Qarabağ Universitetində tədris və tələbə həyatı ən yüksək standartlara uyğun şəkildə davam edəcək Dekan
Как стало известно Icma.az, со ссылкой на сайт Day.az.
Qarabağ Universitetində tədris və tələbə həyatı ən yüksək standartlara uyğun şəkildə davam edəcək.
Bunu Trend-ə Qarabağ Universitetinin İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə deyib.
"Bir il öncə, 27 noyabr tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universiteti yaradıldı. Biz artıq 1 ildir Qarabağ Universitetində fəaliyyət göstəririk. İncəsənət fakültəsi olaraq Qarabağ Universitetindəki fəaliyyətimizə ölkəmizin ən peşəkar müəllimləri və çox gözəl tələbə heyət ilə işə başlamışıq. Bu bir illik fəaliyyətimiz dövründə bir sıra uğurlara da imza atmışıq. Tədrisimizin keyfiyyəti ilə ölkəmizin ən öncül universiterləri sırasına daxil olmuşuq. Əminəm ki, Qarabağ Universitetində tədris və tələbə həyatı ən yüksək standartlara uyğun şəkildə davam edəcək. Qarabağ Universiteti incəsənət fakültəsi olaraq bu gün biz birliyimizi konsert və sərgiylə qeyd etmək istəyirik. Bu bayram əhvali-ruhiyyəsi ilə bir ilimizi qeyd edirik. Çox şərəfli hisslərdir, çox şükür edirik ki, Qarabağımızda, Xankəndi şəhərində universitetimiz 1 ildir fəaliyyət göstərir. Əminəm ki, çox böyük uğurlara da imza atacaqdır", - deyə o bildirib.
Onun sözlərinə görə, incəsənət fakültəsində "Musiqi müəllimliyi", "İnstrumental ifaçılıq", "Vokal", "Milli vokal" və "Xanəndəlik", eyni zamanda "Dizayn" ixtisasları tədris olunmaqdadır.
"Bu ixtisaslar üzrə fəaliyyətimizə 130-a yaxın tələbə ilə başlamışıq. Eyni zamanda, işə ölkəmizin ən peşəkar müəllimləridə cəlb olunub. Onların içərisində Xalq artisti, əməkdar artistlər də yer almaqdadır və tədrisimizi də dünya standartlarına uyğunlaşdırmışıq", - deyə o bildirib.
T.Qasımzadə qeyd edib ki, artıq bir illik fəaliyyət dövrü çərçivəsində Qarabağ Universitetinin müxtəlif fakültələrinin müəllim heyətləri beynəlxalq festivallarda, müsabiqələrdə iştirak ediblər.
"Onların içərisində qaliblər də var. Bu yaxınlarda Berlin də olmuş bir festivalda çıxış edilib. Bundan başqa bizim tələbələrimiz müxtəlif sərgilərdə, konsertlərdə, festivallarda iştirak edir. Bu hələ başlanğıcdır. Qarabağ Universitetinin İncəsənət fakültəsinin adını ölkə gündəmində, mədəniyyət sahəsinə tez-tez eşidəcəksiniz", - deyə T.Qasımzadə əlavə edib.
Другие новости на эту тему:
Просмотров:149
Эта новость заархивирована с источника 30 Ноября 2024 18:54 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















