Radarı keçən kimi sürəti artıran sürücüləri nə gözləyir? VİDEO
Icma.az сообщает, ссылаясь на сайт Day.az.
Yollarda radara yaxınlaşarkən sürəti azaldıb, onu keçdikdən sonra yenidən artırmaq təhlükəli davranışdır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu cür hallar sürücünün idarəetməni itirməsinə və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Sürücülər yolun bütün hissələrində müəyyən edilmiş sürət həddinə əməl etməlidirlər.
Day.Az xəbər verir ki, Azərbaycanda sürət hədləri yolun kateqoriyasına və hərəkət şəraitinə uyğun müəyyən edilir. Ümumi qaydaya əsasən, ödənişli avtomobil yollarında sürət həddi saatda 130, digər avtomobil yollarında 110, yaşayış məntəqələrindən kənarda 90, yaşayış məntəqələrində isə 60 kilometrdir. Yol nişanları ilə müəyyən ərazilərdə fərqli sürət hədləri tətbiq oluna bilər.
Ölkədə sürətə nəzarət stasionar radarlar və patrul avtomobillərindəki mobil sistemlər vasitəsilə həyata keçirilir. Bu sistemlər nəqliyyat vasitəsinin sürətini müəyyən nöqtədə ölçür. Mütəxəssislər sürücülərə yalnız radar yaxınlığında deyil, bütün yol boyu sürət həddinə riayət etməyi tövsiyə edirlər. Ani diqqətsizlik və sürət həddinin aşılması ağır nəticələrə yol aça bilər.
Ətraflı "İCTİMAİ TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Другие новости на эту тему:
Просмотров:60
Эта новость заархивирована с источника 16 Октября 2026 15:38 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















