Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib
12 Dekabr 2024 14:52
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib AZƏRTAC
12 Dekabr 2024 14:21
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO AZƏRTAC
12 Dekabr 2024 15:29
Müdafiə Nazirliyinin rəhbər heyəti şəhidlərinin məzarlarını ziyarət edib
07 Noyabr 2024 16:28

