Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Fəxri xiyabanı ziyarət edib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb.

Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
10 İyul 2025 19:05
Azərbaycanın namizədi Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib FOTOLAR
10 İyul 2025 14:39
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib
10 May 2025 12:31
Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58 ci sessiyası keçirilir VİDEO
08 İyul 2025 12:36

