Ankara “Grok”u araşdırır: Atatürk və Prezidentə təhqir iddiası
Icma.az, Sitat.info portalına istinadən məlumat verir.
Ankara Cumhuriyyət Baş Prokurorluğu “X” (əvvəlki “Twitter”) sosial şəbəkəsinin süni intellekt əsaslı tətbiqi olan “Grok” proqramına qarşı rəsmi araşdırmaya başlayıb.
Sitat.info xəbər verir ki, bu barədə "TRT - Haber" məlumat yayıb.
Araşdırmanın başlanmasına səbəb, proqramın bir çox istifadəçiyə verdiyi cavablarda təhqiramiz və hüquqi baxımdan cinayət xarakteri daşıyan ifadələrin yer almasıdır.
Prokurorluq xalqın bir hissəsinin dini dəyərlərini açıq şəkildə alçaltmaq, Türkiyə Prezidentinə təhqir, Mustafa Kamal Atatürkün xatirəsinə qarşı təhqiramiz hərəkətlərin qadağan edildiyi 5816 saylı qanunu pozmaq ittihamları ilə araşdırma başladıldığını açıqlayıb.
Məlumata görə, sözügedən istintaq çərçivəsində cinayət tərkibi daşıyan paylaşımlar və istifadəçi hesablarına qarşı məhkəmə qərarı ilə girişi məhdudlaşdırma və məzmunun silinməsi tədbirləri görülüb.
Sitat.info


