Icma.az
close
up
AZ
Menu

Побег иранских дипломатов на Запад наш комментарий

Ставка на интеграцию: Турция одобрила план объединения Сирии

Связь с Турцией: Грузия достраивает дороги для Азербайджана и Армении

Армения наконец берется за проект TRIPP оппозиция вновь паникует АНАЛИТИКА от Лейлы Таривердиевой

Иран опроверг сообщения о тысячах погибших в ходе подавления протестов

Двое из ларца

Авианосная группа на подходе: США стягивают силу к Ирану

Вице спикер парламента Армении: Мы хотим открытые границы и дипотношения с Турцией

Давос 2026. Дух диалога или приговор старому миру?

В Азербайджане усилен контроль за деятельностью специальных судебных исполнителей

Патриарх Кирилл назвал рождение Путина чудом Божиим Minval Politika

При взрыве на заводе в Китае погибли два человека, еще 66 ранены

Норвежский фигурист прокатился внутри айсберга на Аляске ВИДЕО

Президент Сирии провел переговоры с лидером сирийских курдов

Прогресс в армяно турецких отношениях поможет нормализации отношений между Арменией и Азербайджаном Рубинян

Судьба Гвардиолы в Манчестер Сити решится в ближайшие месяцы Minval Politika

Пропавший с радаров самолет нашли на вершине горы в Индонезии

В Евлахском районе жители вынуждены ходить за питьевой водой за 2 километра

Скандальный финал: матч Марокко Сенегал завершился после долгих пауз

Новые кадры из города Шуша под снежным покровом ВИДЕО

Naxçıvanda ilk dəfə tam yedəkli texnoloji infrastruktur qurulacaq nazir müavini MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə tam yedəkli texnoloji infrastruktur qurulacaq nazir müavini MÜSAHİBƏ

Icma.az сообщает, основываясь на информации сайта Day.az.

Naxçıvanda ilk dəfə tam yedəkli texnoloji infrastruktur qurulacaq.

Day.Az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində Naxçıvan Muxtar Respublikasınının rəqəmsal inkişaf və nəqliyyat nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Rahid Ələkbərov deyib.

"Naxçıvanda bir müddət əvvələ kimi bəzi kəndlərdə internet yox idi. Lakin hazırda bütün Naxçıvan əhalisinin internetə əlçatanlığını təmin etmişik. İnfrastrukturun yenilənməsi istiqamətində işlər aparılır. Yaşayış ərazilərinin dayanıqlı internet xidmətləri ilə təmin edilməsi istiqamətində işlər aparılır.

Bu ilin doqquz ayı ərzində Zəngəzur dəhlizi boyunca 350 km-ə yaxın fiber-optik magistral tikilmişdir. Bu magistral Türkiyə sərhədindən başlamaqla Naxçıvan, Şahbuz, Ordubad istiqamətində uzanır. Hər üç istiqamətdə apaılan işlərin payız-qış mövsümündən öncə yekunlaşdırılması hədəflənmişdir və dağlıq ərazilərdə aparılan işlərin yekunlaşdırılmasına nail olmuşuq. Hazırda texnoloji avadanlıqların alınıb quraşdırılması istiqamətində işlər aparılır. Avadanlıqla təmin olunandan sonra Naxçıvanın telekommunikasiya həyatında ilk dəfə olaraq muxtar respublika ərazisində və əsasən də, Ordubad və Şahbuz istiqamətində coğrafi olaraq yedəkli texnoloji infrastrukturun qurulmasına nail olacağıq. Bu bizə imkan verəcək ki Naxçıvanın ən ucqar yerlərində belə insanların sürətli və dayanıqlı internetə əlçatanlığını təmin edək. Bu texnoloji infrastruktur, həmçinin tranzit resursların etibarlı şəkildə muxtar respublika ərazisindən keçməklə daşınmasına hesablanmışdır", - o bildirib.

