Konvensiyanın üzvü olan bütün tərəflər qazıntı yanacaqlarının istifadəçisidirlər Hikmət Hacıyev
Icma.az информирует, ссылаясь на сайт Day.az.
İsveçrə xaric olmaqla, demək olar ki, bütün dövlətlər bu və ya digər formada qazıntı yanacaqlarını istehsal edən ölkələr olublar.
Day.Az Trend-ə istinadən xəbər verir ii, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 konfransı kluarlarında jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, digər bir tərəfdən də məsələnin bir tərəfi deyilir, ikinci tərəfi nəzərə alınmır:
"Ümumiyyətlə, qazıntı yanacaqları ilə əlaqədə, əgər bir tərəfdən təklif varsa, digər tərəfdən də tələb var. Demək olar ki, konvensiyanın üzvü olan bütün tərəflər qazıntı yanacaqlarının istifadəçisidirlər.
Burada da yenə biz ucuz xarakterli, populistik elementləri görürük".
H.Hacıyev bildirib ki, bu gün real dünyanın tələbatları var və qazıntı yanacaqları da mövcud dünyanın bir tərkib hissəsidir.
"Təbii ki, iqlimə mənfi təsir göstərir, bu faktdır. Amma bunun qarşısına almaq istiqamətində birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz və mahiyyət daşımayan bir müzakirələrlə. Yəni ona görə də bu günə qədər də COP-a ev sahibliyi edən ölkələr, demək olar ki, bu və ya digər formada qazıntı yanacaqları istehsal edən ölkə olublar. Bizdən əvvəl Avropa ölkələrində, məsələn, Polşada - Katovitsedə keçirilib.
Polşa bu gün dünyada ən çox kömür istehsal edilən ölkələr sırasındadır. Böyük Britaniyada Qlazqoda keçirilib. Qlazqo dünyada ən çox kömür istehsal edilən yerlərdən biridir. Ona görə də burada qarşılıqlı ittihamlar yox, nəticəyönümlü müzakirələrə töhfə vermək lazımdır", - o əlavə edib.
Другие новости на эту тему:
Просмотров:64
Эта новость заархивирована с источника 12 Ноября 2024 09:23 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















