Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib FOTO
Icma.az передает, что по данным сайта Day.az.
"Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 247-ə çatıb.
"Startap" şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 12 müraciətə baxılıb və onlardan 9-na "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
"Startap" şəhadətnamələri "Mountai Group" MMC-nin neft və qaz sənayesində süni intellekt əsaslı analitika və rəqəmsal həll, "JFB Tech" MMC-nin humanoid robotlar üçün proqram təminatının hazırlanması və istehsalı, "Castingaz" MMC-nin onlayn kastinq platforması, "Smile Tour" MMC-nin səyahət və turizm xidmətləri üçün marketpleys, "Markpro Group" MMC-nin Aİ dəstəkli rəqəmsal marketinq platforması, "Buta Xidmət" MMC-nin onlayn sosial sahibkarlıq platforması, Əfqan Mehdixanovun süni intellekt əsaslı turizm platforması, Nurlan Kurbanovun Aİ dəstəkli rəqəmsal müştəri loyallıq platforması, Seymur Rzayevin "Agile" modelinə əsaslanan onlayn idarəetmə platforması layihələri üçün təqdim edilib.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:
https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Другие новости на эту тему:
Просмотров:76
Эта новость заархивирована с источника 13 Января 2026 14:36 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















