Azərbaycanın ÜTT yə üzvlüyü istiqamətində görülən işlər müzakirə olunub FOTO
Icma.az информирует, ссылаясь на сайт Day.az.
Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın növbəti iclası keçirilib.
Day.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, iclasda İqtisadiyyat Nazirliyi və Komissiyada təmsil olunan digər aidiyyəti qurumların üzvləri iştirak ediblər.
İclasda çıxış edən Komissiya rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, ölkə başçısı tərəfindən müəyyən edilmiş əsas hədəflərdən biri yeni çağırışların müşahidə olunduğu müasir dövrdə Azərbaycanın davamlı və dayanıqlı iqtisadi artımına nail olmaqdır. Bu kontekstdə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
İclasda rəqabətqabiliyyətli yerli istehsalın inkişafı və ixrac potensialının genişləndirilməsi kimi istiqamətlər nəzərdən keçirilib, təşkilata üzvolma prosesi çərçivəsində aparılan danışıqlarda atılacaq növbəti addımlar qərarlaşdırılıb.
Другие новости на эту тему:
Просмотров:21
Эта новость заархивирована с источника 05 Декабря 2025 20:06 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















