Icma.az
close
up
AZ
Menu

WSJ: Украина могла атаковать почти десяток танкеров российского теневого флота

Деды Морозы подрались в бакинском супермаркете ВИДЕО

В России снова взорвали Дружбу

Колумбия подала первую в истории жалобу на США из за удара по рыбацкой лодке

Фильм иранского режиссера Джафара Панахи удостоился трех наград премии Gotham Awards

Дочь Путина отказалась говорить о политике отца с украинскими журналистами Minval Politika

Верховный суд поставил точку в деле об убийстве проректора Университ Тефеккюр

Экс посол Азербайджана назначен на новую должность

Подростка, зарезавшего мать и бабушку, приговорили к 7,5 годам лишения свободы Minval Politika

Армения закрепляется в Европе наше поле зрения

Инвестиции в здоровье

Экс главком сухопутных войск заявил, что Россия была не готова к войне с Украиной

Наставник милли : Возможно, со стороны говорят Поехали, и снова проиграли

Джейхун Байрамов и Хакан Фидан встретились в Вене Minval Politika

Рекордный чемпионат мира по боксу среди мужчин при IBA открылся в Дубае ВИДЕО

Коррупция в Евросоюзе: скрытая анатомия системы, которая трещит изнутри ОБЗОР от Эльчина Алыоглу

Ушаков: Россия и США обсуждают Украину и вопрос ее вступления в НАТО

Степановский указал на проблемы Нефтчи, Атлы отметил испытание

Самолёт, летевший из Москвы, подал сигнал тревоги

Расчленение тела и сокрытие преступления: жестокое убийство в Баку

Avropa İttifaqı: üzüqara Borrel gedir gələn Kallasdan nə gözləməli?

Avropa İttifaqı: üzüqara Borrel gedir gələn Kallasdan nə gözləməli?

Как передает Icma.az со ссылкой на сайт Day.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Bu gün Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell vəzifəsini başa vurur. Onun adı müxtəlif reaksiyalar doğurmuş və rezonanslı bəyanatlarla yadda qalacaq.

Borrellin yerinə Estoniyanın keçmiş baş naziri Kaya Kallas gəlir. Kallasın bu vəzifəyə gətirilməsi Aİ-nin xarici siyasət kursunun yenidən formalaşdırılmasında mühüm mərhələni ifadə edir. Ancaq sual yaranır: yeni diplomatiya rəhbəri öz sələfinin səhvlərini kompensasiya edə biləcəkmi?

Dekabrın 1-də rəsmən istefaya yollanacaq Josep Borrellin "irs"i, yumşaq yazsaq, heç birmənalı deyil.

Onun siyasi qalmaqallarla dolu fəaliyyəti, kəskin bəyanatları və diplomatiyada uğursuzluqları bu karyeranın ayrılmaz hissəsinə çevrildi.

Ali nümayəndə vəzifəsində son aylarında Borrell ABŞ-də prezident seçkilərinin qalibi Donald Trampı İspaniyanın diktatoru Fransisko Franko ilə müqayisə etməklə yeni bir tənqid dalğası ilə qarşılaşdı. Bu bəyanatı o, Avropa Parlamenti dinləmələri zamanı Avropa-Amerika münasibətlərinə həsr olunmuş müzakirələrdə səsləndirdi.

"Trampın ABŞ-ı Obama dövrünün ABŞ-ı ilə eyni deyil. Franko idarəçiliyindəki İspaniya da, məsələn, Felipe Qonzales dövrünün İspaniyasından fərqli idi," - o demişdi.

Borrellin sözlərinə görə, Tramp ilə Franko arasındakı əsas fərq Trampın ABŞ vətəndaşları tərəfindən seçilməsi idi.

