Azərbaycanlı səyyah: bugünədək işğaldan azad olunan ərazilərə 500 dən çox beynəlxalq səyyah səfər edib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cəbrayıl, 12 iyul, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad olunan ərazilərə Dünya səyyahlarının 14-cü səfəri gerçəkləşdi. Ötən dövrdə 500 nəfərdən çox səyyah bu ərazilərə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında azərbaycanlı səyyah Mehrac Mahmudov bildirib.
"Bugünki səfərdə dünyanın tanınmış 30 səyyahı iştirak edir. Onlarda 9-u “Grand Master” səyyahdır. Səfəri zamanı səyyahlara işğal vaxtı törədilən dağıntılar göstərildi. Həmçinin azad olunan ərazilərdə görülən tikinti quruculuq işləri barədə, eyni zamanda ərazilərin minalarla çirkləndiriməsi barədə ətraflı məlumatlar verildi. Onları maraqlandıran suallar cavablandırıldı. Səyyahları təəssüfləndirən məqamlar isə ərazilərin həddən çox minalı olmasıdır".
Qeyd edək ki, MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb. Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət ediblər. 15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edib. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradıb. Son 4 il ərzində dünyanın əsas beynəlxalq səyyahlar klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyyahlar səfər edib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 14-cü qrup səfəridir.


