Icma.az
close
up
RU
Menu

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

Rusiya Fransa üçün əsas təhdiddir

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

Nizaminin Sirlər xəzinəsi ndə ölüm məqamları Fərid Hüseyn

“Eşref” və “Demir” eyni layihədə

Azərbaycan uğurlu nəticəyə əvvəlcədən də əmin idi

Azərbaycan uğurlu nəticəyə əvvəlcədən də əmin idi

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Ölkəmiz noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək. Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Həmçinin bu qərarlar real, əlavə, təsdiqlənə və ölçülə bilən emissiya azalmaları və aradan qaldırılmaları vasitəsilə onların qlobal iqlim investisiyalarını təşviq etmək potensialını da ortaya çıxaracaq. COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu. Bunlarla yanaşı Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Belə ki, COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksəksəviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək. Bakıda keçirilən bu böyük tədbir iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi oldu. Bundan başqa, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu. Bütün bunlar isə onu göstərir ki, COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət baza yaradıb. Bir sözlə, açıq demək lazımdır ki, genişmiqyaslı və planlaşdırılmış böhtan, qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Prosesləri diqqətlə izlədikdən sonra Azərbaycanın uğurlu nəticəyə əvvəlcədən əminliyi daha aydın görünür. Beləliklə Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi sayıla bilər.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see192

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see167

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see163

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see136

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see128

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see127

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

11 İyul 2025 13:44see126

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

11 İyul 2025 07:37see126

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see126

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see125

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see125

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see125

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see120

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see117

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

11 İyul 2025 10:10see116

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

11 İyul 2025 09:15see113

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see113

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

11 İyul 2025 07:40see113

Nizaminin Sirlər xəzinəsi ndə ölüm məqamları Fərid Hüseyn

11 İyul 2025 09:01see112

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri