Icma.az
close
up
AZ
Menu

GEROPHARM представил в Австрии первые в мире данные о терапии детского ожирения тирзепатидом ФОТО

PASHA Bank организовал мероприятие Новая логистическая карта Азербайджана: от Среднего коридора к региональному логистическому центру ФОТО

От C5+1 к C6+1. Самарканд как репетиция, а премьера во Флориде? обзор на

Задержка поезда вызвала скопление пассажиров на Бакинском вокзале

45 минут в сердце Ордубада: путешествие сквозь историю и традиции (ФОТО)

Нетаньяху рассказал о беседе с президентом Сирии СМИ

В WhatsApp появилась возможность звонить без регистрации

Жизнь на сцене, вечность в искусстве: в Баку торжественно отметили юбилей Нуреддина Мехтиханлы (ФОТО)

Индия снизила закупки золота за рубежом до 1,8 млрд долларов

В Испании ограбили дом вингера Бетиса Антони

В ООН подчеркнули приверженность Азербайджана международным договорам против пыток

Протестующие в Албании ворвались в здание Минэкономики и устроили погром

Власти Стамбула призвали жителей без необходимости не выходить из дома из за ливней

В Зальцбурге прошла фотовыставка Мир без мин , посвященная минной проблеме в Азербайджане

Минимальная зарплата в Азербайджане: экономист оценил перспективы повышения в 2027 году

Алёна Алиева поделилась публикацией с открытия персональной выставки художника Анара Гусейнзаде О

Вокруг одни камбэки

На трассе Баку Губа перевернулся грузовик, есть погибший

В Баку изменят схему движения автобусов у развязки 20 Января

Азербайджан нарастил выпуск сигарет

Paşinyan saman çöpündən yapışır Amma nə vaxtadək?

Paşinyan saman çöpündən yapışır Amma nə vaxtadək?

Как передает Icma.az, основываясь на информации сайта Day.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesdə azacıq irəliləyiş olan kimi rəsmi İrəvanın oyunları, baş nazir Nikol Paşinyanın manipulyativ çıxışları daha da artır. Paşinyan sülh prosesinin pozulmasında öz məsuliyyətini gizlətmək üçün gözəçarpan, lakin əsassız bəyanatlarla çıxış edir. Onun açıqlamalarını hərtərəfli təhlil etmək, əsassız ittihamları aradan qaldırmaq və baş verən hadisələrin real mənzərəsini göstərmək vacibdir.

"Armenpress" agentliyinə verdiyi müsahibədə Nikol Paşinyan Azərbaycanla aparılan danışıqların hazırkı vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və qarşılıqlı ərazi iddiaları barədə geniş danışdı. Baş nazirin konstruktiv dialoqa hazır olduğu görüntüsü yaratmasına baxmayaraq, onun bəyanatları daha diqqətli təhlil tələb edir.

Paşinyan vurğulayıb ki, Ermənistan danışıqlarda fəal iştirak edir və artıq sülh müqaviləsinin razılaşdırılmayan iki maddəsi üzrə öz təkliflərini Azərbaycana təqdim edib. O, şərt irəli sürüb: Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş ərazilərində üçüncü ölkələrin qüvvələrinin yerləşdirilməsinə yol verilməməlidir. Onun məntiqinə görə, delimitasiya eskalasiya risklərini minimuma endirməlidir, buna görə də üçüncü tərəflərin iştirakı artıq gərəksiz olur.

"Tam delimitasiyadan sonra xarici qüvvələrin yerləşdirilməsinə ehtiyac olmayacaq. Ermənistan Respublikası belə bir məntiq irəli sürür", - deyə Paşinyan bildirib. Bununla yanaşı, Paşinyana görə, humanitar məsələlərin həllinin perspektivləri və mübahisəli məsələlərin beynəlxalq arenaya çıxarılmamasına dair razılıq əsas şərtlər olaraq qalır.

Paşinyan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının "olmadığı"nı da vurğulayıb.

O, belə iddiaların mövcud olmadığını bildirərək, Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə edilən istinadların Qarabağa aid olmadığını iddia etdi.

"Ermənistan Konstitusiya Məhkəməsi 2024-cü il sentyabrın 26-da verdiyi qərarla qeyd etdi ki, Konstitusiyada istinad edilən bəyannamə müddəaları yalnız əsas qanunda təsbit edilmiş maddələrə aiddir", - deyə Paşinyan söyləyib. Onun sözlərinə görə, 1995-ci il Konstitusiya referendumunda, eləcə də sonrakı seçkilərdə Qarabağın iştirak etməməsi Ermənistanın bu əraziləri öz tərkib hissəsi kimi nəzərdən keçirmədiyinə sübutdur. Lakin eyni zamanda, baş nazir Azərbaycan Konstitusiyasını tənqid edərək, onun guya hazırda Ermənistan ərazisinə daxil olan torpaqlara istinad etdiyini iddia etdi.

