Icma.az
close
up
RU
Tanınmış avstraliyalı vəkil işğaldan azad olunmuş ərazilərə səfər edib FOTO

Tanınmış avstraliyalı vəkil işğaldan azad olunmuş ərazilərə səfər edib FOTO

Icma.az bildirir, Azertag portalına istinadən.

Şuşa, 12 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan reallıqlarının təbliği istiqamətində fəallıq göstərən avstraliyalı vəkil Steven Blyth Şuşa şəhərinə səfər edib. Səfərdə məqsəd işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın qədim abidə və tikililəri ilə tanışlıq və erməni vandalizminin əyani şahidi olmaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Cıdır düzünə gələn avstraliyalı vəkil oradan açılan gözəl mənzərəni seyr edib. Steven Blyth sonra Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Yuxarı Gövhər ağa Məscidi, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Xan sarayı, qala divarları ilə tanış olub.

Dövlət Qoruğu İdarəsinin əməkdaşı tərəfindən ona Şuşanın tarixi, şəhərdəki abidələr barədə məlumat verilib. Bildirilib ki, Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr 30 ilə yaxın işğal dövründə erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Avstraliyalı vəkil Qarabağa səfəri çərçivəsində Ağdam şəhərinə də gedib, Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olub.

Steven Blyth Avstraliyanın müxtəlif şəhərlərində keçirilən və Azərbaycanla bağlı təşkil olunan tədbirlərdə iştirak edir. Avstraliya–Azərbaycan dostluq cəmiyyətinin yaradılmasının təşəbbüskarlarından olan Steven Blyth eyni zamanda Avstraliyada erməni lobbisinin anti-Azərbaycan təbliğatına qarşı fəal şəkildə mübarizə aparır. Avstraliya–Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri Avstraliyanın müxtəlif şəhərlərində Xocalı soyqırımının anım günləri ilə bağlı tədbirlər keçirir, həmçinin bu ölkənin hökumət və parlament rəsmiləri ilə görüşlərdə ölkəmiz haqqında məlumatlar təqdim edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see284

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see236

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see200

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see191

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see177

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see177

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see159

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see147

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see140

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see136

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see135

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see134

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see127

Tahir İmanov sosial şəbəkələrdə yayılan erotik şəkillərindən danışdı (FOTO)

29 Sentyabr 2025 14:35see127

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see126

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see126

Nurşən Quliyevə ağır itki

29 Sentyabr 2025 14:51see126

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see122

139 ÖLKƏ ARASINDA 103 CÜ və 94 CÜ YERLƏR... “Bu qurumlar məsuliyyət daşıyır”

29 Sentyabr 2025 17:19see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri