Icma.az
close
up
AZ
Menu

Создан необычный метод защиты от сахарного диабета

Лига чемпионов: Реал победил в мадридском дерби, Арсенал забил 7 голов в Нидерландах

Шахбаз Шариф поручил ускорить реализацию соглашений с Ильхамом Алиевым и создал спецкомитет

В Баку задержали наркоторговца с иранскими наркотиками

Арсенал установил рекорд Лиги чемпионов всех времен

Скандал в Конгрессе: демократа вывели с речи Трампа ВИДЕО

я

Трамп: США потратили сотни миллиардов на Украину, а Европа на покупку нефти и газа у РФ

Лига чемпионов УЕФА: Сегодня будут проведены еще четыре матча 1/8 финала

Трюдо обещает продолжать освистывать гимн США

Новое общежитие, дресс код и взятки ректор АМУ ответил в интервью на самые важные вопросы

Полицейские навестили детей в приюте

Железные чемпионы: машины, которые проехали миллион километров и больше

Байрамов обсудил с главой МИД ОАЭ вопросы развития стратегического партнёрства

ПЛА: последний матч 25 го тура

Хроника Западного Азербайджана: миф о непобедимости армянской армии был разрушен в апреле 2016 года

Франция против передачи ядерной силы другим странам Европы

İğdır Naxçıvan qaz xətti Azərbaycan Türkiyə strateji enerji tərəfdaşlığında Naxçıvan üzərindən açılan yeni qapıdır Pərviz Şahbazov

ЕС рассматривает новую схему обеспечения газом Молдовы, Украины, Венгрии и Словакии

Тайвань изучает опыт Украины на случай вторжения Китая

İrəvanın kommunikasiya ağrısı Paşinyan bu dəfə də yalan danışır

İrəvanın kommunikasiya ağrısı Paşinyan bu dəfə də yalan danışır

Icma.az, со ссылкой на сайт Day.az, информирует.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

"Azərbaycanın ən çox istifadə etdiyi və ya böyütdüyü məsələ regional kommunikasiya məsələsidir. Bakı Ermənistanla Azərbaycan arasında rabitə kanallarının bağlı olduğu aşkar faktı əsas gətirərək İrəvanın öhdəliklərini yerinə yetirmədiyini iddia edir. Xatırladım ki, Ermənistanın birtərəfli öhdəliyi yoxdur. Hər iki tərəf bir-biri üçün bütün nəqliyyat və iqtisadi kommunikasiyaları açmağı öhdəsinə götürdü. Bu gün Azərbaycanda nə bir nəqliyyat, nə də iqtisadi kommunikasiya nə Ermənistana, nə də Ermənistandan keçənlərə açıqdır: nə bir yol, nə bir dəmir yolu, nə bir boru xətti, nə bir elektrik xətti, nə də bir kabel".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Armenpress"də dərc olunan regionda mümkün kommunikasiyaların açılmasına həsr olunmuş ətraflı açıqlamasında yazıb.

"Ermənistanın bütün yolları Azərbaycana açıqdır. Hələ 2022-ci ildə hökumət Ermənistan-Azərbaycan sərhədində üç sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı qərar layihəsini dövriyyəyə buraxmışdı. Bu da Azərbaycanın yük və minik avtomobillərinin Ermənistana daxil olmasına, məsələn, Naxçıvana və Türkiyəyə getməsinə imkan verəcək.

Bu qərar təkcə Azərbaycanın mövqeyinə və imtinasına görə qəbul edilməyib və Ermənistan hökuməti tərəfindən bir-iki həftə ərzində qəbul edilə bilər. Təbii ki, Naxçıvana daxil olmaq üçün heç bir infrastruktur yoxdur və onu qurmaq lazımdır, bunu da kifayət qədər tez etmək olar. Halbuki, indi fiziki infrastrukturun hazırlığı baxımından, məsələn, yük maşınları Kornidzor keçid məntəqəsi vasitəsilə Ermənistan ərazisinə daxil ola, Ermənistan-Türkiyə sərhədinə qədər yollarımızla hərəkət edərək Marqara keçid məntəqəsindən Türkiyəyə daxil ola bilər. Eyni şey əks istiqamətdə də baş verə bilər. Bu cür tranzit yüklərin daşınması üçün tələb olunan fiziki infrastruktur hazırdır, de-yure qərar qəbul etmək qalır. Bu yükdaşımaların təhlükəsizliyini təmin edəcəyik, lakin azərbaycanlı sürücülər və yük maşınları üçün psixoloji çətinliklər yaranarsa, o zaman bu yükdaşımaları Ermənistan yollarında həmişə sürmüş və fəal surətdə sürməkdə davam edən Türkiyə TIR-ları tərəfindən təşkil oluna bilər. Digər ölkələrin yük maşınları da eyni şeyi edə bilər", - o bildirib.