Paşinyan qeyd etdi ki, sülh müqaviləsi imzalandıqdan sonra onun mətni Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməli və Konstitusiya Məhkəməsi tərəfindən əsas qanuna uyğunluğu baxımından qiymətləndirilməlidir: "Əgər Konstitusiya Məhkəməsi müqavilə mətninin Konstitusiyaya zidd olduğunu müəyyən edərsə, bu, Ermənistan üçün ciddi problem yaradacaq. Lakin müsbət rəy alındıqda, sənəd milli qanunvericilik üzərində üstünlük qazanacaq və ərazi iddiaları mövzusunu birdəfəlik bağlayacaq".

O, həmçinin ATƏT-in Minsk Qrupunun ləğvi məsələsinə toxunub. Paşinyan bəyan edib ki, sən demə, "Ermənistan bu məsələyə konstruktiv yanaşır, əgər münaqişə həqiqətən başa çatmış hesab olunursa".

Bununla yanaşı, o, Azərbaycanın "Qərbi Azərbaycan" mövzusu vasitəsilə Ermənistana təzyiq edə biləcəyindən narahatlığını ifadə edib: "Əgər söhbət Qazax, Tovuz, Daşkəsən və ya digər bölgələrdən gedirsə, bu, Azərbaycanın daxili məsələsidir. Ermənistan isə sərhədlərin təhlükəsizliyini və münasibətlərin normallaşmasını təmin edəcək məsələlərə diqqət yetirməlidir", - deyə Paşinyan vurğuladı.

Beləliklə, Nikol Paşinyan iddia edir ki, Ermənistan sülh müqaviləsinin razılaşdırılmamış maddələri üzrə təkliflərini bir ay öncə təqdim edib, lakin Azərbaycan guya onları nəzərə almayıb. Əslində isə bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan bir manipulyasiyadır. Çünki Azərbaycan təkcə danışıqlarda iştirak etmir, həm də konkret addımlar atmağa hazır olduğunu nümayiş etdirir. Brüssel, Vaşinqton və Moskva da daxil olmaqla, dövlət başçıları və nazirlər səviyyəsində görüşlər müntəzəm keçirilir. Problem rəsmi Bakının reaksiyasında deyil, Ermənistanın təqdim etdiyi təkliflərin əvvəlki razılaşmalara zidd olmasındadır. Ermənistan sülh prosesini vaxtı uzatmaq və qeyri-sabitliyi qoruyub saxlamaq üçün alət kimi istifadə edir.
Əgər Ermənistan sülhün imzalanmasında həqiqətən maraqlıdırsa, niyə minalanmış ərazilərin xəritələrini təqdim etmək və azərbaycanlı qaçqınların təhlükəsiz qaytarılmasını təmin etmək kimi əsas öhdəliklərdən yayınır?

Nikol Paşinyanın sərhədin delimitasiyasının üçüncü qüvvələrin iştirakına ehtiyacı azaldacağı barədə bəyanatları riyakarlıqdır. Səbəb aşkardır: Rusiya sülhməramlılarının və digər qüvvələrin yerləşdirilməsi Ermənistanın təcavüzü səbəbindən zəruri tədbir olmuşdu. Ermənistan təxribatlarını davam etdirdiyi müddətdə "minimal risklərdən" danışmaq erkən olar. Yalnız Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və Ermənistanın zəmanətləri sülhü təmin edə bilər. Ancaq Paşinyan məsuliyyəti xarici qüvvələrin üzərinə atmağa çalışaraq konkretlikdən yayınır. Ən maraqlısı budur ki, əvvəllər Ermənistan məhz xarici qüvvələrin yerləşdirilməsində israr edirdi, indi isə suverenliyin müdafiəçisi rolunda çıxış edir.

Bundan başqa, Nikol Paşinyan Ermənistan Konstitusiyasının Azərbaycana qarşı ərazi iddiaları daşımadığını iddia edir. Gəlin bu məsələyə daha yaxından baxaq.

Ermənistan Konstitusiyasının preambulasında müstəqillik bəyannaməsinə istinad edilir və burada "Dağlıq Qarabağ"dan açıq şəkildə bəhs olunur. Bu, sadəcə tarixi istinad deyil, rəsmi siyasətin bir hissəsidir. BMT qətnamələri və beynəlxalq hüquq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Əgər Ermənistan ərazi iddialarından həqiqətən imtina edibsə, bəs niyə həmin bəyannamə hələ də Konstitusiyada yer alır?
Paşinyanın bu faktı Azərbaycan Konstitusiyasına istinadla əsaslandırmağa çalışması absurddur. Azərbaycan heç vaxt Ermənistanın müasir sərhədləri daxilində ərazi iddiaları irəli sürməyib və bu, onun uzunmüddətli diplomatik praktikasında təsdiqini tapıb.

Eyni zamanda, N. Paşinyan bəyan edir ki, sülh müqaviləsinin imzalanması bütün narahatlıqları aradan qaldıracaq. Amma hökuməti sülhə doğru real addımlar atırmı?

