ABŞ Çinlə ticarət müharibəsində nəyə ümid edir?
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikası ilə ticarət münaqişəsinin gələcəyinə nikbin yanaşıb.
Oxu.Az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında bəyan edib.
O, Çinlə ticarət müharibəsinin nəticələri üzrə müsbət razılaşma gözlədiyini bəyan edib.
"Düşünürəm ki, bundan müsbət bir şey çıxacaq. Biz yaxşı mövqedəyik", - deyə D.Tramp qeyd edib.