Göründüyü kimi, Nikol Paşinyan yenidən reallığı alt-üst etməyə çalışır, öz uğursuzluğunu "konstruktiv mövqe" kimi təqdim edir.

Paşinyanın bəyanatlarını oxuduqdan sonra elə təəssürat yaranır ki, ya xroniki yalançı ilə, ya da öz ölkəsindəki vəziyyətə nəzarət edə bilməyən biri ilə qarşı-qarşıyayıq. Əks halda, onun faktları təhrif etmək, öhdəlikləri yenidən yazmaq və özünü "konstruktiv tərəf" kimi təqdim etmək cəhdlərini necə izah etmək olar, halbuki Ermənistan dörd ildir ki, razılaşmaların icrasını bloklayır?

Onun "Armenpress"də dərc olunmuş bəyanatındakı yalanlarına, boş iddialarına və siyasi manipulyasiyalarına nəzər salaq.

1. "Ermənistanın birtərəfli öhdəlikləri yoxdur". 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatını imzalayaraq, Ermənistan nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı konkret öhdəliklər götürüb - o cümlədən Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında koridorun yaradılmasına razılıq verib. Amma bu öhdəlikləri yerinə yetirmək əvəzinə, Ermənistan illərdir prosesi bloklayır, sabotaj edir, təxribatlar törədir və saxta təhdidlər uydurur. İrəvana bu açıq həqiqəti dərk etmək üçün neçə il lazım oldu? Sənəd imzalandıqdan sonra demək olar ki, dörd il keçib, amma Paşinyan hələ də "mexanizmləri araşdırır". Halbuki nəqliyyat dəhlizinin yaradılması üçün real addımlar atılmayıb və heç vaxt da atılmayıb.

2. "Azərbaycan da öz yollarını açmayıb". Azərbaycan yolları tranzit üçün açıqdır, lakin İrəvan öz öhdəliklərini yerinə yetirmədiyi müddətcə Azərbaycandan qarşılıqlı addımlar tələb edə bilməz. Zəngilan-Mehri-Ordubad dəmir yolu haradadır? Quru tranzit haradadır? Hüquqi təminatlar haradadır? Bunların heç biri icra edilməyib. Ermənistan elə təəssürat yaratmağa çalışır ki, guya hər iki tərəf eyni məsuliyyəti daşıyır. Lakin Azərbaycan tranziti məhz Ermənistanın təqsiri ucbatından məhdudlaşdırmayıb, halbuki İrəvan bilərəkdən dəhlizi bloklayır, çünki Azərbaycanın regionda iqtisadi güc qazanmasından ehtiyatlanır.

3. "Biz 1-2 həftə ərzində qərar qəbul etməyə hazırıq". Əgər Ermənistan həqiqətən də 2022-ci ildə bu qərarı qəbul etməyə hazır idisə, niyə heç nə dəyişmədi?! Çünki Paşinyanın ölkəsində buna səlahiyyəti yoxdur. O, radikallardan, etirazlardan, həmçinin ya məcburi mühacirətə getmiş, ya da məhkəmə qarşısında duran sələflərinin taleyindən qorxur. Hərgah Ermənistan doğrudan da hazır olsaydı, dəhliz artıq fəaliyyət göstərərdi. Ancaq görünən odur ki, Paşinyanın bəyanatları sadəcə olaraq vaxt udmaq cəhdidir, guya "konstruktivlik" nümayiş etdirmək üçün verilmiş növbəti boş vəddir.