Reallıq budur ki, Ermənistan hələ də azərbaycanlı qaçqınları qaytarmayıb, tam mina xəritələrini təqdim etməyib və Azərbaycanın mədəni irsini dağıtmağa davam edir. Paşinyan müqavilənin Konstitusiya Məhkəməsi tərəfindən qiymətləndirilməsini tələb etməklə dolayısı ilə Ermənistan qanunlarının sülh prosesinə zidd olduğunu təsdiqləyir.

Əgər Konstitusiya Məhkəməsi müqavilənin müddəalarının Konstitusiyaya uyğun olmadığını müəyyən edərsə, bu, Ermənistanın hüquqi cəhətdən ərazi iddialarını davam etdirdiyini təsdiqləyəcək.

Paşinyan Ermənistanın humanitar məsələləri ikitərəfli formatda həll etməyə hazır olduğunu iddia edir. Amma hanı nəticələr, konkret sonuclar? Ən azı, belə sonuc və nəticələrin əldə edilməsinə yönəlmiş fəaliyyət?

Varmı?

Yox!

Azərbaycan dəfələrlə əsirlərin qaytarılması, Qarabağdakı azərbaycanlıların hüquqlarının təmin olunması və minalanmış ərazilərin xəritələrinin təqdim olunması ilə bağlı müraciətlər edib. Ermənistanın cavabı isə vaxtı uzatmaq və siyasi manipulyasiyalar olub.

Ermənistan humanitar məsələlərdən təzyiq vasitəsi kimi istifadə edərək beynəlxalq platformaları Azərbaycana qarşı qarayaxma kampaniyası üçün arenaya çevirir.

... Nikol Paşinyanın bəyanatları öz uğursuzluqlarının məsuliyyətini Azərbaycanın üzərinə atmaq cəhdidir. Amma faktlar bunun əksini göstərir. Gerçək budur ki, Ermənistan sistematik olaraq razılaşmaları pozur, üstəlik Konstitusiya və humanitar məsələlərlə manipulyasiya, onun destruktiv siyasətdən imtina etmək istəmədiyini nümayiş etdirir.

Sülh prosesi populizm üçün meydan deyil, etimad və ədalətin bərpası üçün real bir işdir. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq öz öhdəliklərini yerinə yetirir. Ermənistan isə öz hərəkətləri üçün məsuliyyət götürməyin vaxtının gəldiyini anlamalıdır.

Nikol Paşinyan nə qədər "ağıllı, sülhməramlı və demokratik hökumət başçısı" kimi görünməyə uğursuz cəhdlər etsə də...

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:217
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 20 Декабря 2024 12:43
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

GEROPHARM представил в Австрии первые в мире данные о терапии детского ожирения тирзепатидом ФОТО

16 Октября 2026 14:50see231

PASHA Bank организовал мероприятие Новая логистическая карта Азербайджана: от Среднего коридора к региональному логистическому центру ФОТО

15 Октября 2026 19:48see225

От C5+1 к C6+1. Самарканд как репетиция, а премьера во Флориде? обзор на

16 Октября 2026 02:21see190

Задержка поезда вызвала скопление пассажиров на Бакинском вокзале

15 Октября 2026 20:50see190

45 минут в сердце Ордубада: путешествие сквозь историю и традиции (ФОТО)

15 Октября 2026 22:32see186

Нетаньяху рассказал о беседе с президентом Сирии СМИ

15 Октября 2026 20:48see185

В WhatsApp появилась возможность звонить без регистрации

16 Октября 2026 04:31see183

Жизнь на сцене, вечность в искусстве: в Баку торжественно отметили юбилей Нуреддина Мехтиханлы (ФОТО)

15 Октября 2026 23:35see179

Индия снизила закупки золота за рубежом до 1,8 млрд долларов

15 Октября 2026 22:26see177

В Испании ограбили дом вингера Бетиса Антони

16 Октября 2026 03:32see174

В ООН подчеркнули приверженность Азербайджана международным договорам против пыток

16 Октября 2026 06:09see174

Протестующие в Албании ворвались в здание Минэкономики и устроили погром

16 Октября 2026 02:23see171

Власти Стамбула призвали жителей без необходимости не выходить из дома из за ливней

15 Октября 2026 22:12see164

В Зальцбурге прошла фотовыставка Мир без мин , посвященная минной проблеме в Азербайджане

17 Октября 2026 02:04see153

Минимальная зарплата в Азербайджане: экономист оценил перспективы повышения в 2027 году

17 Октября 2026 06:01see146

Алёна Алиева поделилась публикацией с открытия персональной выставки художника Анара Гусейнзаде О

16 Октября 2026 23:46see144

Вокруг одни камбэки

17 Октября 2026 00:04see143

На трассе Баку Губа перевернулся грузовик, есть погибший

16 Октября 2026 18:25see142

В Баку изменят схему движения автобусов у развязки 20 Января

17 Октября 2026 04:02see138

Азербайджан нарастил выпуск сигарет

16 Октября 2026 21:11see137
newsПоследние новости
Самые свежие и актуальные события дня