İnternet xidmətlərinin yenidən tənzimlənməsi

"Naxçıvanda internetin qiymətinin bahalaşmasını müşahidə etməmişik. Lakin burada internet xidmətlərinin tənzimlənməsi, o cümlədən müxtəlif seçimli xidmətlər portfelinin təşkil olunması önəmlidir. Bu, çox vacib bir məsələdir. Biz bazarda özəl sektorun da payının artmasına nail olmuşuq ki, bu da rəqabətli mühitin yaranmasına, həmçinin keyfiyyət və qiymət siyasətinin düzgün tənzimlənməsinə, istehlakçının seçim imkanlarının təmin olunmasına şərait yaranmasına nail olmalıyıq. Bazarın özünün tənzimlənməsində bu məsələ vacib amillərdəndir.

Çünki rəqabətlilik çox vacibdir. İstehlakçı üçün keyfiyyət və qiymətdə, o cümlədən xidmət portfelindəki rəngarənglikdə seçim imkanları olmalıdır. Bu, əsas şərtlərdən biridir. Biz mobil operatorlarla da iş aparırıq ki, mobil genişzolaqlı internet təminatını nail olaq. Bu istiqamətdə mobil operatorların şəbəkəsinin genişləndirilməsi üçün şəraitin yaradılması, yerli texnoloji infrastrukturun inkişafı üçün işlər aparırıq.

Naxçıvan Muxtar Respublikasında genişzolaqlı internet xidmətinin təmini müxtəlif provayderlər və mobil operatorların vasitəsilə təmin edilir. Ümumiyyətlə, əhalinin ödəniş qabiliyyətinə və ya internet xidməti üçün ayıra biləcəyi büdcəyə uyğun sürəti internet xidməti portfelinin əlçatan olması üçün şərait yaradılması istiqamətində işlər aparılır", - Rahid Ələkbərov bildirib.

"Naxçıvanpoçt"da transformasiya

Rahid Ələkbərovun sözlərinə görə, "Naxçıvanpoçt" gələn il tam elektronlaşacaq.

"Naxçıvan Muxtar Respublikasında poçt xidməti işçilərinin maaşları əvvəllər geciksə də, son bir ildə vəziyyət düzəlib. "Naxçıvanpoçt"un inkişafı üçün bir neçə müqavilə imzalamışıq. Naxçıvanda 100-ə yaxın poçt məntəqəsində nağdsız ödənişə keçmişik. "Naxçıvanpoçt"u transformasiya etməklə yanaşı, inkişaf da etdirməliyik. Bundan başqa, poçt məntəqələrində işçi yerlərin kompüterləşdirilməsi istiqamətində işlər aparılır. Poçtda elektron xidmətləri gələn il ərzində təqdim etmək üçün çalışırıq", - o bildirib.

Zəngəzur dəhlizi istiqamətində nəqliyyat qovşaqlarının fəaliyyətə başlaması

"Zəngəzur dəhlizi ilə bağlı dövlətimiz tərəfindən aparılan siyasət var. Bu istiqamətdə bir çox konsepsiyalar hazırlanıb. Bu konsepsiyalar çərçivəsində Zəngəzur dəhlizi boyunca tranzit infrastrukturunun, potensialının inkişaf etdirilməsi, qurulması, genişləndirilməsi üçün transformasiyaya ehtiyac var. Biz əvvəlki şəraiti saxlaya bilmərik. Çünki Zəngəzur dəhlizi açılanda daha çox yük daşınacaq. Bu istiqamətdə dəhlizin hər iki tərəfində nəqliyyat qovşaqlarının tikilməsi istiqamətində müəyyən konsepsiyalar hazırlanır.

Naxçıvan üzərindən yüklərin daşınması, daşımaçılıq istiqamətində olan xidmətlər, sürücülər üçün yollarda şəraitin yaxşılaşdırılması elə aparılmalıdır ki, əhalinin rahatlığı pozulmadan tranzit infrastrukturu qurulsun.

