Icma.az
close
up
AZ
Menu

Азербайджанский офтальмолог исцелил сына казахстанского предпринимателя Minval Politika

Новая технология на Каспии: bp завершила работы на семи скважинах Глубоководного Гюнешли

Руководители Службы государственной безопасности и Службы внешней разведки посетили Парк Победы

Ученые приблизились к новому способу защиты от болезни Альцгеймера

Инъекции для похудения спасение или угроза? Эндокринолог развенчала главные мифы

Кэти Перри после концерта в Баку призналась в любви к столице Азербайджана

Опубликован очередной тизер художественного фильма 44

Зеленский заявил об успешной операции украинской армии на Лиманском направлении

Досье: что известно о новом главе Гарадагского района Баку

BP завершила интервенционные операции на 7 подводных скважинах на Глубоководном Гюнешли

Пакистан направил Афганистану ноту протеста

Модрич забил самый возрастной гол в истории сборной Хорватии

Тень Бундесвера над Елисейским дворцом наша аналитика

Глава ANAMA посетил памятник Победы

Эрдоган в День памяти: Карабах азербайджанская земля

Важное решение для азербайджанских шахматистов: избран новый глава ФИДЕ

Трамп: Победа США над Ираном приведет к снижению цен на нефть

Баку завтра ждет теплый день без дождей Minval Politika

Футболисты сборных Ирландии и Израиля не пожали руки перед началом матча

Пешеходная сеть Ичеришехер: как планируется расширить зоны для пешеходов в историческом центре Баку?

Bloqer Mirzəli bu dəfə Parisi ittiham edir

Bloqer Mirzəli bu dəfə Parisi ittiham edir

Как передает Icma.az, основываясь на информации сайта Day.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Özünü "ədalət uğrunda mübariz" kimi təqdim edərək, Fransaya qaçaraq, oraya sığınan Məhəmməd Mirzəli həmişəki ampluasındadır. Yəni yalan, böhtan və saxtakarlığı o həddə çatdırıb ki, "primitivlik" ifadəsi artıq yuxarı ekstremum təsiri bağışlayır.

O, yenə Azərbaycanı suçlayır və kakadu kimi təkrarlayır ki, 2021-ci ilin martında Nant şəhərində ona qarşı baş verən hücum guya "rəsmi Bakı tərəfindən təşkil edilib".

Amma marazm təsiri bağışlayan ittihamlara minimal məntiq forması verə biləcək sübutlar və faktlar yoxdur.

Eynən M.Mirzəlinin indiyədək Azərbaycana ünvanladığı ittihamların hamısında olduğu kimi.

Onun bəyanatları, hər zaman olduğu kimi, əsassızdır. M.Mirzəli bəzi şəkillər yayımlayaraq, onları təkzibedilməz sübut kimi təqdim etməyə çalışır. Bu dəfə də o, şəkillərdən birində hücumçulardan birinin təsvir edildiyini iddia edir. Lakin məsələni dərindən araşdıranda aydın olur ki, bu şəkillər yalnız növbəti bir səhnədir. Burada olayın rəsmi Bakı ilə "əlaqəli" olduğunu sübut edən real dəlillər yoxdur. Azərbaycan rəsmiləri ilə dostcasına çəkilmiş şəkilləri "sübut" kimi təqdim etmək absurddur. Bu cür "məntiq" ancaq teatr tamaşaları üçün uyğun ola bilər, ciddi araşdırmalar üçün yox.

M.Mirzəli fəal şəkildə Fransa ədliyyə sistemini tənqid edərək, iddia edir ki, guya bu sistem diplomatik təzyiqlər altında fəaliyyət göstərir. "İctimai fəal" "sübutlar"ının obyektiv araşdırmadığını vurğulayır, işin Parisə ötürülməsini tələb edir. İlk baxışdan bu cür bəyanatlar təsirli görünə bilər, lakin əslində, bu sözlərin arxasında nə dayanır? Mirzəlinin məqsədi açıqdır: özünü zərərçəkmiş kimi təqdim etmək, rəğbət qazanmaq və adını yenidən diqqət mərkəzinə gətirməkdir. Ola bilsin ki, hətta yeni qrantlar almağı da hədəfləyir.

