Bu şəhərlərdə qeyri filiz faydalı qazıntıların geoloji axtarışı aparılacaq
Согласно материалам сайта Day.az, передает Icma.az.
Azərbaycanın bir sıra ərazilərində qeyri-filiz faydalı qazıntıların geoloji axtarışı və qiymətləndirilməsi işləri aparılacaq.
Day.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi bununla bağlı müvafiq işlərə başlayıb.
Belə ki, Ağdərə rayonu ərazisində inşaat materiallarının, Laçın rayonu ərazisində isə Hoçaz, Ahnəzər və Fingə sahələrində əlvan daşların axtarış-qiymətləndirmə işləri aparılacaq. Eyni zamanda, Bakı şəhəri, Qaraçuxur-Zığ sürüşmə sahələrinin, geoloji-tektonik və mühəndis-geoloji şəraitinin qiymətləndirilməsi işləri də icra ediləcək.
Məlumata əsasən, IV və VIII kateqoriyalı süxurlarda aparılacaq buruq qazma işləri müvafiq olaraq d-40 mm, 0-93 mm dərinliyə kimi sütuncuqlarda həyata keçiriləcək.
Agentlik sözügedən işlərin icrasının 120 089 manat başa gələcəyini ehtimal edib.
Bir müddət əvvəl Geoloji Kəşfiyyat Agentliyi Azərbaycanın azad olunmuş üç rayonunda qara və əlvan metalların geoloji axtarışlarına başlayıb.
Другие новости на эту тему:
Просмотров:89
Эта новость заархивирована с источника 22 Июля 2025 09:30 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