Trampın Franko ilə müqayisəsi həm Avropada, həm də Amerikada siyasi dairələrdə narazılıq doğurdu. 1939-1975-ci illərdə İspaniyanı idarə edən Fransisko Franko generallisimus idi və ölkədə vətəndaş müharibəsinə səbəb olan 1936-cı il çevrilişinin təşəbbüskarı olmuşdu. Borrellin bu bənzətməsi etikadan kənar olmaqla yanaşı, Avropa İttifaqının ABŞ ilə münasibətlərdəki strateji xəttinə də suallar doğurdu.

Borrell daha əvvəl də Tramp əleyhinə sərt bəyanatlar vermişdi. O, 2016-cı ildə Trampın prezident seçilməsinin Avropada "həqiqətə münasibəti dəyişdiyini" və onu "sabit olmayan" bir anlayış halına gətirdiyini bildirmişdi. O, həmçinin Trampa inanmadığını vurğulamış və Avropa İttifaqını Trampın qələbəsinin Avropa siyasətini iflic etmədiyini göstərməyə çağırmışdı.

Bəhs etdiyimiz isterik bəyanatlar Josep Borrellin diplomatik uğursuzluqlarının uzun siyahısını tamamladı. 2021-ci ildə Moskvaya səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən jurnalistlərin qarşısında aşağılanması Avropa İttifaqının xarici siyasət xəttinin zəifliyinin simvoluna çevrildi. Çinə münasibətdə siyasəti də eyni dərəcədə uğursuz oldu: Pekinin insan haqları ilə bağlı tənqidi ilə dialoq qurmaq cəhdləri münasibətləri yalnız pisləşdirdi və gözlə görünən nəticələrə gətirib çıxarmadı.

Josep Borrellin Avropa İttifaqının xarici siyasət rəhbərliyi dövrü Balkanlarda Serbiya və Kosovo arasındakı gərginliyi həll edə bilməməsi ilə yadda qaldı. Onun rəhbərliyi altında Aİ-nin miqrasiya siyasəti xüsusilə İtaliya, Yunanıstan və İspaniya kimi cənub Avropa ölkələrinin artan tənqidlərinə məruz qaldı. Afrikada Aİ-nin təsirinin zəifləməsi, Fransanın Malidən çıxması və Rusiyanın "Vaqner" özəl hərbi qruplaşması vasitəsilə təsirini gücləndirməsi Avropa diplomatiyasına başqa bir ciddi zərbə oldu.

Borrellin "Avropa bağ, yerdə qalan dünya isə cəngəllikdir" bəyanatı kimi sərsəm açıqlamaları onun fəaliyyətinə qarşı mənfi rəyin artmasına səbəb oldu. Bu bəyanatlar inkişaf etməkdə olan ölkələrin kəskin tənqidi ilə qarşılandı və Aİ-ni neokolonial düşüncə tərzində suçlanmasına səbəb oldu.

Eyni zamanda, Borrellin Avropa İttifaqı daxilində mühüm məsələlər üzrə konsensus əldə etməkdəki uğursuzluğu Brüsselin ən önəmli məsələlərdə vahid mövqe formalaşdırılmasını çətinləşdirdi. Macarıstan və Polşa bir çox mühüm qərarları bloklayaraq Aİ-nin daxili birliyini zəiflətdi. Cənubi Avropa ölkələri isə miqrasiya yükünün ədalətsiz bölüşdürülməsindən narazılıq ifadə etdilər.

Josep Borrellin rəhbərliyi dövründə Avropa İttifaqının xarici siyasəti Azərbaycanın regional münaqişələrdəki mövqeyinə açıq şəkildə laqeydlik və Ermənistana dəstək xətti ilə yadda qalacaq. Bu yanaşma Aİ-nin Azərbaycana qarşı obyektiv tərəfdaş imicini zəiflətdi. Avropa Parlamenti tərəfindən qəbul edilən qərəzli və subyektiv siyasi qərarlar Azərbaycanın qanuni maraqlarını nəzərə almadan, tarixi və hüquqi əsaslarını görməzdən gəlməkdə ittiham olundu.

Xüsusilə Zəngəzur dəhlizi və Qarabağ məsələləri ilə bağlı Borrellin mövqeyi Aİ ilə Azərbaycanın münasibətlərində gərginliyi artırdı. Bunun nəticəsində Rusiya və Türkiyə kimi digər aktorların Cənubi Qafqazdakı təsir dairələri genişləndi.

Josep Borrellin "dəyişkən həqiqət dövrü" kimi bəyanatları və ya Donald Trampın hakimiyyətə qayıdışı ilə Avropanın "iflic" olacağı barədə söylədikləri Aİ-nin qlobal çağırışlarla mübarizə apara bilməyən zəif oyunçu obrazını yaratdı. Bu cür bəyanatlar, xüsusilə geosiyasi mənzərənin dəyişdiyi bir dövrdə, Brüsselin nüfuzuna daha da zərbə vurdu.

Borrellin dövrü Aİ tarixində itirilmiş fürsətlər, qalmaqallar və beynəlxalq arenada təsirin azalması ilə yadda qalacaq. Bu dövr Avropa xarici siyasətində islahatların vacibliyini, liderliyin gücləndirilməsini və Aİ daxilində daha koordinasiyalı fəaliyyətin zəruriliyini göstərdi. Borrellin gedişi daha çox suallar qoyaraq, gələcəkdə Aİ-nin bu böhranları necə aradan qaldıracağını açıq buraxır.

Josep Borrellin rəhbərliyi dövründə Avropa İttifaqının Cənubi Qafqaza münasibəti Avropa Parlamentinin obyektiv və balanslaşdırılmış siyasət apara bilən qurum kimi nüfuzunu ciddi şəkildə zədələdi. Ermənistanın birtərəfli şəkildə dəstəklənməsi və Azərbaycanın konstruktiv təşəbbüslərinin gözardı edilməsi Avropa Parlamentinin qərarlarının çox vaxt real faktlara deyil, siyasi simpatiyalara əsaslandığı qənaətini gücləndirdi.

J.Borrellin rəhbərlik etdiyi dövrü tam itirilmiş imkanlar və strateji səhvlər dövrü kimi xarakterizə etmək olar. Anti-Azərbaycan yönümlü siyasət, aşkar ermənipərəst ritorikanın güclənməsi və Aİ-nin beynəlxalq arenada zəif obrazının formalaşdırılması ittifaqın, xüsusilə Cənubi Qafqaz kimi strateji əhəmiyyətli bölgədə təsirini ciddi şəkildə zəiflətdi.

Estoniyanın ilk qadın baş naziri olan Kaja Kallas Avropa diplomatiyasının yeni rəhbəri kimi diqqəti yalnız Avropa İttifaqı daxilində deyil, onun hüdudlarından kənarda da cəlb etdi. Onun təyinatı Josep Borrellin qalmaqallar və uğursuzluqlarla dolu dövründən sonra Aİ-nin xarici siyasətinə yeni nəfəs vermək cəhdi kimi qəbul edilir.

Kallas beynəlxalq məsələlərə prinsipial mövqeyi ilə tanınır. O, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi olaraq, Cənubi Qafqaza, o cümlədən Azərbaycanla münasibətlərə xüsusi diqqət ayıracağını bildirib. Avropa Parlamentində keçirilən dinləmələr zamanı o, bu bölgədə sülh və sabitliyin əhəmiyyətini vurğulayaraq Ermənistan və Azərbaycan rəhbərliyi ilə görüşlər keçirməyi planlaşdırdığını bəyan edib.

Ekspertlər Kallasın Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına töhfə verəcəyini gözləyirlər. Estoniyalı siyasi analitik Peeter Taym hesab edir ki, hər bir avropalı siyasətçi üçün region ölkələrinin barışına nail olmaq şərəf məsələsidir. Fəqət bəzi analitiklər, məsələn, irlandiyalı politoloq Patrik Uolş, Aİ-nin Cənubi Qafqaz siyasətində əhəmiyyətli dəyişikliklər olacağına şübhə ilə yanaşır. Onun fikrincə, mövcud geosiyasi maraqlar və ittifaqın anti-Rusiya yönümlü kursu bunu çətinləşdirir.

