibə etmək lazımdır. Buna  hazırdırlarmı? Ona görə erməniərin daxildə çox ciddi siyasi problemləri var”.

Daha sonra Erənistan Rusiya münasibətlərinə toxunan keçmiş xarici işlər naziri bildirib ki,Ermənistan öz müstəqilliyini bərpa edəndən sonra xarici siyasətini digər ölkələrin hesabına qurub:

“Ermənistanın təhlükəsizlik sistemini təmin edən və Azərbaycan torpaqlarını işğal olunmasında mühüm rol oynayan Rusiya idi. İndi isə bunların arasında münasibətlər pozulub. Rusiya istəmir ki, ermənilərin siyasi ambisiyyalarını dəstək versin. Ona görə ermənilər Rusiyaya əvəz axtarırlar.Ermənistan Rusiyanın  çətin vəziyyətdə olduğunu anladığından, çalışır ki, Qərbdən də bəzi dvidentlər qopartsın. Amma Qərb də başa düşür ki, Ermənistan Rusiyanı öz ərazisindən çıxartmaq istəmir.Ermənilər Zvartnos hava limanında 20-25 rus sərhədçisinin yerini dəyişməklə elə hesab edir ki, Rusiya Ermənistanı tərk edir. Ya da, Moskvanın patronajlığıyla keçirilən tədbirlərə gah gedir, gah da iştirak etmirlər. İndiyəcən İrəvanda  iki Rusiya bazası dayanır. Hərbi Hava Qüvvələrinin bazası Zvartnosta yerləşir. Ermənistana gələn hər bir xarici vətəndaş təyyarənin pəncərəsindən Rusiya hərbi təyyarələrini görür. Ermənistanın sərhədlərini Rusiya qoşunları qoruyur. Elə bir sahə yoxdur ki, orada Rusiyanın hərbi imkanları mövcud olmasın. İndi Ermənistanın Rusiyadan uzaqlaşmasını onlar elə təbliğ edirlər ki, guya ruslar bu saat Ermənistanı tərk edəcəklər”.

Bir neçə gün əvvəl İrəvanda səfərdə olan Polşa prezidenti Duda gözlənilmədən Ermənistan-Azərbaycan sərhəddinə gələrək Aİ-nin müşahidə missiyasının üzvləriylə görüşüb. Polşa prezidentinin bu addımı bir mənalı qarşılanmayıb və geniş müzakirə olunub. Tofiq Zülfüqarov bu məsələyə də öz münasibətini bildirib:

“Polşa Aİ-nin nüvuzlu ölkələrindən biri olan dövlət kimi istəyir ki, bu prosesdə həm Azərbaycana, həm Ermənistana yardımçı olsun. Hələ Polşanın o vaxtkı perezidenti Kvasnevski Varşavada Ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri arasında görüş də təşkil etmişdi. Onların Qarabağla bağlı fəallığı həmişə müşahidə olunub. İndi Polşa lideri Ermənistana səfərə gedib və təxminən həmin tezisləri orada da səsləndirib. Əsas fikirlərdən biri ondan ibarətdir ki, Ermənistanın Rusiyadan uzaqlaşmasını Polşa dəstəkləyir. İndi Ermənistan ərazisində Rusiyanın hərbi bazaları var. Şərti sərhəddə bundan əvvəl  rus hərbiçiləri də xidmət aparırdı. Hesab edirəm ki, erməni tərəfi Polşa prezidentini  lazımi şəkildə məlumatlandırmayıb. Onu bqəsdən danışıqlar predmeti olan sərhəddə aparıblar. Bunun məqsədi bəllidir. Ermənilər bundan guya siyasi dəstək kimi istifadə etmək istəyirlər. Dudanın da sərhədə gəlişini əllərində vasitə kimi saxlayırlar. Polşa prezidentinin müşavirləri lazımı şəkildə bu məsələyə bəlkə də diqqət yetirməyiblər. Onun mahiyyətini başa düşməyiblər və ona görə də belə vəziyyət yaranıb.

Ermənilər indi hay-haray salmaq istəyirlər ki, guya Polşa gəlib onları dəstəkləyir. Amma məsələnin bu cür təbliğinə qarşıyam. Sadəcə anlamaq lazımdır ki, ermənilər  Polşa prezidentini aldadıblar. Nəzərə almaq lazımdır ki, Duda Ermənistanda fəaliyyət göstərən müşahidə missiyasının tərkibində olan Polşa vətəndaşları ilə görüşüb və onlara dəstək ifadə edib. Bizim həmin müşahidə missiyasına qarşı iradlarımız çoxdur. Ermənilərin binokl diplomatiyasında avropalı müşahidəçilər rol oynaması Azərbaycanı narahat edir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, iki ölkə arasında sərhəd müəyyən olunmadan heç bir qüvvə orada yerləşdirilməməlidir. Missiyanın mandatına uyğun olaraq onlar Ermənistanın ərazisində partul həyata keçirməlidirlər. Ermənistan ərazisini müəyyən edən sərhədlər haradan keçəcəyi danışıqlar prosesindən sonra müəyyən olunacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Noyabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri