SyerraLeone Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib
По данным сайта Day.az, передает Icma.az.
Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfərin həlak olması barədə xəbər məni çox kədərləndirdi və sarsıtdı.
Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Zati-aliləri, həmvətənlərinizin bu ağır faciə ilə əlaqədar dərdinə şərik olur və yaralananların tezliklə sağalmaları üçün dua edirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Другие новости на эту тему:
Просмотров:148
Эта новость заархивирована с источника 13 Января 2025 18:58 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















