Icma.az
close
up
RU
Zümrüd libaslı Qarayazı meşələri

Zümrüd libaslı Qarayazı meşələri

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan təbiətini tanıdaraq sevdirmək məqsədilə “Yaşıl adalar” rubrikası altında silsilə yazılardan növbəti reportajımız Qarayazı Dövlət Təbiət Qoruğuna həsr olunub. Dərhal qeyd edək ki, “Qarayazı” toponiminin mənası “Böyük düz”, “Böyük çöl” deməkdir. “Qara” böyük, “yazı” isə qədim türk dillərində düzənlik, çöllük mənalarında işlədilib.

İndi isə keçək əsas mətləbə. Qarayazı Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 1978-ci il 2 mart tarixli qərarına əsasən, Qazax rayonu ərazisində Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində 6 min hektara yaxın ərazidə yaradılmışdır. Lakin sonra qoruğun meşəli və meşəsiz ərazisindən 1.119 hektar sahə Qazax rayonunun Sadıqlı üzümçülük sovxozuna verilmiş və qoruğun sahəsi 4855 hektara qədər azalmışdır. Lakin 2003-cü ilin iyun ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə qoruğun ərazisi genişləndirilərək 9.658 hektara çatdırılmışdır.

Qoruqda füsunkar Qarayazı meşələri qorunur. Qeyd etmək lazımdır ki, ölkəmizin düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir. Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və Kürün hidroloji rejiminin dəyişməsilə əlaqədar olaraq sahələri azalmış, seyrəlmiş, ağacların növ tərkibi xeyli dəyişilmişdir.

Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayının yatağının sol sahillərini və Qarayazı düzünün xeyli hissəsini əhatə edir. Qoruğun şərqə davamı Qarayazı–Ağstafa Dövlət Yasaqlığıdır. Qərbdə Gürcüstan, şimalda Bakı–Tbilisi dəmir yolu, cənubda Kür çayı ilə sərhədlənir.

Qoruğun ərazisi, əsasən, meşəlikdən ibarətdir, bunun çox hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə ilə örtülü olmayan sahələr təşkil edir. Meşəsiz sahələr, əsasən, qumluqlardan, su sahələrindən, bataqlıqlardan və s. ibarətdir.

Ərazidə qışı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır iqlim tipi hakimdir. Bura qışın quraq və mülayim, yayın isə quraq və isti keçməsi ilə fərqlənir. Havanın orta illik temperaturu 12.2 dərəcədir, yanvarın orta temperaturu sıfır dərəcədən aşağı (-0,1 dərəcə) düşür. İllik yağıntının miqdarı 400 millimetr olduğu halda, illik buxarlanma bundan 2,3 dəfə artıqdır.

Qoruğun ərazisinin mikrorelyefi, geomorfoloji xüsusiyyətləri, Kür çayının təsiri, qrunt suyunun səthə yaxın olması, bitki örtüyünün müxtəlifliyi və s. burada allüvial-bataqlıq, allüvial-çəmən, allüvial-çəmən-meşə və çəmən-şabalıdı torpaqların əmələ gəlməsinə şərait yaratmışdır.

Kürün sahilindən uzaqlaşdıqca bitki örtüyünün dəyişməsi nəzərə çarpır: çay yatağının sahili boyunca söyüd, böyürtkən, iydə, zirinc kolları inkişaf etmişdir, onların əmələ gətirdiyi kolluqların eni bir neçə metrə çatır. Sahildən bir qədər aralandıqdan sonra ilə kolluqları tipik tuqay meşələri əvəz edir. Bu meşələr çoxyarusludur. Birinci yarusu ağyarpaq qovaq, ikinci yarusu isə palıd və qızılağac təşkil edir. Burada tuqay meşələrinə xüsusi görkəm verən lianlara da rast gəlinir. Meşəaltı kollar, cavan ağaclar meşənin nisbətən seyrək yerlərində daha çox təsadüf edilir.

Yeri gəlmişkən, heyvanlar aləminin zənginliyi cəhətdən də Qarayazı meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlinсik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysin və s. məməlilər məskunlaşmışdır. Ərazi daimi yaşayan və köçəri quşlarla da zəngindir. Onlar sıx meşələrdə və müxtəlif kolluqlarda daha çox məskən salmışlar. Quşlardan qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın daha çoxdur. Onların sayı 500-dən 2 minə qədərdir. Ördək, su fərəsi və s. suya maraq göstərən quşlar da az deyildir, burada bülbül də qorunur. Suda-quruda yaşayanlardan isə göl və quru qurbağaları, batalıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər vardır. Kürün qoruq ərazisində şəmayı, çapaq, naxa, şirbit və s. balıqlar mövcuddur.

Burada söhbətə bəlkə də son nöqtə qoymaq olardı, amma bu məqamda Qarayazı meşələrini şeirlərində dəfələrlə vəsf edən sevimli Xalq şairi Səməd Vurğunun adını çəkməmək insafsızlıq olardı. Şair bu qənirsiz sərvətin diqqətsizlik və baxımsızlıq səbəbindən məhv olacağından narahat idi və ona görə bir vaxtlar yazmışdı:

Kür qırağı, Qarayazı, göy çəmən,
Qoşa palıd... Tüstülənən od-ocaq...
Saç ağardı, unutmadım sizi mən
Hansı şair sizi bir də yazacaq!

P.S. Xoşbəxtlikdən bənzərsiz Qarayazı meşələri yuxarıda qeyd etdiyimiz kimi, dövlətimiz tərəfindən etibarlı şəkildə qorunur və ümid edirik ki, böyük şairin də ruhu şaddır!

M.HACIXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Fevral 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri