2024 cü ildə 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
Icma.az передает, что по данным сайта Day.az.
Vergi güzəşti almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, "yaşıl iqtisadiyyat" və elektron ticarət sahələrində innovativ həllərdir.
2024-cü ildə 104-ü mikro və 5 kiçik sahibkarlıq subyekti olmaqla "Startap" şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ümumilikdə 109 müraciət daxil olub. Müraciətlərə "Startapın müəyyən olunması meyarları"na əsasən Ekspertlər Şurası tərəfindən baxılıb və 65 KOB subyektinə "Startap" şəhadətbaməsi verilib. Şəhadətnamə almış sahibkarların 52-si hüquqi, 13-ü fiziki şəxs olmaqla, 62-si mikro və 3-ü kiçik sahibkardır.
"Startap" şəhadətnaməsi almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, "yaşıl iqtisadiyyat" və elektron ticarət sahələrində innovativ həlləri özündə birləşdirir.
Qeyd edək ki, "Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Azərbaycanda innovativ sahibkarlığın inkişafı, startapların ideyalarının və startap ekosisteminin inkişafına dəstək məqsədilə Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə "Startapın müəyyən olunması meyarları" təsdiq edilib. Qərara əsasən "Startap" şəhadətnaməsinin verilməsi 2021-ci ilin may ayından KOBİA tərəfindən həyata keçirilir. Mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsini əldə etmək üçün KOBİA-ya müraciət edə bilərlər.
Другие новости на эту тему:
Просмотров:79
Эта новость заархивирована с источника 24 Января 2025 01:22 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















