Icma.az
close
up
AZ
Yaşayış binası tikintisi üçün yararlı torpaq tapılmır? VİDEO

Yaşayış binası tikintisi üçün yararlı torpaq tapılmır? VİDEO

Son 5 ildə mənzil tikintisinə yatırılan vəsait artsa da, tikilən mənzil sahəsində ciddi azalma qeydə alınıb.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, əmlak ekspertləri bildirirlər ki, 2019-cu ilə nisbətən 2023-cü ildə Bakıda tikilən mənzil sahəsi 6 milyona yaxın enib. Buna əsas səbəblərdən biri tikinti üçün yararlı torpaqların azalmasıdır.

Ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda çoxmənzilli binaların tikintisi  sökülən köhnə binaların yerində aparılır. Bir çox hallarda isə söküntü zamanı vətəndaşlar ilə tikinti şirkəti arasında yaranan mübahisə uzun məhkəmə prosesinə çevrilir. Buna görə də yeni bina inşa etmək istəyən  şirkət belə hallardan çəkinir. 

Əmlak eksperti onu da əlavə edib ki, növbəti illərdən Bakının baş planına uyğun olaraq, qəzalı binalar söküldükdən sonra çoxmənzilli binaların inşası arta bilər.

seeПросмотров:41
embedИсточник:https://news.day.az
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
newsПоследние новости
Самые свежие и актуальные события дня