Naxçıvanda kənd təsərrüfatı və sənaye üçün yararsız olan torpaqlardan keçərək tranzit infrastrukturunun qurulması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi elədir ki, qonşu ölkələrdən girişlər və çıxışlar var. Bu yerlərdə logistika xidmətlərinin göstərilməsi üçün infrastrukturun qurulması istiqamətində konsepsiyalar gündəmdə ola bilər", - Rahid Ələkbərov bildirib.

Naxçıvandan Bakıya və əksinə sərnişindaşıma

Rahid Ələkbərov qeyd edib ki, bu ilin doqquz ayında avtobuslarla Naxçıvandan Bakıya və əksinə, 50 minə yaxın sərnişinin daşınması həyata keçirilmişdir.

"Bu rəqəm ötən ilin müvafiq dövrü üçün 30 mindən artıq deyildi və bu il üçün 161% artım deməkdir. Bütün bunlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birgə təşkilatçılığımız sayəsində baş tutub.

Naxçıvan-Bakı-Naxçıvan istiqamətində sərnişin daşınması dövlət-özəl əməkdaşlığı ilə müxtəlif daşıyıcılar tərəfindən həyata keçirilir. Sərnişin sıxlığı müşahidə edilmir, ehtiyac olduqca reyslərin sayı artırılır və ehtiyatda avtobuslarımız var. Lazım olduqca gündəlik tələbata uyğun reyslərin sayını artıra bilirik. Müşahidə olunan odur ki, sərnişinlər zamana qənaət etmək üçün daha çox təyyarəyə üstünlük verirlər", - o bildirib.

Tranzit yüklərinin daşınmasının əsas istiqamətləri

"Naxçıvan Muxtar Respublikası təbii bir qovşaq olaraq elə bir coğrafiyada yerləşir ki, bu coğrafiya bizə tranzit daşımaları həyata keçirməyə imkan verir. Tranzit yüklərinin daşınması da bir neçə istiqamətdə həyata keçirilir. İriqabaritli nəqliyyat vasitələri ilə bağlı, təqribən, 9 faizdən artıq artım qeydə alınmışdır.

Naxçıvanın infrastruktur olaraq genişlənməsinə böyük ehtiyac var. Həmçinin tranzit potensialının inkişaf etdirilməsi dövlət tərəfindən daim diqqətdə saxlanılır. Bütün bunlar bizə tutumların daşınmasında daha böyük imkanlar yaradacaq. Naxçıvanın tranzit potensialının böyük əhəmiyyəti vardır. Tranzit potensialının inkişaf etdirilməsi üçün konsepsiyalar hazırlanır, logistika mərkəzləri, həmçinin bu potensialın infrastruktur layihələri üçün də imkanlar yaradılır. Yəqin ki, Zəngəzur dəhlizi açılandan sonra bu proses daha da sürətlənəcək", - Rahid Ələkbərov bildirib.

Elektriklə işləyən avtomobillərin artırılması istiqamətində görülən işlər

Rahid Ələkbərovun sözlərinə görə, ətraf mühitin qorunması üçün Naxçıvan Muxtar Respublikasında, xüsusən Naxçıvan şəhərində elektriklə işləyən avtomobillərin artırılması ilə bağlı işlər aparılır.

"Muxtar respublikada həm elektriklə işləyən taksilər, həm də avtobuslar və fərdi avtomobillər var. Naxçıvan şəhəri üzrə avtobusların 16%-i elektriklə işləyir. Bu, çox yaxşı göstəricidir.

Şəhərdə dövlət və özəl sektora aid elektrik doldurucuları quraşdırılıb. Bu il 10 yeni elektrik doldurucu stansiyanın muxtar respublikanın müxtəlif ərazilərində quraşdırılması nəzərdə tutulur və artıq satınalma və tikinti işlərinə başlamışıq. Zəngəzur dəhlizinin açılması perspektivini nəzərə alaraq Türkiyə sərhədindən başlayaraq elektrik doldurucusu stansiyaları artıq fəaliyyətə başlayıb və sayı artırılır.

Bundan başqa, Şərur, Ordubad, Şahbuzun hər birində 1, Naxçıvan şəhərində isə 6 elektrik doldurucu stansiyanın tikintisi nəzərdə tutulub. Hazırda isə Naxçıvan şəhərində 16 elektrik doldurucu stansiyası fəaliyyət göstərir. Ötən ildən etibarən Naxçıvanda elektrik avtomobillərinin sayı 250-dən çox olub və rəqəmlər artmaqdadır. Bu rəqəm əvvəlki illərə nisbətdə artım dinamikası ilə müşahidə olunur", - o bildirib.

Naxçıvan Muxtar Respublikasının Avtomobil Nəqliyyat Agentliyinin əsas hədəfləri

"Naxçıvan Muxtar Respublikası Avtomobil Nəqliyyat Agentliyi yenicə təsis olunub və təşkili istiqamətində işlər apaılır. Sahənin tənzimlənməsi istiqamətində tənzimləmələrə uyğun olaraq fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu tənzimləmələrin əsas hədəfi taksi və sərnişindaşıma fəaliyyətində təkcə dövlətin deyil, özəl sektorun da payının rol oynamasına şərait yaratmaqdır. Özəl sektorun bazarda olması, dövlət-özəl əməkdaşlığı ilə həyata keçirilməklə və Azərbaycan Respublikasının qanun, qayda və tənzimləmələrinə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur.

Biz tənzimləmələrdə daha çox yumşaq keçidə üstünlük vermək istəyirik. Dövlətimizin qanun, qayda və tənzimləmələrinə hörmətlə yanaşan və inhisarçılığa yol verməyən, milli mədəni və mənəvi dəyərlərin təşviqinə önəm verən oyunçuları bazarda görmək istəyirik", - Rahid Ələkbərov bildirib.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
seeПросмотров:104
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 29 Ноября 2024 09:11
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Побег иранских дипломатов на Запад наш комментарий

19 Января 2026 02:46see278

Ставка на интеграцию: Турция одобрила план объединения Сирии

19 Января 2026 00:26see251

Связь с Турцией: Грузия достраивает дороги для Азербайджана и Армении

18 Января 2026 19:37see209

Армения наконец берется за проект TRIPP оппозиция вновь паникует АНАЛИТИКА от Лейлы Таривердиевой

19 Января 2026 08:04see193

Иран опроверг сообщения о тысячах погибших в ходе подавления протестов

19 Января 2026 10:27see186

Двое из ларца

19 Января 2026 12:59see176

Авианосная группа на подходе: США стягивают силу к Ирану

19 Января 2026 01:28see175

Вице спикер парламента Армении: Мы хотим открытые границы и дипотношения с Турцией

19 Января 2026 14:35see169

Давос 2026. Дух диалога или приговор старому миру?

19 Января 2026 08:57see161

В Азербайджане усилен контроль за деятельностью специальных судебных исполнителей

19 Января 2026 09:53see157

Патриарх Кирилл назвал рождение Путина чудом Божиим Minval Politika

19 Января 2026 16:30see156

При взрыве на заводе в Китае погибли два человека, еще 66 ранены

18 Января 2026 19:45see154

Норвежский фигурист прокатился внутри айсберга на Аляске ВИДЕО

18 Января 2026 17:01see151

Президент Сирии провел переговоры с лидером сирийских курдов

18 Января 2026 16:28see147

Прогресс в армяно турецких отношениях поможет нормализации отношений между Арменией и Азербайджаном Рубинян

19 Января 2026 14:35see146

Судьба Гвардиолы в Манчестер Сити решится в ближайшие месяцы Minval Politika

19 Января 2026 00:49see141

Пропавший с радаров самолет нашли на вершине горы в Индонезии

18 Января 2026 20:54see141

В Евлахском районе жители вынуждены ходить за питьевой водой за 2 километра

20 Января 2026 03:00see139

Скандальный финал: матч Марокко Сенегал завершился после долгих пауз

19 Января 2026 12:59see130

Новые кадры из города Шуша под снежным покровом ВИДЕО

19 Января 2026 06:34see128
newsПоследние новости
Самые свежие и актуальные события дня