Icma.az
close
up
RU
Vəzifəli şəxsi yerə yıxan gənc həbs edildi

Vəzifəli şəxsi yerə yıxan gənc həbs edildi

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsmayıllı rayonunda vəzifəli şəxslə dalaşan gənc həbs edilib. Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Tircan kəndinə baş verib.

Həmin kənddə tənha yaşayan 26 yaşlı Əlisahab Qədirov kənd icra nümayəndəliyinə gələrək icra başçısının nümayəndəsi Əhməd Əhmədovun kabinetinə daxil olub. O, naməlum şəxs tərəfindən itinin öldürüldüyünü, maddi vəziyyətinin pis olduğunu bildirərək mübahisə yaradıb. Vəzifəli şəxs yanında başqa vətəndaşın olduğunu bildirərək onu kabinetdən çıxarmaq istəyib. Bu zaman onlar əlbəyaxa olublar və hər ikisi yerə yıxılıb.

Əlisahab inzibati binadan çıxandan sonra icra nümayəndəsini söyərək təhqir etməyə davam edib.

Əhməd Əhmədovun şikayətindən sonra Ə.Qədirov saxlanılıb.

Onun barəsində inzibati protokol tərtib edilib. İsmayıllı Rayon Məhkəməsi 29 oktyabrda protokol əsasında qərar çıxarıb və 26 yaşlı gəncə 10 sutka həbs cəzası təyin edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:15
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri