Ailə qurmağa tələsməyin: Mütəxəssislər ideal yaş barədə nə deyir? VİDEO
Как передает Icma.az, со ссылкой на сайт Day.az.
Sağlam ailə sağlam övlad, sağlam övlad isə güclü cəmiyyət deməkdir. Azərbaycanda nikah yaşı 18 müəyyən edilib. Ailə qurmaq üçün yalnız yaş deyil, gənclərin psixoloji və sosial hazırlığı, təhsili və məsuliyyəti dərk etməsi də vacibdir. Sorğuda iştirak edən vətəndaşların əksəriyyəti ailə qurmaq üçün 23-30 yaş aralığını daha münasib hesab edib.
Day.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Təranə Pirieva erkən nikahın uşaqların təhsilinə, sağlamlığına və gələcək inkişafına mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, erkən nikah halları son illərdə azalsa da, bəzi ailələrdə bu cür cəhdlər hələ də müşahidə olunur. Xüsusilə qız uşaqlarının erkən nikaha cəlb edilməsi onların hüquqlarının pozulmasına, sosial və iqtisadi asılılığa səbəb olur.
2025-ci il iyunun 1-dən qüvvəyə minən qanunvericilik dəyişikliyinə əsasən, nikah yaşının bir il azaldılmasına imkan verən istisna ləğv edilib. Yetkinlik yaşına çatmayanların erkən nikaha cəlb olunmasının qarşısının alınması üçün dövlət qurumları maarifləndirmə və nəzarət tədbirlərini davam etdirir. Vətəndaşlar belə hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və 116111 Uşaq Qaynar Xəttinə müraciət edə bilərlər.
Ətraflı "ATV"-nin videomaterialında:
Другие новости на эту тему:
Просмотров:148
Эта новость заархивирована с источника 17 Октября 2026 13:17 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















