196 ölkədə həbsi istənilən İtaliya mafiya başçısı Kolumbiyada saxlanılıb
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Kolumbiya polisi Latın Amerikasındakı "Ndranqeta" cinayətkar təşkilatının rəhbərlərindən biri olan italyan Cüzeppe Palermonu saxlayıb.
Oxu.Az bu barədə AP agentliyinə istinadla xəbər verir.
Kolumbiya hakimiyyət orqanlarının məlumatına əsasən, o, Cənubi Amerikadan Avropaya kokain tədarüklərinə və narkotik vasitələrin qaçaqmalçılıq yolu daşınması marşrutlarına nəzarət edib.
Peppe ləqəbi ilə də tanınan Palermo İnterpol xətti ilə beynəlxalq axtarışda olub. "Qırmızı bülleten" onun 196 ölkədə həbsini tələb edirdi.
Palermo Kolumbiya, İtaliya, Böyük Britaniya və Europol hüquq-mühafizə orqanlarının birgə keçirdikləri əməliyyat zamanı Kolumbiyanın paytaxtı Boqotada küçədə saxlanılıb.

İtalyan mafiya başçısı Kolumbiyada tutulub
23 Mart 2025 19:16
İtaliya Superkuboku yeni ölkədə keçirilə bilər AÇIQLAMA
20 Mart 2025 11:02
İtalyan mafiyası başçısı Kolumbiyada beynəlxalq əməliyyat çərçivəsində yaxalanıb
12 İyul 2025 22:17
Kolumbiyada qarşıdurma: Ölənlər var
20 Yanvar 2025 14:37
Kolumbiyada neft kəməri partladıldı
18 Aprel 2025 11:01