Kaya Kallasın Azərbaycanla bağlı siyasəti sabitliyin gücləndirilməsi və əməkdaşlığın inkişafına yönəlsə də, bu siyasətin uğuru bölgənin mürəkkəb geosiyasi reallıqlarını nəzərə almaq qabiliyyətindən asılı olacaq. Onun təyinatı, Avropa İttifaqının xarici siyasət prioritetlərinin yenidən nəzərdən keçirilməsi üçün bir siqnaldır.

Yeni diplomatiya rəhbəri, xüsusilə Aİ daxilindəki fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində daha koordinasiyalı siyasət yürütməyə çalışacaq. Bundan əlavə, Cənubi Qafqaz və Mərkəzi Asiyada həll olunmamış münaqişələrlə bağlı yeni yanaşmalar işlənib hazırlanmalıdır. Bu prosesdə Aİ-nin maraqları ilə Rusiya, Türkiyə və Çin kimi əsas oyunçuların təsiri arasında balans tapılması zəruridir.

... 30 ildən artıq müddətdə Avropa İttifaqı Ermənistanın Azərbaycanın 20%-dən çox ərazisini hərbi işğal altında saxlamasını gözardı etdi. Bu dövrdə milyonlarla azərbaycanlı məcburi köçkün vəziyyətinə düşdü, Ağdam və Füzuli kimi tarixi şəhərlər isə tamamilə dağıdıldı. Beynəlxalq hüququn dəfələrlə pozulmasına və insanlığa qarşı cinayətlərə baxmayaraq, Brüssel bu məsələdə susmağa üstünlük verdi.

Azərbaycanın 2020-ci ildə ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnən ədalətli müharibəsi Avropa diplomatlarının gözündə tamam fərqli reaksiya doğurdu. Azərbaycan ədalətli bir mübarizədə qələbə qazansa da, qəflətən "aqressor" kimi təqdim olunmağa başlandı. Bu yanaşma Aİ-nin riyakarlığını və seçmə münasibətini bir daha vurğulayır. Çünki illər boyu Ermənistanın işğalını qınamayan Aİ Azərbaycanın suveren hüquqlarını müdafiə etmək cəhdlərini qərəzli şəkildə tənqid edir.

Halbuki Brüssel Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozmaq niyyətində olmadığını bəyan edən açıqlamaları tamamilə görməzdən gəldi.

Niyə Avropa diplomatiyası dialoqu dəstəkləmək əvəzinə ittiham yolunu seçir? Cavab çox güman ki, Avropa strukturlarında erməni lobbisinin təsiri və Brüsselin siyasi maraqları ilə bağlıdır. Bundan əlavə, belə bəyanatlar Brüsselin regiondakı vəziyyətə təsir edə bilməməsini ört-basdır etmək cəhdi kimi qiymətləndirilə bilər. Reallıqda isə Cənubi Qafqazda geosiyasi dinamikanı artıq Azərbaycan diktə edir.

Kaya Kallasın təyinatı diqqəti həm Avropa daxilində, həm də qlobal miqyasda cəlb edir. Onun təyinatı xüsusilə də Josep Borrellin qalmaqallarla dolu dövründən sonra, Aİ-nin xarici siyasətində yenilənmə ümidlərini artırır. Kallas artıq vurğulamışdır ki, "transatlantik əməkdaşlıq Avropanın sabitliyinin təməl daşıdır". Bu baxımdan, onun ABŞ ilə əlaqələri gücləndirmək səyləri əsas prioritetlərdən biri olacaq.

Eyni zamanda, Çinin Mərkəzi Asiyada artan təsiri Avropa İttifaqından bu regionda daha fəal iştirak tələb edir. Kallasın qarşısında duran əsas vəzifələrdən biri, Aİ-nin üzv ölkələrinin müxtəlif maraqlarını uzlaşdıraraq kompromislər tapmaq olacaq ki, bu da heç də asan məsələ deyil.

Yeni Avropa Komissiyasının tərkibi, o cümlədən, Litva siyasətçisi Andryus Kubiliusun müdafiə naziri vəzifəsinə təyin edilməsi Aİ-nin hərbi əməkdaşlığın gücləndirilməsinə yönəlmiş strateji dönüşünü vurğulayır. Bu dəyişiklik, xüsusilə artan təhlükələr fonunda təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmaq niyyətini nümayiş etdirir.

Kaya Kallas xarici çağırışlarla yanaşı, həm də Aİ daxilində birliyin möhkəmləndirilməsi üzərində işləməli olacaq. Miqrasiya və hərbi siyasət məsələlərində üzv ölkələr arasında dərinləşən fikir ayrılıqları həm cənub, həm də şərq Avropa ölkələrini qane edəcək vahid yanaşmanın formalaşdırılmasını tələb edir.

K.Kallasın praqmatik yanaşması, peşəkar dialoq qurmaq bacarığı və əsas məsələlərdə qəti mövqeyi Avropa diplomatiyasında yeni dinamika yaradacağına ümid verir. Onun Avropa xarici siyasətini uzun müddətli böhrandan çıxara bilib-bilməyəcəyini zaman göstərəcək. Lakin artıq indi aydındır ki, K.Kallasın təyinatı peşəkarlığın və praqmatizmin uğura açar ola biləcəyi yeni bir mərhələnin başlanğıcını simvolizə edir.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
seeПросмотров:108
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 29 Ноября 2024 11:41
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

WSJ: Украина могла атаковать почти десяток танкеров российского теневого флота

03 Декабря 2025 15:17see350

Деды Морозы подрались в бакинском супермаркете ВИДЕО

04 Декабря 2025 15:26see278

В России снова взорвали Дружбу

03 Декабря 2025 14:29see246

Колумбия подала первую в истории жалобу на США из за удара по рыбацкой лодке

03 Декабря 2025 19:10see225

Фильм иранского режиссера Джафара Панахи удостоился трех наград премии Gotham Awards

03 Декабря 2025 16:15see220

Дочь Путина отказалась говорить о политике отца с украинскими журналистами Minval Politika

03 Декабря 2025 21:56see218

Верховный суд поставил точку в деле об убийстве проректора Университ Тефеккюр

04 Декабря 2025 13:20see192

Экс посол Азербайджана назначен на новую должность

03 Декабря 2025 23:30see184

Подростка, зарезавшего мать и бабушку, приговорили к 7,5 годам лишения свободы Minval Politika

03 Декабря 2025 15:28see175

Армения закрепляется в Европе наше поле зрения

03 Декабря 2025 20:44see158

Инвестиции в здоровье

03 Декабря 2025 16:15see155

Экс главком сухопутных войск заявил, что Россия была не готова к войне с Украиной

05 Декабря 2025 01:12see147

Наставник милли : Возможно, со стороны говорят Поехали, и снова проиграли

03 Декабря 2025 15:10see138

Джейхун Байрамов и Хакан Фидан встретились в Вене Minval Politika

04 Декабря 2025 09:25see138

Рекордный чемпионат мира по боксу среди мужчин при IBA открылся в Дубае ВИДЕО

03 Декабря 2025 20:14see133

Коррупция в Евросоюзе: скрытая анатомия системы, которая трещит изнутри ОБЗОР от Эльчина Алыоглу

04 Декабря 2025 23:04see131

Ушаков: Россия и США обсуждают Украину и вопрос ее вступления в НАТО

03 Декабря 2025 18:10see127

Степановский указал на проблемы Нефтчи, Атлы отметил испытание

03 Декабря 2025 23:19see122

Самолёт, летевший из Москвы, подал сигнал тревоги

04 Декабря 2025 00:15see121

Расчленение тела и сокрытие преступления: жестокое убийство в Баку

03 Декабря 2025 23:04see120
newsПоследние новости
Самые свежие и актуальные события дня