4. "Ermənistan tranzitin təhlükəsizliyinə dair öhdəlik götürməyib". 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin 9-cu bəndində açıq şəkildə qeyd edilir ki, "Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir". Burada heç bir şərhə ehtiyac yoxdur - rəsmi sənəddə açıq-aydın yazılıb. Bəs Paşinyan indi bunun əksini nə əsasla iddia edir? İrəvan bu öhdəlikdən yayınmağa çalışaraq, "suverenliyin məhdudlaşdırılması" kimi qeyri-mümkün təhdidlər uydurur. Amma Ermənistan Azərbaycanın sərhədlərini tanıyırsa, o zaman sadə bir tranzit yolunun onun suverenliyinə nə aidiyyəti var?

5. "Biz nəzarəti beynəlxalq təşkilata verməyə hazırıq, amma Bakı imtina etdi". Ermənistandan heç kim nəzarəti beynəlxalq təşkilatlara verməsini tələb etmir. Tək tələb olunan məqam dəhlizi blokdan çıxarmaq və Ermənistandan Gürcüstan vasitəsilə keçən tranzit üçün tətbiq etdiyi eyni rejimi təmin etməkdir. Nikol Paşinyan "beynəlxalq nəzarətdən" danışır, çünki prosesi pozmaq və əlavə bürokratik maneələr yaratmaq istəyir. Halbuki üçtərəfli bəyanatda heç bir beynəlxalq təşkilatın adı çəkilmir. Bu, Ermənistanın uydurmasıdır.

6. "Əgər Azərbaycan razı deyilsə, biz İran vasitəsilə tranziti təklif etdik". Ermənistan dörd il ərzində razılaşmaları bloklayıb, indi isə təəccüblənir ki, niyə Azərbaycan alternativ yollar qurur?! Paşinyan Ermənistan üzərindən tranzitin "hazır" olduğunu iddia edir. Yaxşı, belədirsə, niyə yol açılmayıb?! Əgər İrəvan həqiqətən tranziti açmaq istəyirsə, bunu dərhal etməlidir, yeni siyasi dividentlər qazanmaq üçün manipulyasiyalar etməməlidir.

7. "Niyə Azərbaycan bizim təkliflərimizi rədd edir?" Cavab çox sadədir: çünki Ermənistanın "təklifləri" növbəti yalan və məsuliyyətdən yayınmaq cəhdidir. Dörd il ərzində Ermənistan eyni boş vədləri verir: "Biz demək olar ki, hazırıq!", "Bu məsələni iki həftəyə həll edə bilərik!", "Niyə Azərbaycan razılaşmır?" Halbuki bu sözlərin arxasında heç bir real addım dayanmır. Bütün bunlar sadəcə vaxt udmaq məqsədi daşıyır. İrəvan geosiyasi dəyişikliklərə, Qərbin mövqeyinin dəyişməsinə, mümkün təxribatlara ümid edir - lakin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil. Paşinyan yenə yalan danışır. O, bunu açıq, həyasızcasına edir və "sülhsevər, xoşniyyətli İrəvan" mifini satmağa çalışır. Guya Ermənistan razılaşmağa hazırdır, lakin "pis" Azərbaycan bununla razılaşmır. Həqiqət isə budur ki, İrəvan dəhlizlə bağlı öhdəliklərini yerinə yetirməyib, Ermənistanın bütün "konstruktiv təklifləri" sadəcə vaxt qazanmaq üçün manevrlərdir və ən nəhayət, əgər Paşinyan həqiqətən hazır olsaydı, dəhliz artıq fəaliyyət göstərirdi. Fəqət ortada heç bir dəhliz yoxdur. Bunun səbəbi Azərbaycanın imtina etməsi deyil - Ermənistan prosesə mane olmağa davam edir.

8."Bizim heç bir maneəmiz yoxdur, Azərbaycan bizim yollarımızdan istifadə edə bilər". Əgər Ermənistan doğrudan da yollarını Azərbaycana açıbsa, o zaman niyə real tranzit mövcud deyil? Hardadır maneəsiz keçid razılaşması? Hardadır təhlükəsizlik zəmanətləri? Bunların heç biri yoxdur. Daha da önəmlisi, Azərbaycan 2021 və 2022-ci illərdə konkret tranzit mexanizmləri təklif edəndə, İrəvan bundan imtina etdi. Niyə? Çünki Paşinyanın əsas məqsədi Azərbaycanın, Türkiyənin və digər ölkələrin regional əlaqələrinin güclənməsinin qarşısını almaqdır. Hərgah Ermənistan həqiqətən kommunikasiyaları açmaq istəyirsə, əlavə şərtlər olmadan razılaşma imzalasın. Hələ ki, belə bir addım atılmayıbsa, bütün bu bəyanatlar sadəcə boş sözlərdən ibarətdir.

