Zəngəzur dəhlizi bütövlükdə region üçün faydalı olacaq Ərdoğan
Согласно сайту Day.az, передает Icma.az.
Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyə üçün yox bütövlükdə region üçün faydalı olacaq.
Day.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Hərəkatının 51-ci ildönümü münasibətilə Şimali Kipr Türk Respublikasın etdiyi səfərdən sonra Türkiyəyə geri qayıdan zaman təyyarənin göyərtəsində jurnalistlərə açıqlamasında deyib.
"Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyə üçün deyil, bölgədəki digər ölkələr üçün də faydalı olacaq. Biz bu marşrutu, eyni zamanda, geoiqtisadi baxımdan da son dərəcə önəmli bir məsələ kimi qiymətləndiririk. Əslində, bu dəhliz bölgəmizin hüdudlarından kənardakı coğrafiyaları da bir-birinə bağlayacaq və ticarəti canlandıracaq", - deyə o bildirib.
Ərdoğan bu xəttin mübahisə deyil, razılaşma rəmzinə çevriləcəyini gözlədiyini qeyd edib.
"Region ölkələri olaraq bu məsələni razılıq yolu ilə həll edə biləcəyimizə inanıram. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. Dəhlizin bir an əvvəl hazır vəziyyətə gətirilib həm Azərbaycan, həm də region üçün istifadə olunmasını və qiymətləndirilməsini istəyir. İnanıram ki, biz ora ilə bağlı məsələləri birgə həll edəcəyik", - deyə Ərdoğan qeyd edib.