"Fransada aparılan istintaq diplomatik təzyiqlər səbəbindən hər gün istiqamətini dəyişir. Özünü müstəqil adlandıran Fransa ədliyyəsi bu işdə müstəqilliyini itirmiş kimi görünür. Diplomatik əlaqələr işin gedişatına təsir göstərə bilir və bu, ədliyyənin nə qədər həssas olduğunu nümayiş etdirir. Bunu müşahidə etmək, həqiqətən də, acıdır. Artıq əminəm ki, ədalət təmin olunmayacaq. Fransa ədliyyəsinin bu işi ədalətli şəkildə araşdırmayacağına tam əminəm. Ya bu iş bütün sübutlarım nəzərə alınmaqla yenidən qiymətləndirilməlidir və ədalətli qərar qəbul edilməlidir, ya da tamamilə bağlanmalıdır. Ailəm və öz təhlükəsizliyim üçün mütləq şəkildə ədalətli bir nəticə əldə edilməlidir. Renn şəhərinin məhkəməsi tərəfindən aparılan istintaq prosesindən qətiyyən razı deyiləm. Bu istintaqın Respublika Prokurorluğuna, Parisə ötürülməsini tələb edirəm ki, bütün sübutlarım yenidən araşdırılsın. Hələ müəyyən edilməmiş tarixdə keçiriləcək dinləmənin Renn şəhərində baş tutmasına qəti şəkildə qarşıyam", - Mirzəli qətiyyətlə bildirir.

O, Renn şəhərində aparılan istintaqdan narazılıq edərək, işin Parisə köçürülməsini tələb edir. Lakin onun Fransa ədliyyə sistemini tənqid etməsi real sübutların olmamasını əsaslandırmağa yönəlmiş cəhddir. Onun "sübutları" yalnız bəyanatlardan ibarətdir, lakin hüquqi faktlarla deyil, emosional çıxışlarla dəstəklənir. Bu da onun əsas problemini təşkil edir: təsdiqlənməmiş sözlər sadəcə söz olaraq qalır.

Məhəmməd Mirzəli iddia edir ki, onun və ailəsinin həyatı təhlükədədir. Amma inandırıcı faktlar təqdim etmək əvəzinə, o, yenə də bulanıq şəkillər və dramatik bəyanatlar nümayiş etdirməyə davam edir. Bu, ədalətə nail olmaq üçün bir yol deyil, daha çox öz şəxsiyyətinə marağı qoruyub saxlamaq cəhdidir.

Daha da absurd görünən isə onun Fransa haqqında ittihamlarıdır. Sığınacaq verdiyi ölkə indi onun hücumlarının hədəfinə çevrilib. Fransız polisi 2021-ci ildə baş verən hadisəni operativ şəkildə araşdırdı, lakin görünür, Mirzəli üçün Azərbaycanın ittiham olunmadığı istənilən nəticə qəbuledilməzdir. O, obyektiv prosesləri qəsdən görməzdən gəlir və ona yeni bir həyat şansı vermiş sistemi ittiham etməyə üstünlük verir.

Nəticədə nə görürük? İttihamlarını ehtimallar və emosiyalar üzərində quran bir insan həm Azərbaycanı, həm də Fransa ədliyyəsini gözdən salmağa çalışır. Onun gurultulu sözlərinin və pafosunun arxasında konkretlik və sübutların olmaması dayanır. Mirzəli açıq-aşkar "qurban" roluna üstünlük verir - bu rol əlverişlidir, şöhrət və maliyyə dəstəyi gətirir. Lakin ədalət ucadan səslənən bəyanatlar deyil, real faktlar tələb edir. Amma bu faktlar, nə qədər araşdırılsa da, onun əlində yoxdur.