9. "Biz nəzarəti beynəlxalq təşkilata verməyə hazırıq, amma Bakı razılaşmır". Hansı paralel reallıqda iki qonşu ölkə arasındakı tranzit üçüncü tərəfin nəzarətinə verilir? Niyə Ermənistanın özündə heç bir beynəlxalq təşkilat nəqliyyat üzərində nəzarət etmir? Paşinyan tranziti yox, təsir mexanizmi istəyir ki, bunun vasitəsilə prosesi manipulyasiya edə bilsin. Əgər beynəlxalq təşkilat bu prosesə qoşulsa, istənilən vaxt ən kiçik bəhanə ilə yolların fəaliyyətini dayandıra bilər - İrəvanın hədəfi də məhz budur. Azərbaycan heç bir vasitəçiyə ehtiyac duymur. Ona lazım olan yeganə şey - Ermənistandan maneəsiz keçəcək konkret nəqliyyat marşrutudur və Ermənistan bunu təmin etməyə məcburdur.

10. "Niyə Azərbaycan İranla razılaşdığı şərtləri Ermənistanla qəbul etmir?". İran vasitəsilə tranzit real və fəaliyyət göstərən bir marşrutdur, rəsmi müqavilələr və hüquqi təminatlar mövcuddur. Ermənistan vasitəsilə tranzitsə yalnız Paşinyanın dörd ildir davam edən boş bəyanatlarıdır. Ermənistan İranın təqdim etdiyi şərtlərlə eyni şərtləri təklif edirsə, qoy bunu sənədli şəkildə təsdiqləsin və prosesi başlatsın. Niyə bu baş vermir? Çünki İrəvan şantaj mexanizmini əldən vermək istəmir.

11. "Azərbaycan eskalasiya ilə hədələyir". 30 il Azərbaycan torpaqlarını işğal edən kim idi? - Ermənistan. 2020-ci ildə kim kapitulyasiya aktına imza atdı? - Ermənistan. Sülh razılaşmalarına kim mane olur? - Ermənistan. Kim hələ də nəqliyyat yollarını bloklayaraq siyasi dividentlər qazanmağa çalışır? - Yenə də Ermənistan. Bütün bunlardan sonra Paşinyan Azərbaycanı eskalasiya ilə hədələməkdə günahlandırır? Əgər Bakı istəsəydi, bu dəhliz artıq Ermənistanı yan keçərək işləyirdi və İrəvanda heç kim buna etiraz edə bilməzdi. Azərbaycanın hələ də diplomatik danışıqlarla məşğul olmasının yeganə səbəbi sülh yolu ilə problemi həll etmək istəyidir. Amma səbr sonsuz deyil.

12. "Biz dəmir yolu tranzitini işə salmağa hazırıq". Bu, Ermənistanın yeni manipulyasiya taktikasıdır. Ermənistan doğrudan da dəmir yolunu açmağa hazırdırsa, niyə hələ də işləmir? Bu yolu kim inşa etməlidir? İrəvan üstüörtülü şəkildə Bakının və ya beynəlxalq təşkilatların layihəyə maliyyə ayırmasını gözləyir. Ermənistan 2020-ci ildə tranzit dəhlizinin mövcudluğunu artıq qəbul etmişdisə, niyə indi "yeni format" təklif edir və prosesi gecikdirir? Bu, açıq şəkildə vaxt uzatma siyasətidir. Ermənistan heç nə etməyəcək, ta ki Azərbaycan məsələni qətiyyətli şəkildə həll edənə qədər.

13. "Azərbaycan Ermənistana etibar etmirsə, biz Türkiyə yük maşınlarını buraxmağa hazırıq". Paşinyan açıq şəkildə Azərbaycana "Ermənistanın Türkiyə yük maşınlarının təhlükəsizliyini təmin etməsinə etibar etməyi" təklif edir, lakin eyni zamanda Bakıya eyni dərəcədə təhlükəsiz bir dəhliz verməkdən imtina edir. İrəvan daim tranzit razılaşmalarına yenidən baxmaqla hədələyirsə, Bakı niyə Ermənistanın infrastrukturundan asılı olmalıdır ki?! Ermənistandan hər hansı bir asılılıq qəbuledilməzdir. Yalnız nəqliyyat marşrutuna tam nəzarət tranzitin təhlükəsizliyini təmin edə bilər.

