Icma.az
close
up
AZ
Menu

Мадагаскар взорвался: армия смела старый порядок и открыла ворота новой Африке АНАЛИЗ от Baku Network

Россия запускает беспилотники у границ НАТО

Встреча Трампа и Путина обернулась кошмаром для Евросоюза

Рашад Садыхов объяснил первое поражение за полгода

История, которую пытались похоронить: трагедия туркменов Ирака фильм AnewZ ВИДЕО

Германия ставит на Турцию. А Эрдоган диктует повестку новая геополитика

Осторожно, Яваш! наша корреспонденция

Танкер взорвался у берегов Йемена

Трамп заявил об уничтожении большой подводной лодки с наркотиками

Миллионы долларов и драгоценности нашли у бывшего премьера и других экс чиновников Грузии

Рамиз Мехдиев анатомия неблагодарности и предательства: кто входил в его план?

Пропавшую в Ереване чеченку Айшат Баймурадову нашли мертвой

С какого возраста можно начинать пить кофе?

Турция успешно испытала ракеты класса воздух воздух ФОТО/ВИДЕО

Симонян анонсировал встречу с Гафаровой Minval Politika

Орбан: Венгрия может сыграть ключевую роль в урегулировании конфликта в Украине

У экс чиновников Грузии конфисковали миллионы

Память, запечатлённая в звезде! Посвящается памяти великого мастера Таира Салахова (ФОТО)

В Азербайджане пройдет чемпионат страны по национальной борьбе

Почему американцы массово отказываются от США?

Makron və Paşinyan: iki uğursuzun duetinin yeni məqsədi nədir?

Makron və Paşinyan: iki uğursuzun duetinin yeni məqsədi nədir?

Icma.az сообщает, ссылаясь на сайт Day.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Fransa və Ermənistanın Azərbaycanın informasiya məkanına və ictimai rəyinə təsir etmək cəhdləri artıq sadəcə lokal kampaniyalar səviyyəsində deyil, daha genişmiqyaslı və məqsədyönlü strategiyalar çərçivəsində həyata keçirilir. Bu yanaşma COP29 çərçivəsində açıq şəkildə nümayiş olundu və son illərdə Qərbin müxtəlif ölkələrinin Azərbaycanı hədəfə alan informasiya hücumlarının tərkib hissəsinə çevrildi.

Bəhs etdiyimiz hücumların önündə Fransa var.

COP29 çərçivəsində keçirilən tədbirlər zamanı Fransa və Ermənistanın Azərbaycan əleyhinə təşkil etdiyi beynəlxalq kampaniya bir daha onların regionda manipulyasiya strategiyalarına üstünlük verdiyini göstərdi. Bu kampaniyanın diqqətçəkən elementlərindən biri isə "Qreta Tunberq əməliyyatı" idi. Məqsəd 31 yaşlı ekoloji aktivistin imicindən istifadə etməklə Azərbaycanı və qonşu Gürcüstanı beynəlxalq səviyyədə hədəfə almaq idi.

Di gəl, bu cəhdlər gözlənilən nəticələri vermədi və əksinə, təşkilatçıların məqsədlərini ifşa edərək onların bacarıqsızlığını və niyyətlərini bir daha təsdiqlədi.

"Qreta Tunberq əməliyyatı"ının əsas məqsədi COP29 zamanı Azərbaycanın ekoloji sahədəki uğurlarını kölgədə qoymaq və beynəlxalq arenada ölkənin imicini zədələmək idi. Eyni zamanda, Gürcüstanın daxili ictimai-siyasi həyatına təsir göstərmək və bu iki ölkə arasında süni problemlər yaratmaq planlaşdırılırdı. Həmin ssenari çərçivəsində Tbilisidə qadın hüquqları mövzusu üzərindən müxtəlif aksiyalar təşkil edildi. Aksiyalarda Azərbaycan müxalifətçiləri, erməni separatizmini dəstəkləyən radikal qruplar və feministlər bir araya gəldi.