Məhəmməd Mirzəlinin "təhdidlərin Bakıdan gəldiyini" iddia etməsi, əslində, yalnız onun medianın diqqət mərkəzində qalmaq üçün ümidsiz cəhdlərindən biri kimi görünür. Əgər bu cür təhdidlər, həqiqətən, mövcuddursa, onları təsdiqləyən sənədlər haradadır? Yazılar, rəsmi müraciətlər, ekspert rəyləri, ya da beynəlxalq reaksiyalar hardadır? Sübutlardan məhrum ritorika boş səs-küydür, sübutlara əsaslanmayan siyasi publisistika isə sadəcə teatr tamaşasıdır.

Xüsusilə təəccüblüdür ki, Mirzəli bir yerli qəzetdəki məqaləyə böyük əhəmiyyət verir və onun məzmununu birbaşa təhlükə kimi təqdim edir. Əgər onun məntiqinə inansaq, hər bir çap olunmuş fikir potensial cinayətə çevrilir. Bəs bu nəşrin hücumla əlaqəsini sübut edən hüquqi nəticələr haradadır? Məhkəmə işinin əsasını təşkil edə biləcək faktlar hardadır? Cavablar əvəzinə Mirzəli tamaşaçıya gurultulu bəyanatlar təklif edir və unudur ki, Fransa ədliyyəsi fərziyyələrlə deyil, faktlarla işləyir.

Onun "ədalətin təmin olunmayacağına" dair iddiası isə, xüsusilə onun sosial şəbəkələrdəki aktiv kampaniyası fonunda ironik görünür. Mirzəli öz məyusluğunu nümayiş etdirməkdən yorulmur, lakin hüquq-mühafizə orqanları ilə real əməkdaşlıq etmək əvəzinə, xarici auditoriyaya yönəlik açıq tamaşalar qurmağa üstünlük verir. Bu, qanunla dialoq deyil, emosional manipulyasiya vasitəsilə təzyiq cəhdidir.

Renn şəhərindən Parisə istintaqın köçürülməsi tələbi bu taktikanın daha bir nümunəsidir. Mirzəli ədalətsizlik illüziyası yaradır ki, real sübutların olmamasını əsaslandırsın. Halbuki Fransa məhkəmə sistemi öz müstəqilliyi və ciddi standartları ilə tanınır. Ona qarşı irəli sürülən ittihamlar konkret sübutlardan məhrum olduqda, təkcə inandırıcı olmur, həm də ədalət orqanlarını gözdən salmaq üçün növbəti PR cəhdi kimi görünür.

Əslində, Mirzəli haqqındakı həqiqət göz qabağındadır: ittihamlarının arxasında boşluqlar dayanır, sübutlar isə yoxdur. Onun hər çıxışı, hər bəyanatı özünü diqqət mərkəzində saxlamaq üçün bir cəhd, tamaşa və teatr oyunudur. Amma ədalət gurultulu bəyanatlarla deyil, yalnız sübutlarla əldə olunur. Bu isə onun hekayəsində çatışmır.

Məhəmməd Mirzəlinin məntiqinə əsaslansaq, onun sözlərinə şübhə ilə yanaşan hər kəs avtomatik olaraq Azərbaycanın "agentinə" çevrilir. Bu taktika, əlbəttə ki, diqqətçəkici başlıqlar yaratmaq üçün əlverişli ola bilər, lakin həqiqətin axtarışına heç bir töhfə vermir. Əksinə, bu yanaşma, hətta onu səmimi şəkildə dəstəkləməyə hazır olanların belə etibarını sarsıdır.

