Benzin və dizelin qiyməti dəyişəcək? AÇIQLAMA
Icma.az, ссылаясь на сайт Day.az, отмечает.
Vergi Məcəlləsinə növbəti dəyişikliklər paketi artıq Milli Məclisin müzakirəsindədir.
Day.Az Milli.Az xəbər verir ki, bu dəfə təqdim olunan paketdə benzin, dizel və maye qaz üzrə yol vergilərinin artırılması da müzakirə mövzusudur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov APA-ya açıqlamasında bildirib ki, Benzin, dizel və maye qaz üzrə yol vergilərinin artırılmasına gəldikdə, deyə bilərəm ki, mövcud tənzimləməyə əsasən yanacağa görə müəyyən edilmiş 0,02 manat məbləğində icbari tibbi sığorta haqqı İcbari Tibbi Sığorta Fonduna ödənilir. Qanunvericiliyə təklif edilən dəyişikliklə həmin məbləğin Fonda təqdim edilən hissəsinin ləğv edilməsi və yol vergisinin dərəcəsinə əlavə edilməklə dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.
Yəni, Vergi qanunvericiliyinə təklif olunan dəyişikliklə, hazırda benzindən, dizeldən və maye qazdan toplanan 0,02 manatlıq ödənişin İcbari Tibbi Sığorta Fonduna göndərilməsi dayandırılacaq. Əvəzində həmin məbləğ yol vergisinə əlavə edilərək dövlət büdcəsinə yönləndiriləcək. Bu dəyişiklik benzinin və digər yanacaqların qiymətinə birbaşa təsir göstərməyəcək, sadəcə yığılan vəsaitin büdcədə paylanma qaydası dəyişəcək.
Другие новости на эту тему:
Просмотров:21
Эта новость заархивирована с источника 25 Ноября 2025 12:34 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