Əvvəlcədən razılaşdırılaraq idarə olunan bu kafe-şantan şousu bir tərəfdən Azərbaycanın daxili cəmiyyətinə təsir etmək, digər tərəfdən isə beynəlxalq rəy formalaşdırmağa xidmət edirdi.

"Plan" nəinki gözlənilən nəticələr vermədi: tam əksinə, Azərbaycan cəmiyyəti üçün bu aksiyaların sifarişli mahiyyəti tamamilə aydın oldu. Xüsusilə bu kampaniyada iştirak edən bloqçuların təxribatçı fəaliyyəti və yayımladıqları qərəzli məlumatlar onların arxasında hansı qüvvələrin dayandığını bir daha ifşa etdi. Sosial mediada və yerli mediada geniş müzakirələr zamanı bu cəhdlərin sifarişli olduğu vurğulandı və Azərbaycan cəmiyyəti bu təxribatlara qarşı möhkəm dayanışma nümayiş etdirdi.

Bundan əlavə, kampaniyanın əsas fiqurlarından biri olan Qreta Tünberqin imicindən istifadə edilməsi də gözlənilən təsiri yaratmadı. Azərbaycan cəmiyyətində və regionun digər ölkələrində Qərb tərəfindən "tanınmış simaların" bu cür manipulyasiyalarda iştirakı çoxdan mənasız işə döndüyündən Qretanın çağırışları nə Azərbaycanda, nə də Ermənistanda ciddi qəbul edilmədi. Şimali Avropa ölkələrində müəyyən rəğbət qazanan Tunberqin şousu cəmiyyətimizdə heç bir rezonans doğurmadı, doğura da bilməzdi.

"Əməliyyat"ın Ermənistan cəmiyyətinə təsiri də gözlənildiyi kimi olmadı. Ermənidərin sosiumunda belə beynəlxalq kampaniyalara maraq yetərincə aşağı səviyyədədir. Ölkə daxilində ağır sosial-iqtisadi vəziyyət, korrupsiya və siyasi xaos ermənilərin diqqətini başqa hədəflərə yönəldib.

Bəhs etdiyimiz səbəbdən İrəvana yollanmış Qreta Tunberqin oradakı isterik çağırışları Ermənistanda da geniş dəstək qazana bilmədi.

Eyni zamanda, baş verənlər onu da göstərdi ki, baş nazir Nikol Paşinyanın və dəstəsinin yerli cəmiyyəti səfərbər etmək qabiliyyəti yoxdur.

Qlobal miqyasda mass-mediada da Qreta Tünberqə olan maraq son illərdə nəzərəçarpacaq dərəcədə azalıb. Onun adı ilə həyata keçirilən aksiyalar artıq əvvəlki kimi geniş əks-səda doğurmur. COP29 çərçivəsində təşkil olunan kampaniya isə, ümumiyyətlə, Azərbaycan əleyhinə hazırlanan digər təxribatçı aksiyalar kimi təsirsiz oldu.

Fransanın bu əməliyyatda əsas təşəbbüskar olması onun regiondakı ikili standartlarını bir daha sübut edir. Digər tərəfdən, bu, Fransanın Ermənistanla strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirmək cəhdi kimi qiymətləndirilə bilər. Fəqət rəsmi Paris məzkur ssenari vasitəsilə Azərbaycana qarşı "effektiv addım" ata bilməməklə yanaşı, manipulyativ siyasətini daha aydın şəkildə ortaya qoydu. Bu, həm də Azərbaycanın beynəlxalq ictimaiyyətdə nüfuzunu qoruyub saxladığını və xarici təxribatlara qarşı müqavimət gücünü artırdığını bir daha göstərdi.

Təbii, Fransa və Ermənistanın informasiya müharibəsi sahəsində birgə fəaliyyəti təkcə COP29 çərçivəsi ilə məhdudlaşmır. Emmanuel Makronun İrəvana verdiyi total siyasi və diplomatik dəstək Ermənistanın təkcə regionda deyil, Avropada da mövqelərini gücləndirmək cəhdlərini göstərir. Fransanın məqsədi bir daşla iki quş vurmaq idi: həm Gürcüstandakı daxili siyasi vəziyyətə müdaxilə etmək, həm də Azərbaycanın beynəlxalq imicini zədələmək.

Fransa, həmçinin, ölkəmizi "ekoloji problemləri həll etməyən dövlət" kimi təqdim etməyə çalışır. Bununla yanaşı, Fransa mediası vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə xarakterli məqalələr dərc olunur. Həmin paskvillər Ermənistanın dezinformasiya kampaniyalarının məhsulu olan məlumatlarla zənginləşdirilsə də, Azərbaycanın regiondakı strateji üstünlüyü və obyektiv məlumatların yayımlanması frankoerməni propaqandasının təsirini azaldır.

Parislə İrəvan rtıq ənənəvi informasiya müharibəsi metodlarının təsirsizliyini anlayaraq, sosial media üzərindən yeni manipulyasiya strategiyalarını həyata keçirməyə çalışırlar. Yeni "metodologiya"nın əsas məqsədi Azərbaycan cəmiyyətində inamsızlıq toxumları səpmək, daxili ziddiyyətləri alovlandırmaq və ölkənin beynəlxalq imicinə zərbə vurmaqdır.

Makron-Paşinyan duetinin reallaşdırdığı strategiyanın əsas hissələrindən biri daha geniş auditoriyaya xitab edən YouTube kanalları vasitəsilə təsir gücünü artırmaqdır. Həmin kanalların tərkibində qərəzli və manipulyativ məlumatlar yaymaqla, Azərbaycan cəmiyyətində həm adi vətəndaşların, həm də elitar qrupların fikirlərini manipulyasiya etməyə çalışırlar.

Xüsusilə, bu kanallarda istifadə ediləcək əsas vasitələrdən biri, müxtəlif sosial qrupların rəğbətini qazanmağa hədəflənmiş xarakterlər və obrazlardır. Misal üçün, xüsusi olaraq gənc, təhsilli və cəmiyyətdə nüfuz sahibi kimi təqdim olunan qadın obrazının yaradılması planlaşdırılır. Bu obraz vasitəsilə müxtəlif sosial təbəqələrə təsir göstərmək, Azərbaycan cəmiyyətində Fransa və Ermənistanın maraqlarını yaymaq və daxili qarşıdurmaları alovlandırmaq məqsəd güdür.

Bəhs etdiyimiz strategiyanın bir hissəsi olaraq, sosial şəbəkələrdə qarşıdurmaları alovlandırmaq məqsədilə müxtəlif mövzular qabardılır. Azərbaycanın milli məsələləri, etnik müxtəliflik və həssas sosial problemlər qərəzli şəkildə təqdim olunur. Fransa və Ermənistanın dəstəklədiyi bu qruplar, müzakirələr və şərhlər vasitəsilə cəmiyyətdə parçalanma yaratmağa çalışırlar. Xüsusilə həssas etnik və dini məsələlərin qabardılması və bu mövzular ətrafında mübahisələrin təşviq edilməsi əsas manipulyasiya vasitəsidir.

"Sosial media strategiyası" ilə bahəm, Ermənistan Azərbaycanın sərhədyanı bölgələrində etnik qarşıdurmalar yaratmağa çalışır. Bu cür təxribatların məqsədi Azərbaycanın daxili sabitliyini pozmaq və beynəlxalq diqqəti ölkə üzərinə çəkməkdir. Ermənistanın bu təxribatları Qərbin bəzi humanitar təşkilatları ilə birgə həyata keçirilməsi də diqqət çəkir. Bu təşkilatların təmsilçiləri vasitəsilə yayılan qərəzli məlumatlar, Ermənistanın dezinformasiya kampaniyalarına dəstək verir.

Manipulyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan cəmiyyəti Fransa və Ermənistanın təsirinə qarşı kifayət qədər müqavimət göstərir. Xüsusilə Azərbaycan mediasının və sosial şəbəkə istifadəçilərinin məlumatlı olması, bu kampaniyaların təsirini azaldır. Sosial mediada manipulyasiyaların aşkar edilməsi və bu barədə geniş ictimai məlumatlandırma kampaniyalarının aparılması, manipulyatorların effektivliyini aşağı salır.

