Icma.az
close
up
RU
“Nə arzular yarımçıq qaldı” Fotolar

“Nə arzular yarımçıq qaldı” Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avqustun 30-da - Beynəlxalq İtkin Düşmüşlər Günündə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Cenevrədə BMT-nin Avropa ofisinin yerləşdiyi “Millətlər sarayı” meydanında silahlı zorakılığın bütün formalarından əziyyət çəkən insanların fəryadını təcəssüm etdirən rəmzi “Sınıq stul” abidəsi qarşısında aksiya keçirib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, aksiyada azərbaycanlı itkinlərin şəxsi əşyaları, sənədləri sərgilənib, onların həyat hekayələrini izah edən, onların dili ilə insanlığa xitab edən şüarlardan ibarət orijinal kompozisiya təşkil edilib.

“Mənim üçün zaman dayanıb, fərqində olan varmı?”

Saatı nümayiş etdirilən itkin Zahid Qasımov barədə “Mənim üçün zaman dayanıb, fərqində olan varmı?” (“My time stopped! Who noticed?”), xatirə kimi ancaq şərfi qalmış itkin Qürbət Həsənov barədə “Dünyada heç bir şərf məni isidə bilməz” (“No scarf warms me”), köynəyi, əlyazması nümayiş etdirilən itkin Telman Yusifov barədə “Mənim hekayəm başa çatmayıb” (“My story has no end”) kimi şüarlar yazılıb.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova itkin qardaşı Abbas Behbudovun sənədlərini göstərərək əlində “Sənədlər buradadır, həyat isə itib” (“Documents are here, life is missing”) şüarını tutub. İtkin İlham Dadaşovun anası Elmira Dadaşova “Yoxa çıxmaq üçün deyil, yaşamaq üçün doğulmuşdu” (“Born to live, not to disappear”), itkin Şahin Əliyevin anası Mahuru Şahin “Nə arzular yarımçıq qaldı” (“Countless dreams — all unfinished”) şüarları ilə övladlarının fotolarını nümayiş etdirib. İtkin Azad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova həyat yoldaşından qalmış 2 nərd zərini sərgiləyərək “Ümid bu zər daşları qədər kiçilib” (“Hope is as tiny as these dice”) şüarı ilə illərdir xəbər gözlədiyini, tükəndiyini ifadə edib. “Reyhan, sevgilim... Ancaq sükutum sənə çatır” (“Reyhan, my love… only my silence reaches you?”) şüarı itkin Səxavət Canıyevin həyat yoldaşı Reyhan Canıyevaya həsr edilib. İtkin Oqtay Məmmədovun həyat yoldaşı Pərvanə Məmmədova isə “Diplomlar, arzular... - əvəzində illərin səssizliyi” (“Diploma, dreams... but suddenly, the silence of ages”) şüarını nümayiş etdirib.

“Məmmədovlar – itmiş ailə: məzar da yoxdur, səda da gəlmir”

Qutuların birinə isə heç bir əşya qoyulmayıb. Bu qutu 1992-ci il Xocalı soyqırımında tamamilə məhv olmuş Məmmədovlar ailəsinin xatirəsinə həsr edilib: “Məmmədovlar – itmiş ailə: məzar da yoxdur, səda da gəlmir” (“The Mammadovs — a lost family. No graves, but only echoes”).

Aksiyada digər itkinlər – Natiq Məlikov, İxtiyar Məmmədov, Bafadar Mirzəyev, Feyruz Cəlilov, Şirindil Həsənquliyev, İsmayıl İsmayılov, Etibar Əhmədov, Əliyar Əliyev, Əbülfət Əliyev, Telman Mustafayev, Şahin Əliyev, Aydın Kərimov, Təyyar Ağayev və başqaları barədə də təsirli mesajlarla insanlığa xitab edilib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinə inam azalır

Aksiya böyük maraqla qarşılanıb, Cenevrə sakinləri müvafiq “QR” kod vasitəsilə itkinlər barədə ətraflı məlumatlarla tanış olub. Dinc aksiya zamanı insanlar azərbaycanlı itkin ailələrinə yaxınlaşaraq, onlara təsəlli verməyə çalışıb.

Qeyd edək ki, bu azərbaycanlı itkinlərin ailə üzvlərinin xarici ölkədə ilk aksiyasıdır. Bundan əvvəl – avqustun 28-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin müraciətinə ilk dəfə BMT səviyyəsində reaksiya verilib, azərbaycanlı itkinlərin ailə üzvləri BMT-də qəbul edilib, onlar Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR - The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED - Committee on Enforced Disappearances) Katibliyi ilə görüşüb. Görüşdə itkin ailələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin onların doğmalarından xəbər gətirəcəyinə inamlarının ciddi zədələndiyini qeyd edib, itkin düşmüş şəxslər probleminin qlobal mahiyyətli olduğunu, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına böyük ehtiyac olduğunu diqqətə çatdırıblar.

3990 nəfər itkin

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3990 nəfər Azərbaycan vətəndaşının itkin düşüb, onlardan 6 nəfəri 2020-ci ildə 44 günlük müharibə zamanı itkin düşənlərdir. İtkinlər içərisində 71 nəfər uşaq, 284 nəfər qadın, 316 nəfər ahıl şəxs var. Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Cenevrədə aksiya zamanı azərbaycanlı itkin ailələri bu hüquqlarına hörmətlə yanaşılmasını istəyiblər.

İtkin ailələri Ermənistanı müharibə canilərini cəzalandırmağa çağırıb, bildiriblər ki, Ermənistanda Azərbaycana qarşı müharibə cinayətləri törətmiş şəxslərdən bir nəfər də hələ məsuliyyətə cəlb olunmayıb, əksinə, müxtəlif vaxtlarda Ermənistan cəmiyyətində onlardan saxta qəhrəman obrazları düzəldilib.

İtkin ailələrinin üzvləri diqqətə çatdırıblar ki, 2020-ci ildən ötən 5 il ərzində işğaldan azad edilmiş ərazilərdə 28 kütləvi məzarlığın aşkarlanması dəhşətli mənzərədir, insanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə hörmətsizlik, vəhşilikdir. Xatırladılıb ki, bir sıra hallarda insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşüb, onların da heç birinin aqibəti bilinmir. “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tələb edib ki, Ermənistan kütləvi məzarlıqlarla əlaqədar xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir.









Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Avqust 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see233

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see214

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see197

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see190

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see189

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see188

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see186

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see185

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see183

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see182

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see182

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see179

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see179

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see178

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see178

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see178

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see178

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see159

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see159

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri