Bağışladım və quşlar kimi azadam
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Müğənni Günel Zeynalova sosial media hesabında paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı keçmiş nişanlısı, iş adamı Reza Zərrab və türkiyəli müğənni Ebru Gündeşi bağışladıqdan sonra özünü daha yaxşı hiss etdiyini bildirib.
"Mən həyata gülərək yaşamağı seçib, sevib-sevilməyə gəldim. Dərd olduğunu düşündüyüm dərsləri soruşub öyrəndim. Problemlərimə çox sağol deyib onları qucaqladım, dəyişdirdim. Mən bu dərsdən "əla" qiyməti almağa gəldim. Mən verdiyim sözü tutmağa gəldim. Təsədüf hesab edirdik, amma hər qarşılaşdığını öyrən, yaşa. Qəlbinə sevgi ilə bağla və yük daşıma. Bağışla, onu da etdim. Bağışladım və quşlar kimi azadam. Heç kimdən asılı deyiləm, anı yaşayıram. Mən hazıram" deyə, Günel yazıb.
Qeyd edək ki, Ebru Günel iş adamı Reza Zərrabla nişanlı olan ərəfədə onunla eşq yaşayıb. Daha sonra Ebru və Reza ailə qurub, bir neçə il əvvəl isə ayrılıblar. Onların bu nikahdan bir qız övladı var.