14. "Biz heç bir maneə yaratmırıq, amma nədənsə Azərbaycan razılaşmır". Halbuki maneələr yaradan elə Ermənistanın özüdür. Faktlara baxaq: 2021-ci ildə dəhlizin statusunu tanımaqdan imtina etdi, 2022-ci ildə sərbəst tranzit əvəzinə "beynəlxalq nəzarət" ideyasını irəli sürdü, 2023-cü ildə texniki məsələlərə istinad edərək danışıqları ləngitdi. İndi isə, Azərbaycan İran üzərindən alternativ marşrut qurduqdan sonra, Paşinyan birdən-birə "konstruktivlik" xatırlayıb.

Amma artıq gecdir. Əgər İrəvan 2020-ci ildə üzərinə götürdüyü öhdəliyi yerinə yetirib nəqliyyat dəhlizini açmasa, Azərbaycan onsuz da yolunu tapacaq.

Ermənistan öhdəliklərini yerinə yetirmir. Nikol Paşinyan Ermənistanın "blokdan çıxarmağa hazır olması" barədə yalan danışır. Ermənistan danışıqları uzatmağa çalışır. Fəqət Azərbaycan belə bəsit və abdal vədlərlə yalanlara inanmayıb, inanmaq niyyətində də deyil.

Ya İrəvan razılaşmaları yerinə yetirəcəki, ya da təcriddə qalacaq. .

Ya Ermənistan dəhlizi açacaq, ya da Azərbaycan onu olmadan yol quracaq.

Başqa seçim yoxdur.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
seeПросмотров:27
embedИсточник:https://news.day.az
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Создан необычный метод защиты от сахарного диабета

05 Марта 2025 02:31see223

Лига чемпионов: Реал победил в мадридском дерби, Арсенал забил 7 голов в Нидерландах

05 Марта 2025 02:12see221

Шахбаз Шариф поручил ускорить реализацию соглашений с Ильхамом Алиевым и создал спецкомитет

05 Марта 2025 01:28see204

В Баку задержали наркоторговца с иранскими наркотиками

05 Марта 2025 20:28see192

Арсенал установил рекорд Лиги чемпионов всех времен

05 Марта 2025 08:00see187

Скандал в Конгрессе: демократа вывели с речи Трампа ВИДЕО

05 Марта 2025 09:11see172

я

05 Марта 2025 20:09see157

Трамп: США потратили сотни миллиардов на Украину, а Европа на покупку нефти и газа у РФ

05 Марта 2025 07:19see152

Лига чемпионов УЕФА: Сегодня будут проведены еще четыре матча 1/8 финала

05 Марта 2025 07:18see146

Трюдо обещает продолжать освистывать гимн США

05 Марта 2025 01:31see143

Новое общежитие, дресс код и взятки ректор АМУ ответил в интервью на самые важные вопросы

05 Марта 2025 03:30see142

Полицейские навестили детей в приюте

05 Марта 2025 10:42see139

Железные чемпионы: машины, которые проехали миллион километров и больше

05 Марта 2025 17:50see139

Байрамов обсудил с главой МИД ОАЭ вопросы развития стратегического партнёрства

05 Марта 2025 10:10see136

ПЛА: последний матч 25 го тура

05 Марта 2025 09:20see135

Хроника Западного Азербайджана: миф о непобедимости армянской армии был разрушен в апреле 2016 года

05 Марта 2025 05:01see134

Франция против передачи ядерной силы другим странам Европы

05 Марта 2025 19:04see130

İğdır Naxçıvan qaz xətti Azərbaycan Türkiyə strateji enerji tərəfdaşlığında Naxçıvan üzərindən açılan yeni qapıdır Pərviz Şahbazov

05 Марта 2025 20:15see126

ЕС рассматривает новую схему обеспечения газом Молдовы, Украины, Венгрии и Словакии

05 Марта 2025 23:04see122

Тайвань изучает опыт Украины на случай вторжения Китая

05 Марта 2025 22:27see121
newsПоследние новости
Самые свежие и актуальные события дня