Mirzəlinin problemi ifadə platformasının olmamasında deyil, obyektiv sübutlar təqdim etməkdəki bacarıqsızlığındadır. Onun həm Azərbaycana, həm də Fransaya qarşı irəli sürdüyü ittihamlar, əsasən, tamaşa təsiri bağışlayır və tək məqsədə xidmət edir - auditoriyanın diqqətini özündə saxlamaq. Onun hər yeni çıxışı, ədalət uğrunda mübarizənin deyil, özünü peşəkar "qurban" kimi təqdim etməyə hesablanmış növbəti teatr səhnəsidir.

Fransanın ədliyyə sistemi isə, Mirzəlinin ictimai kampaniyalarından fərqli olaraq, faktlara əsaslanır. İstənilən bəyanat, nə qədər gurultulu səslənsə də, əgər onun arxasında sübutlar yoxdursa, dəyərini itirir. Mirzəli emosiyalar üzərində oynamağa davam etdiyi müddətdə, ədalət sistemi qaçılmaz olaraq sübut tələb edəcək. Və zaman göstərir ki, onun əlində belə sübutlar yoxdur.

Onun hekayəsi artıq manipulyasiyalar, eyhamlar və gurultulu başlıqların girdabında həqiqətin getdikcə daha çox itirildiyi bir fars halına çevrilib. Lakin həqiqət gec-tez üzə çıxmaq xüsusiyyətinə malikdir və Mirzəli, özünü "qəhrəman" kimi göstərməyə çalışsa da, yaddaşlarda yalnız boş sözlərdən ibarət bir primitiv imic qurmuş, lakin heç bir ittihamını sübut edə bilməmiş, məsuliyyətsiz və heç bir mənəvi orientiri olmayan bir insan olduğunu bir daha sübut etdi.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:176
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 06 Января 2025 20:46
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Азербайджанский офтальмолог исцелил сына казахстанского предпринимателя Minval Politika

28 Сентября 2026 15:07see209

Новая технология на Каспии: bp завершила работы на семи скважинах Глубоководного Гюнешли

28 Сентября 2026 14:27see202

Руководители Службы государственной безопасности и Службы внешней разведки посетили Парк Победы

27 Сентября 2026 13:40see196

Ученые приблизились к новому способу защиты от болезни Альцгеймера

28 Сентября 2026 03:08see191

Инъекции для похудения спасение или угроза? Эндокринолог развенчала главные мифы

27 Сентября 2026 10:42see191

Кэти Перри после концерта в Баку призналась в любви к столице Азербайджана

28 Сентября 2026 00:20see184

Опубликован очередной тизер художественного фильма 44

27 Сентября 2026 16:39see180

Зеленский заявил об успешной операции украинской армии на Лиманском направлении

27 Сентября 2026 18:46see178

Досье: что известно о новом главе Гарадагского района Баку

29 Сентября 2026 00:35see177

BP завершила интервенционные операции на 7 подводных скважинах на Глубоководном Гюнешли

28 Сентября 2026 13:01see173

Пакистан направил Афганистану ноту протеста

28 Сентября 2026 09:27see172

Модрич забил самый возрастной гол в истории сборной Хорватии

27 Сентября 2026 19:55see167

Тень Бундесвера над Елисейским дворцом наша аналитика

28 Сентября 2026 02:32see166

Глава ANAMA посетил памятник Победы

27 Сентября 2026 17:59see163

Эрдоган в День памяти: Карабах азербайджанская земля

27 Сентября 2026 15:51see162

Важное решение для азербайджанских шахматистов: избран новый глава ФИДЕ

27 Сентября 2026 11:37see162

Трамп: Победа США над Ираном приведет к снижению цен на нефть

28 Сентября 2026 03:48see160

Баку завтра ждет теплый день без дождей Minval Politika

27 Сентября 2026 15:32see159

Футболисты сборных Ирландии и Израиля не пожали руки перед началом матча

28 Сентября 2026 01:27see156

Пешеходная сеть Ичеришехер: как планируется расширить зоны для пешеходов в историческом центре Баку?

28 Сентября 2026 21:03see152
newsПоследние новости
Самые свежие и актуальные события дня