Cənubi Qafqazda yeni reallıqlar və yeni status kvo qururuq Hikmət Hacıyev
Как сообщает Icma.az со ссылкой на сайт Day.az.
Ədalətli sülh əsasında Cənubi Qafqaz regionunda yeni reallıqlar və yeni status-kvo qururuq.
Day.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərdə keçirilən "Doha Forumu"nda "Ermənistan-Azərbaycan Davamlı Sülh: Vaşinqton Sazişi və Paylaşılan Gələcək" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
Hikmət Hacıyev ABŞ-nin vasitəçili ilə Ermənistanla əldə olunan razılaşmanı alqışlayaraq bildirib ki, bu saziş regionumuzda beynəlxalq hüququn legitimliyini, qanuniliyini və əsas prinsiplərini təmin edəcək:
"Son zamanlar bir çox sülh təşəbbüsləri uğursuz olub, çünki razılaşma imzalandıqdan sonra tərəflər "komfort zona"sına düşürlər. Ermənistan və Azərbaycan belə bir vəziyyətdən qaçmağa çalışır".
O, həmçinin vurğulayıb ki, hər iki tərəf sülhün çətin mübarizə olduğunu bilir və biz çox çalışmalıyıq.
Hikmət Hacıyev qeyd edib ki, iki paytaxtdakı rəsmilər müxtəlif kanallar vasitəsilə müntəzəm əlaqədədir və iki ölkə arasındakı razılaşmaların tam həyata keçirilməsi üçün ciddi şəkildə çalışırlar.
Другие новости на эту тему:
Просмотров:95
Эта новость заархивирована с источника 06 Декабря 2025 14:51 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