Azərbaycan cəmiyyəti həm də milli həmrəylik və birgə müdafiə mövqeyi ilə bu cür təxribatlara qarşı durmağa davam edir. Fransa və Ermənistanın informasiya müharibəsi strategiyaları, açıq-aşkar məqsədlərindən dolayı ifşa edilir və cəmiyyət tərəfindən rədd olunur. Bu isə göstərir ki, yeni manipulyasiya metodları da əvvəlkilər kimi uğursuzluğa düçar olacaq.

Fransa və Ermənistanın sosial mediadan istifadə edərək Azərbaycan əleyhinə həyata keçirdikləri manipulyasiya strategiyaları onların informasiya müharibəsi taktikalarının yeni mərhələyə keçdiyini göstərir. Amma Azərbaycan cəmiyyətinin yüksək məlumatlılıq səviyyəsi və milli həmrəyliyi, bu cür cəhdləri təsirsiz hala gətirir.

Azərbaycan cəmiyyəti Fransa və Ermənistanın manipulyasiya cəhdlərinə qarşı özünü müdafiə etməkdə kifayət qədər təcrübə qazanıb. Makron-Paşinyan duetinin zəif yeri məramlarını çox açıq və kobud şəkildə ortaya qoyulmasıdır. Bu isə Azərbaycan vətəndaşlarının həmin kampaniyalara inamını yox edir. Daha da önəmlisi: Azərbaycanın media məkanı kifayət qədər müstəqil və güclü olduğu üçün xarici təsirləri tezliklə ifşa edir. Bundan əlavə, Azərbaycan diasporu da beynəlxalq arenada bu cür kampaniyalara cavab verir.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
seeПросмотров:138
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 29 Ноября 2024 16:14
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Мадагаскар взорвался: армия смела старый порядок и открыла ворота новой Африке АНАЛИЗ от Baku Network

18 Октября 2025 18:35see269

Россия запускает беспилотники у границ НАТО

18 Октября 2025 18:23see233

Встреча Трампа и Путина обернулась кошмаром для Евросоюза

18 Октября 2025 21:13see231

Рашад Садыхов объяснил первое поражение за полгода

19 Октября 2025 18:57see228

История, которую пытались похоронить: трагедия туркменов Ирака фильм AnewZ ВИДЕО

20 Октября 2025 12:29see189

Германия ставит на Турцию. А Эрдоган диктует повестку новая геополитика

19 Октября 2025 00:10see180

Осторожно, Яваш! наша корреспонденция

19 Октября 2025 15:09see179

Танкер взорвался у берегов Йемена

18 Октября 2025 18:55see174

Трамп заявил об уничтожении большой подводной лодки с наркотиками

18 Октября 2025 23:26see173

Миллионы долларов и драгоценности нашли у бывшего премьера и других экс чиновников Грузии

19 Октября 2025 16:28see158

Рамиз Мехдиев анатомия неблагодарности и предательства: кто входил в его план?

18 Октября 2025 20:23see158

Пропавшую в Ереване чеченку Айшат Баймурадову нашли мертвой

20 Октября 2025 12:30see154

С какого возраста можно начинать пить кофе?

19 Октября 2025 08:01see147

Турция успешно испытала ракеты класса воздух воздух ФОТО/ВИДЕО

20 Октября 2025 11:17see142

Симонян анонсировал встречу с Гафаровой Minval Politika

19 Октября 2025 15:30see141

Орбан: Венгрия может сыграть ключевую роль в урегулировании конфликта в Украине

18 Октября 2025 18:02see138

У экс чиновников Грузии конфисковали миллионы

18 Октября 2025 18:07see137

Память, запечатлённая в звезде! Посвящается памяти великого мастера Таира Салахова (ФОТО)

19 Октября 2025 18:47see130

В Азербайджане пройдет чемпионат страны по национальной борьбе

19 Октября 2025 03:32see128

Почему американцы массово отказываются от США?

18 Октября 2025 22:25see128
newsПоследние новости
Самые свежие и актуальные события дня